[
Qorxu kölgəsinə sığınmış bu gün
Sədaqət, diyanət, məhəbbət, Allah.
Yalan hakim olub, böhtan gözətçi,
Çürüyür zindanda həqiqət, Allah.
[
Əyri əyriliyi yeridir daşa,
Keçib əyrilikdə hamıdan başa.
Doğru həsrət qalıb isti bir aşa,
Görən hara gedir bu millət, Allah.
[
Həftələr dəyişdi, günlər dəyişdi,
Tərəflər dəyişdi, yönlər dəyişdi.
Qiblələr dəyişdi, dinlər dəyişdi,
İtə ot verilir, ata ət, Allah.
[
Ünvanı dəyişib rəzalətin də,
Qaymaq da satılır şor qiymətində.
İndi sədaqətin səltanətində,
Əyləşib hökm edir xəyanət, Allah.
[
Ha çığır, ha bağır, yalan ayılmaz,
Yaxşını yamandan ayıran olmaz.
Satsan, üzünə də baxan tapılmaz,
Necə ucuzlaşıb ləyaqət, Allah.
[
Yalanlar həqiqət qiyafəsində,
Yeklər cövlan edir şeş xanəsində.
Oğrular, əyrilər zəmanəsində,
Əyrilik sayılır, fərasət, Allah.
Bəxtiyar Vahabzadə şerləri...
Printable View
-
02-09-2010, 07:32 PMje_demeureBəxtiyar Vahabzadə şerləri...
-
02-09-2010, 07:36 PMje_demeureDünyanın
Baş çıxarmaq həm çətindir, həm asan
İblisindən, mələyindən dünyanın.
Adəm satdı bir buğdaya cənnəti,
Tora düşdü kələyindən dünyanın.
[
Nə gözəldir, ürək geniş, söz açıq,
Yaşamadım bir sevdamı yarımçıq.
Əzab adlı dəyirmandan narın çıx,
Keçəcəksən ələyindən dünyanın.
[
Arzum üçün mələyən bir cüyürdüm,
O təpədən bu təpəyə yüyürdüm.
Niyə qorxum kəfənindən?
Nə gördüm
Beşiyindən, bələyindən dünyanın?
[
Ey Bəxtiyar, zaman ömrü əridər,
Ölümümüz axan vaxta borc ödər.
Arxasınca palaz kimi sürüdər
Bərk yapışsan ətəyindən dünyanın. -
02-09-2010, 07:36 PMAgLaYaN_BuLuDRe: Bəxtiyar Vahabzadə şeirləri...
:alqis:
-
02-09-2010, 07:40 PMje_demeureDeyilmi?...
Ömür başdan-başa, beşikdən-qəbrə
Həyat sevinci, qəmi deyilmi ?
Ölüm bir ömürlük iztirabların-
Ağrının, acının cəmi deyilmi ?
Mənəvi dünyaya qalxıb ucalmaq
Qanadlı duyğuya qismətdir ancaq.
Beləysə, ömürdən, gündən kam almaq
Hər kəsin arzusu, kamı deyilmi ?
[
Keçir məqamlar da gündə yüz əldən
Hansı gizli əldir pozan, düzəldən.
Sənin güvəndiyin dənya əzəldən
Əkilən, biçilən zəmi deyilmi ?
[
Ayaqlar altında yer oldu tapdaq,
Sirrini, məğzini bilmədik ancaq.
Tapdıq etdiyimiz bu qara torpaq
Əbədi mənzilin damı deyilmi ?
[
Damımız üstündə gəzər, hey gəzər,
Hərə ürəyincə bir mənzil bəzər.
Torpağı sormaqdan etmədik həzər,
Bu da ağlımızın kəmi deyilmi ?
[
Ötəri mənzildə qədər hökm edər,
Kimimiz bal içər, kimimiz zəhər:
Əbədi mənzildə hamı - bir nəfər,
Bir nəfər özü də hamı deyilmi ? -
02-09-2010, 07:47 PM_SoMMeT_Re: Bəxtiyar Vahabzadə şeirləri...
::yerivar:: tesekkurler
-
02-09-2010, 07:50 PMje_demeureAğıl başqa, ürək başqa
Bir-birinə bənzəsə də,
Yel başqadır, külək başqa.
Ətri də xoş, rəngi də xoş
Gül başqadır, çiçək başqa.
Hər diki yoxuş bilmə, gəl,
Hər meyi meyxoş bilmə, gəl.
Hər uçanı quş bilmə, gəl
Quş başqadır, böcək başqa.
~ ~ ~ ~ ~ ~ ~ ~ ~
Hər dərdinə ortaq mənəm,
Hər ağrını tən bölənəm,
Sən çəkənsən, mən gələnəm
Gəmi başqa, yedək başqa.
