Bu gün bütün dünyada olduğu kimi, ölkəmizdə də çoxminli müəllim ordusu üçün əziz gündür - pedaqoq adına tapınanlar özlərinin peşə bayramını qeyd edirlər.
Bəşəriyyətin minillər boyu keçdiyi inkişaf yolu sübut edir ki, hər bir tarixi mərhələdə cəmiyyətin tərəqqisi bilavasitə təhsilin inkişafından, onun əhəmiyyətinin düzgün qiymətləndirilməsindən asılı olub.
Təhsilin rolu və əhəmiyyəti qloballaşmanın getdikcə vüsət aldığı, insan resurslarının, elm və texnologiyanın iqtisadi inkişafda həlledici amilə çevrildiyi, təbii resursların durmadan azaldığı çağdaş dünyamızda daha da artmaqdadır.
1966-cı ilin bu günü UNESCO müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə imzalayıb. İndi dünyanın yüzdən çox ölkəsində oktyabrın 5-i Müəllim Günü kimi qeyd olunur.
Azərbaycanda 7000-dən artıq təhsil müəssisəsində 330 min pedaqoq var. Onların 170 mindən çoxu ümumtəhsil məktəblərində işləyir.
Buna baxmayaraq, ölkənin ucqar rayonlarında və kəndlərində müəllim çatışmazlığı hələ də qalmaqdadır. Paytaxt Bakı məktəblərində isə bəzi fənlər üzrə pedaqoji işçilərin həddindən çox olduğu bildirilir. Təhsil Nazirliyi bu istiqamətdə proqram həyata keçirir.
Ümumiyyətlə, 2003-cü ildən təhsil sahəsində 16 dövlət proqramı təsdiq olunub.
5 -oktyabr: MÜƏLLİMLƏR GÜNÜDÜR!
Printable View
-
10-05-2009, 03:35 PMAgLaYaN_BuLuD5 -oktyabr: MÜƏLLİMLƏR GÜNÜDÜR!
-
10-05-2009, 05:30 PMGLAMOURKARe: 5 -oktyabr: MÜƏLLİMLƏR GÜNÜDÜR!
:rose: Eziz Muellimlerim ve Kolleqalarim BAYRAMIMIZ MUBAREK!!!
-
10-05-2009, 08:14 PMSindyRe: 5 -oktyabr: MÜƏLLİMLƏR GÜNÜDÜR!
butun muelimlerimizi tebrik edirem, mende onlarin iicnde
-
10-07-2009, 09:04 AMkombat80Re: 5 -oktyabr: MÜƏLLİMLƏR GÜNÜDÜR!
Sindy Ve Glamourka her ikinizi tebrik edirem. Gun o gun olsun Qoaman Pesekar muellim adi alasiz. Pensiyaya cixib neve oynadasiz evde :D
-
10-07-2009, 09:41 AMGLAMOURKARe: 5 -oktyabr: MÜƏLLİMLƏR GÜNÜDÜR!tesekkurlerAlıntı:
kombat80 Nickli Üyeden Alıntı
-
10-07-2009, 10:16 AMLenigmeRe: 5 -oktyabr: MÜƏLLİMLƏR GÜNÜDÜR!
Butun muellimleri semimi qelbden tebrik edirem..
Muellimlik muqeddes pesedi, indi onlarin cekdiyi eziyyete gore kimlerse vezife basinda otura bilir..
