İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Novruz bayramı münasibətilə qoruğun ərazisində silsilə tədbirlər keçirəcək.
İdarədən bildiriblər ki, artıq bayram şənliklərinə start verilib. Bu həftə ərzində İçəri Şəhərdə baş tutacaq tədbir, açılış mərasimləri, sürprizlərlə bağlı məlumatlar gündəlik olaraq [ saytında yerləşdiriləcək. Novruz bayramının sevincini İçəri Şəhərdə yaşamaq istəyənlər burada keçiriləcək təbirlərlə əvvəlcədən xəbər tutmaq üçün sаytı izləyə bilər.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ənənəsinə uyğun olaraq, müxtəlif oyun və şənliklərlə şəhərin sakinlərini və bura gələn qonaqları sevindirəcək.
İçəri Şəhərdə Novruz müjdəsi
Printable View
-
03-16-2010, 12:14 PMPOWER_RANGERSİçəri Şəhərdə Novruz müjdəsi
-
03-16-2010, 01:20 PMAgLaYaN_BuLuDRe: İçəri Şəhərdə Novruz müjdəsi
belke deyirem userler toplansin gedek ?kim razidirsa xeber elesin
-
03-18-2010, 01:11 PMPOWER_RANGERSRe: İçəri Şəhərdə Novruz müjdəsi
Novruz bayramı münasibəti ilə İçəri Şəhərdə "Meydan bazarı" təşkil ediləcəck. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən verilən məlumata görə, milli tətbiqi sənətin dəstəklənməsi, mədəniyyətimizin və tariximizin təbliği, habelə bayram günlərində İçəri Şəhərdə mənalı vaxt keçirilməsi üçün şəraitin yaradılması məqsədi ilə təşkil olunan “Meydan Bazarı” 21 mart tarixindən başlamaqla 3 gün davam edəcək. Bu zaman keçiriləcək konsert proqramlarının əksəriyyəti Qız Qalasının ətrafında, digər əyləncəli tədbirlər və yarmarka Qoşa Qala Qapıları Meydanında olacaq.
Bayram konsertlərində gün ərzində 3 fərqli konsert proqramı təqdim edilməklə Dövlət Nəfəs Alətləri Orkestri, Xalq Çalğı Alətləri Ansamblı, aşıq və caz qruplarının, habelə digər musiqi kollektivlərinin çıxışları planlaşdırılır.
Burada müxtəlif müsabiqələr, pəhləvanların və sehrbazların çıxışları, milli tətbiqi sənət məhsullarının və suvenirlərin sərgi-satışı, habelə milli yeməklərin və içkilərin təqdim olunduğu kafenin təşkili, bədii və tarixi personajların geniş tərkibdə qədim şəhərin küçələrində təmsil olunması nəzərdə tutulub.
Qeyd edək ki, “Meydan bazarı”nın 21-23 mart tarixlərində saat 11.00-dan 18.00-dək açıq olacaq.
-
03-18-2010, 02:35 PMAgLaYaN_BuLuDRe: İçəri Şəhərdə Novruz müjdəsi
ade deyirem belke bayramda da gorusek axsam gedek konserte
-
03-18-2010, 03:04 PMKralica_Re: İçəri Şəhərdə Novruz müjdəsiAzeri.net- den kimler olacaq ??Alıntı:
AgLaYaN_BuLuD Nickli Üyeden Alıntı
-
03-18-2010, 03:47 PMAgLaYaN_BuLuDRe: İçəri Şəhərdə Novruz müjdəsi
Bilmirem heleki eger bas tutarsa her kes devetlidir kim isetse desin
-
03-18-2010, 06:26 PMcanbellRe: İçəri Şəhərdə Novruz müjdəsi
deyesen hami gedecek.kash men de olardim.men vetende olsaydim bu shansi buraxmazdimmmmm :meyus:
-
03-19-2010, 12:31 AMAseriRe: İçəri Şəhərdə Novruz müjdəsi
::aze:: Hörmetli Azeri net baci ve qardaslarim, eziz xalqim, seherimizin qonaqlari Novruz senliklerine gedin, yeyin icin keyf edin. Men de uzaq ölkede oturub Vetenimin bu gözel bayramina ve sizlere tamasa edib, fexr edirem sizlerle.
-
03-19-2010, 11:33 AMPOWER_RANGERSRe: İçəri Şəhərdə Novruz müjdəsibayram gunu bakida gozleyirem seni gelersen,basqada kim gelmek istese buyursun AZERI.NET adindan yigisacagiq.Alıntı:
AgLaYaN_BuLuD Nickli Üyeden Alıntı