~ ~ ~ ~ ~ ~ ~ ~ ~
Haqqın yolu-öz yolumdur,
Əyilməyən düz yolumdur,
Xeyirlə şər sağ - solumdur
Şeytan başqa, mələk başqa.
~ ~ ~ ~ ~ ~ ~ ~ ~
Bir diləyə mən calandım,
Gah qazandım, gah talandım,
Ömrüm boyu haçalandım
Ağıl başqa, ürək başqa.
~ ~ ~ ~ ~ ~ ~ ~ ~
Dilək oldu mənim adım,
Pərvazlandı qol-qanadım,
Ҫatmadı səbrim, inadım
Әməl başqa, dilək başqa. -
02-10-2010, 07:50 PMje_demeureTəklik
Xəyal gah dağdadır gah da aranda
Gah göyə yüksəlir, gah enir insan.
Otaqda 1 saat tək oturanda,
100 ilin dərdiylə yüklənir insan.
[
Elə bil divarlar gəlir üstünə
Qulağın səslənir, qəlbin döyünür.
Alışıb yanırsan sən öz tüstünə,
Nidalar gözündə suala dönür.
[
İnsanı tez yorar düşüncələr də,
Verib nəfəsini dərd udar insan.
Özündən başqası olmayan yerdə,
İnsan olduğunu unudar insan...
[
Bir günəş bəs edər, pərişan olma,
Sənin yüz Kür qədər göz yaşın olsa.
Min dərd hücum etsə, könül, sıxılma,
Bir nəfər dərd bilən sirdaşın olsa.
[
Dünyaya gəlmədik biz əbəs yerə,
İnsanıq insan da bizə gərəkdir.
Bağatək qınına çəkilənlərə
Ürək nə gərəkdir, dil nə gərəkdir.
[
Çay çaya qovuşmaz sular daşmasa,
Ulduzun ulduzla ünsiyyəti var.
Göydə buludlar da qoşalaşmasa
Nə ildırım çaxar nə yağış yağar.
[
Yol tapa bilərmi saz ürəklərə,
Mizrab asta-asta telə dəyməsə?
Çıxarmı qönçədən tək bircə kərə,
Bülbülün nəfəsi gülə dəyməsə?
[
Öz el-obasını tərk etdiyindən
Tək-tənha dolanır bayquş bu gün də.
Kolların dibində tək bitdiyindən,
Boynu bükük olur bənövşənin də.
[
Od vurmasa qabda su daşa bilməz,
Quş da tək qanadla dağ aşa bilməz.
Kösöyün ikisi çöldə də yanar,
Biri ocaqda da alışa bilməz.
[
Qəlbimdə min sözüm, min söhbətim var,
Mən deyim, siz deyin, dil yorulmasın.
Yığılın, yığılın başıma dostlar,
Mənim bir günüm də sizsiz olmasın.
[
Dostların qəlbidir yurdum, məskənim,
Ürəkdə bir nisgil gərək olmasın.
Sağlığım bir yana, a dostlar, mənim;
Soyuq məzarım da heç tək olmasın -
02-10-2010, 07:51 PMAgLaYaN_BuLuDRe: Bəxtiyar Vahabzadə şeirləri...
:alqis:
-
02-18-2010, 08:47 PMje_demeureYaman darımışam...
Yaman darıxmısam səninçün,yaman!
Mən əsir düşmüşəm öz istəyimə.
Nifrəti gizlətmək asandan asan
Sevgini gizlətmək mahalmış,demə!
~~~~~~~~~~~~~~~~~~
Haraylar yüksəlir könüldən yenə,
Bu necə haraydı,bu necə haydı?
Öhdəmdən gələrdim...Gözüm üzünə
Qulağım səsinə darıxmasaydı...
~~~~~~~~~~~~~~~~~~
Yaman darıxmışam...Bu nədir yenə
Ağlım sağa baxır,ürəyim sola.
Ürəyim dönübdür göy göyərçinə
Qonub sən gedəli sən gələn yola.
~~~~~~~~~~~~~~~~~~
Yaman darıxmışam...Hər axşamçağı
Arzumu günəşin telinə sardım.
Mənimlə olsaydı,mən darıxmağı
Zamana ən uzun ölçü sanardım...
~~~~~~~~~~~~~~~~~~
Yuxuma gəlmişdin...Qısıldıq küncə
Danışdıq...Yel əsdi...Dağıldı dərd-qəm.
Kölgəyə dönmüşdüm,səni görüncə
Sənin işığında yox oldu kölgəm... -
02-18-2010, 08:54 PMNuriyeVRe: Bəxtiyar Vahabzadə şerləri...
