Bu gün ilaxır çərşənbələrdən üçüncüsü - yel çərşənbəsidir.
Xalq arasında bu çərşənbəyə Yel çərşənbəsi, Yelli çərşənbə, Küləkli çərşənbə, Hava çərşənbəsi, Külək oyadan çərşənbə deyirlər. Yel çərşənbəsi yelin təzəcə çıxmış otları oyadaraq, Novruzun gəlişi barədə xəbərdar etməsi ilə bağlıdır. Yel çərşənbəsində adətən hava təmizlənir. Tədqiqatlara görə, Yel çərşənbəsində əsən soyuq və isti küləklər yazın gəlişindən xəbər verir. Gün ərzində küləyin bir neçə dəfə dəyişməsi onun özünün təmizlənməsi kimi qəbul edilir.
Bu çərşənbə axşamında sanki mürgüdən oyanan külək dolaşaraq suyu, odu hərəkətə gətirir. Yel çərşənbəsində əsən mehin də, küləyin də daxilində bir hərarət olur. Qədim adətə görə, bu çərşənbədə qəfəsdə saxlanılan quşları və heyvanları azadlığa buraxmaq lazımdır.
Bu çərşənbə ilə də bağlı illərin sınağından çıxaraq bu günümüzə qədər yaşamış və özünü doğrultmuş xalq hikmətləri var. Məsələn, "Yel əsib qoz tökülüb", "Yelnən gələn selnən gedər", "Yel apardığını qaytarmaz", "Yellə dost olan yellənə-yellənə qalar", "Yel bağlayanı el açar", "Külək kimi hərdən bir yana əsmə". İnanclara görə, çərşənbə axşamları Tanrı ancaq xoş sözləri eşidir. Ona görə də bu müqəddəs axşamlarda əllərimizi ulu Tanrıya uzadıb ona dua edək.
Çərşənbəniz mübarək!
[
Bu gün yel çərşənbəsidir
Printable View
-
03-09-2010, 11:23 AMPOWER_RANGERSBu gün yel çərşənbəsidir
-
03-09-2010, 11:53 AMAyten86Re: Bu gün yel çərşənbəsidir
Cox sag ol cershenben mubarek POWER_RANGERS
-
03-09-2010, 11:58 AMPOWER_RANGERSRe: Bu gün yel çərşənbəsidircox sag ol seninle bahemAlıntı:
Ayten86 Nickli Üyeden Alıntı
-
03-09-2010, 12:39 PMAgLaYaN_BuLuDRe: Bu gün yel çərşənbəsidir
her bir kesi Tebrik edirem
-
03-09-2010, 03:53 PM_ultrAslan_Re: Bu gün yel çərşənbəsidir
her bir azerbaycanlının çerşenbesi mübarek olsun neçe bele günlere çıxasınız ::aze::
-
03-09-2010, 04:22 PMTutu20Re: Bu gün yel çərşənbəsidir
bayraminiz mubarekkk
-
03-09-2010, 09:13 PMcanbellRe: Bu gün yel çərşənbəsidir
Bayramin mubarek tutu20 ultraslan.....umumiyyetle haminizin bayrami mubus.nece bele gozel bayramlara cixasiniz :D
-
03-09-2010, 09:57 PMAseriRe: Bu gün yel çərşənbəsidir
::aze:: Bütünlükde Azerbaycan xalqinin, bütün Azeri. net istifadecilerinin Bayramini tebrik edirem, arzum odur ki, bu gözel medeniyyet ve insaniyyet ölkesinin, üzerinde olan qara buludlari Yel süpürüb ele uzaqlara aparsin ki, belke menim xalqim bir gün görsün. Insaallah!
-
03-13-2018, 12:45 PMBaku
Yel Çərşənbəniz mübarək dostlar!
