22 iyul milli metbuat günü
Yəqin ki çoxlarımız bilirik, 1875 ci il iyulun 22 də Həsən Bəy Zərdabinin əməyi sayılan Əkinçi qəzeti nəşr olunub :)
Milli mətbuatın ilk nümunəsi olan "Əkinçi" qəzeti 134 il əvvəl Azərbaycan oxucusuna təqdim edilib
Bu gün Azərbaycan mətbuatının yaranmasının 134-ci ildönümüdür. Azərbaycan maarifçiliyinin böyük nümayəndələri sırasında xüsusi yeri olan Həsən Bəy Zərdabi çətinliklə icazəsini aldığı "Əkinçi" qəzetinin ilk nömrəsini 1875-ci il məhz iyulun 22-də Azərbaycan oxucusuna təqdim edib. Beləliklə də əkməklə başlayan mətbuatımız həm də azad sözün toxumlarını səpib.
İlk baxışdan qüsurlar nəzərə çarpsa da, "Əkinçi" millətin aynası olub. Həsən Bəy Zərdabi Azərbaycanda hökm sürən cəhalətin və savadsızlığın aradan qaldırılması üçün mətbuatı əvəzolunmaz vasitə hesab edirdi. 1875-ci ilin iyulundan 1877-ci ilin sentyabrınadək cəmi 56 nömrəsi çıxan "Əkinçi"nin Mirzə Fətəli Axundov, Nəcəf Bəy Vəzirov, Əsgər Ağa Gərani və sair kimi köməkçi və müxbirləri var idi.
İndi Azərbaycanda 2500-ə yaxın jurnalist var. 3500-ə yaxın kütləvi informasiya vasitəsi qeydiyyatdan keçsə də, bunlardan yalnız 650-si fəaliyyət göstərir. Onlardan 400-ə qədəri qəzet, 50-yə yaxını isə elektron kütləvi informasiya vasitəsidir.
/ANS PRESS/
[
Re: 22 iyul milli metbuat günü
Türk Kültür ve Fikir
Hayatında Ekinçi (1875-1877)
Yard.Doç. Dr. Ali EROL
XİX. yy’ın ikinci yarısında siyasî, sosyal ve kültürel anlamda ye-
ni bir yapılanma içerisine giren Azerbaycan'da, Zerdabî tarafından ya-
yınlanan Ekinçi gazetesi (1875-1877), Türk ve Müslüman toplumları
şuurlandırmayı amaçlayan ilk Türkçe gazete olarak Türk kültür dünyası
açısından büyük önem taşır.
Sayfalarını sosyal hayattan siyasete, oradan dil ve edebiyata kadar ol-
dukça geniş bir sahaya açan Ekinçi, Azerî toplumunun çağdaş değer-
lerle buluşabilmesi adına Mirze Feteli Ahundov'un kültür sahasında
başlattığı reformları devam ettirmiştir.
Gaspıralı İsmail'e ilham kaynağı teşkil edecek dil birliği fikrinin günde-
me taşınmasında da büyük payı olan Ekinçi, Usûl-ı Cedid okullarının
yaygınlaşması, Türkçe eğitim ve millî müfredatın benimsenmesi gibi
önemli konularda bütün Kafkasya'da öncülük görevi üstlenmiştir.
Tariximizi unutmayaq !
Re: 22 iyul milli metbuat günü
saol fidashkam..bele bilgileri paylaştığın üçün.