Yuxuma gəlmişdin...Qısıldıq küncə
Danışdıq...Yel əsdi...Dağıldı dərd-qəm.
Kölgəyə dönmüşdüm,səni görüncə
Sənin işığında yox oldu kölgəm...
çox xoşuma geldi bu bende Allah rehmet elesin şairimize
sayılıb seçilen şairlerimizdendir
yerri gelsene Mirze Elekber Sabir seyfeside aç sen
sende onun satirik tenqidi ve.s şerlerinden qoy mende de HOPHOPNAME var mende ordan -
02-18-2010, 08:55 PMje_demeureRe: Bəxtiyar Vahabzadə şerləri...
Bu şirin sevdaya düşəndən bəri
Neçə yol ayrıldıq bir-birimizdən
Ayrılıq günləri hicran günləri
Uzandı...
Ömrünə ömür aldı bizdən
Biz ki,öyrəşmişik hicrana artıq.
Cövrü yadda qalır,qəm unudulur.
Sevən könüllərçün,gülüm,uzaqlıq
Ən böyük,ən gözəl yaxınlıq olur.
Yağış dayandımı,
Qalın buluddan
Sıyrılıb yenidən təzə gün doğur.
Hər uzun ayrılıq,hər qısa hicran
Səni mənim üçün təzədən doğur.
Ayrılıq dəmləri düşürkən yada
Təzədən sevirəm,təzədən səni.
Elə bilirəm ki,bu gen dünyada
İlk dəfə görürəm,gülüm,mən səni.
Ayrılıq günləri düzülür səfə,
Hər gün gözləyirik,hər gün bir günü,
Ayrı bir adamsan,gülüm,hər dəfə
Vüsalın əvvəli hicranın sonu.
Teleqraf kağızı...kiçik bir varaq.
Alışan könlümə su səpir yenə
Səndən ayrıldığım on gündür,ancaq
Milyon illərdir ki,həsrətəm sənə.
On gündə əzabla neçə-neçə min,
Dəqiqə,saniyə yola saldıq biz.
Bu uzun anların,dəqiqələrin
Hansını yaşadıq bir-birimizsiz,
Sənin də yerinə danışıram mən,
Qoy olsun,qəlbimiz ayrı deyildir!
Biz iki olsaq da vüsal günləri
Ayrılıq günləri bir oluruq,bir!
Həsrət,ürəyimdə qaladan möhkəm,
Hicran çöplərindən bir yuva qurmuş.
Sənin yanında da sənə həsrətəm,
Həsrət ayrılıqdan uzun olurmuş...
Görüş qışdan sonra gələn bahardır,
Ayrılıq,görüşlə bitir...tez olur.
Ehh!Ona nə var ki,müddəti vardır,
Həsrətsə ölçüsüz,müddətsiz olur.
Bil,yaman gündə də,yaxşı gündə də
İstərəm qovuşam,mən yetəm sənə.
Gözüm gözlərinə dikiləndə də
Həsrətəm,həsrətəm,həsrətəm sənə!!!
-
02-18-2010, 09:02 PMje_demeureRe: Bəxtiyar Vahabzadə şerləri...ele bir ideya var idi mende :)Alıntı:
NuriyeV Nickli Üyeden Alıntı
Dunen de M.E.Sabirin seirlerinden danisirdiq. :) ok olar... :wink: Yerlimizi yad edek :) -
02-18-2010, 09:51 PMje_demeureBasqasìnìn yasìnda...
Derindir,qorxuludur sakit axan lal sular;
Bir kelmenin icinde bezen nece söz yatir.
Adi gözle görünmez orda yatan duygular;
Cözelesen,görersen kül altinda köz yatìr.
***
Icimi göstermedim cahil tutan güzgüye
Üzde gülüb,içimde müskülüme agladim;
Milletimin derdini ünvanlayib özgeye
Basqasìnìn yasìnda öz ölüme agladim... -
02-18-2010, 11:34 PMdalgalarRe: Bəxtiyar Vahabzadə şerləri...
UNUTMAQ ISTEREM!!
Ozum ozumden,
Bir daha ayrilib hacalanmayim.
Geceler yatiram bir fikirle men;
Seni dushunmeyim seni anmayim!....
Bu ele qaygiki,bu ele qem ki,
Azdirar yuz illik yolundan seni,
Seher de, axsham da duhsunurem ki,
Gerek dushunmeyim hehc zaman seni.
Unudar fikirde,xeyalda tekce
Unutmaz urekde seven-seveni.
Men ozum-ozume unut dedikce,
Ozumu unudub tapiram seni....
<<Unutdum>>-deyirem,ancaq ne fayda,
Yadimdan cixmamish dushursen yada!
