“Eurovision”da Azərbaycanı təmsil etmək istəyən 10 iştirakçı II tura adlayıb
Röya, Samir Bağırov, İradə İbrahimova və “Rast” qrupu tura dəvət olunsalar da, onlar iştirak etməkdən imtina ediblər
2008-ci ildə keçiriləcək “Eurovision” müsabiqəsində Azərbaycan təmsilçisinin müəyyənləşdirilməsi üçün keçirilən seçim turunun münsiflər heyəti 15 nəfərdən ibarətdir.
Münsiflər heyətində gənclər və idman naziri Azad Rəhimov, Natəvan Şeyxova, Salman Qəmbərov, Zülfiyyə Xanbabayeva, Faiq Sücəddinov, Vaqif Gərayzadə, Gövhər Həsənzadə, Yalçın Cabbarov, Nərgiz Paşayeva, Təranə Muradova, İsmayıl Ömərov, “Eurovision” müsabiqəsinin təşkilat komitəsinin nümayəndələri təmsil olunur.
İki gün davam edən seçim turunun ilk mərhələsində 30 müğənninin ifası dinlənilib. Röya, Samir Bağırov, İradə İbrahimova və “Rast” qrupu tura dəvət olunsa da, onlar iştirak etməkdən imtina ediblər.
İfası dinlənilən müğənnilərdən 10 iştirakçı II tura vəsiqə qazanıb. Bunlar Sabina Babayeva, “Sing your song” müsabiqəsinin qalibi Elnur, “Akademiya” müsabiqəsinin iştirakçıları Aytac və Xəyyam, Cabir, Elton Hüseynəliyev, Emil Əliyev, Rüstəm Zeynallının rəhbərlik etdiyi “Şeron” qrupu, Natəvan Həbibi, “Anformal” və “Aypara” qruplarıdır.
Seçim turunun II mərhələsi oktyabrın 7-də keçiriləcək.
“Eurovision”da Azərbaycanı təmsil etmək istəyən 10 iştirakçı
Printable View
-
10-06-2007, 03:03 PMBaku“Eurovision”da Azərbaycanı təmsil etmək istəyən 10 iştirakçı
-
10-07-2007, 11:47 PMShulikBoy
vallah ora tam samirlik yerdi :al: :al:
-
10-08-2007, 01:40 AMmechulasker
Mence Röya olmalıdı Eurovision'da :?
-
10-08-2007, 10:18 PMShulikBoyYox Leila..Roya slow mahnilar oxuyur roya hara eurovision hara..Eurovisiona daha canli daha aktif daha canli sesli bir mugenni lazimdi..mesel ucun ELNARA . mence superdi..dans zadda superdi elnarada..Alıntı:
leila Nickli Üyeden Alıntı
-
10-09-2007, 12:06 AMcimbom
bencede rüya katılsın
-
10-09-2007, 11:38 AMyeshu
RÖYA olsun istərdim... :cool: Amma heyf ki, bizim istəməyimizlə olmur...
-
10-11-2007, 04:33 PMIceman-tr
İstanbul' dan en içten sevgiler can dostlarımıza.Armıza hoşgeldiniz...Sonsuz başarılar diliyoruzzzz.Kalbimiz sizinle ::aze::
-
10-11-2007, 04:39 PMIceman-tr
GOOOOO AZERBAIDJAN GOOOOOOOOOOOOO
-
12-23-2007, 01:33 AMisi-85
RAST grupu olsa daha yaxsi olar ::aze::
-
12-24-2007, 02:00 AMbelie_nochi
salam. MENCE UMUMIYYETLE BIZDE EL BIR MUGANNI YOXDUR...ANCAQ.sERON QRUPU DAHA YAXSDIR.BIZIM BEIZ MUGENNILERIN MINNETI OLSUN KI ONLARI XALQ EVROVISIONDA GORMEK ISETYIR....
-
12-24-2007, 02:20 PMFarik-90
mene ele gelirki seron olsa pis olmaz ::aze::
-
12-29-2007, 12:32 AMisi-85
“Eurovision-2008” musiqi yarışmasında Azərbaycanı təmsil edəcək sənətçinin adı gələn həftə açıqlanacaq
Gələn həftə “Eurovision-2008” musiqi yarışmasında Azərbaycanı təmsil edəcək sənətçinin adı açıqlanacaq. Bu barədə APA-ya İctimai Televiziya və Radio Yayımı Şirkətinin (İTV) musiqili və əyləncəli verilişlər departamentinin böyük redaktoru Leyla Əliyeva məlumat verib.
Onun sözlərinə görə, gələn həftə İctimai Televiziyada 5 sənətçi arasında seçim aparılacaq. Canlı olaraq keçiriləcək seçimdə “Sing you song” müsabiqəsinin qalibi Elnur, “Azəri star” yarışmasının iştirakçıları Aynur İskəndərova və Erkin Osmanlı, “Akademiya” musiqi yarışmasının iştirakçısı Aytac Cəfərova və “Unformal” rok qrupu hazırladıqları mahnıları təqdim edəcəklər. L. Əliyevanın sözlərinə görə, şouda “Eurovision” musiqi yarışmasında Azərbaycan təmsilçisinin seçilməsi üçün təşkil olunan münsiflər heyətinin də iştirakı nəzərdə tutulur. L. Əliyeva təmsilçinin seçilməsində səsvermə metodundan istifadə olunacağını vurğulayıb. Azərbaycanı sözügedən musiqi yarışmasında təmsil edəcək sənətçinin adı məlum olduqdan sonra, həmin müğənni 2008-ci ilin martında “Eurovison”a qatılan ölkələrə turneyə çıxacaq. Azərbaycan təmsilçisi həmin ölkələrdə hazıladığı konsert proqramını təqdim edəcək. L. Əliyeva deyib ki, mayda keçirilməsi nəzərdə tutulan “Eurovision” musiqi yarışmasında bir sıra dəyişiklər olacaq. Belə ki, gələn il keçiriləcək yarışmada iki yarımfinal, bir final mərhələsi keçiriləcək. “Eurovision-2008”də ilk dəfə iştirak edəcək ölkələr sırasında Azərbaycandan başqa San-Marino da var.
-
12-29-2007, 12:03 PMFarik-90
::yerivar:: isi-85 bele melumatlari tez-tez yaz
-
06-01-2008, 11:45 PMAjiteslmlar
Türkiye İstanbul'dan Selamlar...! Ben Şahsen Azerbaycan'a Oy Attım Azerbaycan'da Bize çok Sağolun... :P
