Bu ilin mayında Olsoda keçiriləcək 55-ci “Eurovision” Mahnı Müsabiqəsində Azərbaycan təmsilçisi Səfurə Əlizadə Stefan Örn və Sandra Bjurmanın “Drip Drop” mahnısını ifa edəcək. Bu açıqlamanı “Eurovision” müsabiqəsinin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri Adil Kərimli verib. Onun sözlərinə görə, “Drip Drop” üç mahnı arasından seçilib.
A.Kərimli bildirib ki, mahnı nümayəndə heyətləri rəhbərlərinin martın 21-22-də Osloda keçiriləcək toplantısında rəsmi olaraq təqdim olunacaq.
Qeyd edək ki, Azərbaycan müsabiqənin mayın 27-də keçiriləcək II yarımfinalında finala çıxmaq uğrunda mübarizə aparacaq. Mayın 25-i müsabiqənin I yarımfinalı, 29-da isə finalı keçiriləcək. ANSPRESS
Eurovision mahnısı Səfurə Əlizadə Drip Drop
Printable View
-
03-18-2010, 11:06 PMAzerbaycanliEurovision mahnısı Səfurə Əlizadə Drip Drop
-
03-18-2010, 11:22 PMGLAMOURKARe: Eurovision mahnısı Səfurə Əlizadə Drip Drop
Insallah qalib olar. :)
-
03-18-2010, 11:51 PMTutu20Re: Eurovision mahnısı Səfurə Əlizadə Drip Drop
::aze:: Insallahh ozz yerinii tutar coxx beyeniremm coxx istedadlii qizdiii inaniramm nese yaxsii yer tutacaqq ::aze::
