Hər şeyi silib “sıfırdan” başlamaq bu kənardan baxarkən asan gəlir insana..Başqasının həyatına baxaraq məsləhət vermək necə də asandır....
Falesdən soruşublar:
-Dünyada ən çətin iş nədir?
-Özünü tanımaq.
-Bəs ən asan iş nədir?
-Başqasına məsləhət vermək...
Hər şeyə sadəcə nöqtə qoyub abzasdan başlamaq....
Bu günə kimi qurduqlarını yarıda buraxıb yeni bir həyatın bünövrəsini qoymaq...
Artıq müəyyən bir hissəsini gəldiyin yolun yarısında dayanıb başqa yolda əvvəldən addımlamaq..
Bu insanda güclü bir iradə və qətiyyət tələb edir.
O iradə ki,zamanla özün formalaşdırmalısan...Əgər ”YOX”deməyi bacarmaq istəyirsənsə...”YOX” olanla barışmaq istəyirsənsə.. Yoxluğunu bilə-bilə varlığının xəyalı ilə yaşayaraq zamanını itirmək istəmirsənsə...
İRADƏLİ OLMALISAN !!!
O qətiyyət ki,zamanla,iradə ilə özünü sübut etmək üçün yaratmalısan mənliyində...Əgər şəxsiyyət kimi var olmaq istəyirsənsə...Əgər sadəcə bioloji varlıq yox düşünən ən ali varlıq olduğunu öncə özünə sonra özünü tanımayanlara sübutdursa məqsədin...
QƏTİYYƏTLİ OLMALISAN!!!
Bunu artıq ikinci dəfədir yaşayırdım həyatımda.Bu dəfə həyat əhəmiyyətli çox şey itirməsəmdə,çox şeyi yenidən qurub,yığmaq məcburiyyətində olmasamda ...Sadəcə olaraq 1000dən çox şəkil,600dən çox musiqi və müxtəlif proqramlar...Amma ən çox itirməmək istədiyim yazılarım...Zədələnmiş yazılarım...Artıq virusun qurbanı olmuş yazılarım..Hər cümləsinə ürəyimi qoyduğum yazılarım...
Təsəvvür edin 1 il ərzində yığdıqlarının 30dəqiqə içərisində silinməsi...
Bu çox şeyi başa saldı mənə...Formatdan sonra kompyuteri açanda ...Heçnə yoxdur...
Bir anlıq həyatla müqayisə etdim bu anı,bu hissi...Hər şeyi silib yenidən başlamaq ..hər şeyi...Yeni beyinlə,yeni düşüncə ilə,yeni tanışlarla qısası yeni ”MƏN” ilə...Buna insan dözə bilərmi?Buna insan xarakteri tab gətirə bilərmi?Demək ki,bilərmiş.....Demək ki,mümkünmüş.
Bu hiss çox yaxşı tanışdır....
SİLMƏYİ BACARMALISAN!!!
Artıq tərkibinin həm kimyəvi,həm fiziki,həm də mənəvi dəyişikliyə uğradığını gördüklərini...Nə qədər dəyərli də olsa,nə qədər yoxluğunun mümkünsüzlüyünü düşünsən də....
Əgər tərkibində pisniyyətli,zərərverici viruslar varsa silinməsi ilə barışmağı bacarmalısan!!!!
Yenidən qurmağı bacarmalısan!!!
Kompyuterinizi format edərkən ilk “D” papkasına atıb itirməmək istədiyiniz nələriniz var?
Bəs həyatınızda necə? Hər şeydən üz döndərsənizdə itirməmək istədiyiniz nələr və kimlər var?