Eshqimin Odunu sondure bilmir,
Qezebim sel kimi ashib dashsada
-
02-18-2010, 11:52 PMdalgalarRe: Bəxtiyar Vahabzadə şerləri...
Heyif
Heyif o gozlere o baxislara
Ozge birisine baxacaq hemen
Heyif o ilahi qovsi qaslara
Sinacaq kederli dusuncelerden
Heyif o alovlu oten caglara
Ucan yad budaga tez qonacaqdir
Heyif gule benzer o dodaqlara
Ozge bir dodaga toxunacaqdir
Gulum heyif sene yaziqlar mene
Qoruya bilmedim mehebbetimi
Ozum bile-bile verirem yene
Ozge birisine seadetimi
-
03-05-2010, 05:14 PMnueva_vidaRe: Bəxtiyar Vahabzadə şerləri...
cox gozeller ::yerivar::
-
03-05-2010, 05:22 PMdalgalarRe: Bəxtiyar Vahabzadə şerləri...
ALLAH
İdrakda yol açmış gecədən gündüzə Allah,
Güldürməsən öz könlünü, gülməz üzə Allah.
Dünyaya şəfəqlər kimi tanrım səpələnmiş,
Qəlbin gözü yanmasa, görünməz gözə Allah.
Allah! Bilirik cism deyil, bəs nədir Allah?
Ən yüksək olan haqda, həqiqətdir Allah.
Dondunsa təkamül və gözəllik qabağında,
Dərk et bu, təəccübdə, bu heyrətdədir Allah.
Bildik, bilirik, gizlidir insadakı qüdrət,
Hər kəs onu fəhm etməsə, acizdir o, əlbət.
İnsanın əzəl borcudur insanlığa hörmət,
İnsanlığa hörmətdə, ləyaqətdədir Allah.
Gerçək də budur: gizlidir hər zərrədə vəhdət.
Bir zərrə ikən küllə qovuşmaq ulu niyyət.
Gördüklərimiz zahirdir, bətnə nüfuz et!
Bətndəki, cövhərdəki fitrətdədir Allah.
Fitrət də yatır sözdə, sözün öz yükü fikrim.
Seçmiş, seçəcək daima tükdən tükü fikrim.
Mən bir ağacam, yarpağı sözlər, kökü fikrim,
Sözlərdə deyil, sözdəki hikmətdədir Allah.
İnsan! Təpədən dırnağa sən arzu, diləksən,
Nəfsində duyumsuz, fəqət eşqində mələksən.
Zülmün üzünə haqq deyilən şilləni çəksən,
Şilləndə möhürlənmiş o qeyrətdədir Allah.
Cahil enər alçaqlığa, öz qəlbinə yenməz,
Vicdandan əgər dönsə də, xeyrindən o dönməz.
Zülmətdə, cəhalətdə, ədavətdə o görünməz,
İlqarda, sədaqətdə, məhəbbətdədir Allah.
ALLAHDAN QANAD İSTƏDİM
Allahdan qanad istədim,
Allah mənə xəyal verdi.
Bu qanadlı xəyal mənə
Yaşamağa macal verdi.
Allahdan fərəh istədim,
Allah mənə kədər verdi.
Bu kədərim, qədərimə
Tamam başqa qədər verdi.
Allahdan ağıl istədim,
Allah mənə ürək verdi.
Bu ürək mənim ömrümə
Qəm üstündən qəm gətirdi.
Allahdan dözüm istədim,
Allah mənə qəzəb verdi.
Mən Allahdan rəhm istədim,
Mənə bollu əzab verdi.
Mən Allahdan haqq istədim,
Zülmünü gen-bol eylədi.
Əzabların kotanına
O, sinəmi yol eylədi.
-
03-05-2010, 05:25 PMdalgalarRe: Bəxtiyar Vahabzadə şerləri...
Sukur
Danishma, qardashim, danishma, kiri!
Mene xatirlatma oten gunleri.
Her yashin oz derdi, oz niskili var,
Bir omtun yuz qemi, yuz nisgili var.
Ushaqliq illerim yada dushende
Yaman kovrelirem senin tek men de.
Ozumden yuz defe agirdi derdim.
Qanatma konlumde yara yerini.
Oz chekmem yox idi, o vaxt geyerdim
Atamin chox iri chekmelerini
Hele ushaq iken dozdum her sheye,
Daddim acisini on yashli omrun.
-Mene de teze chekme al,-deye
Yamanca tepindim anama bir gun.
Bele meqamlarda o yaziq mene
Teselli vererdi chekme yerine.
Hesedle baxardim mense dostlarin
Par-par parildayan chekmelerine.
Bir gun qezebimi soyudum deye,
Anamla savashib chixdim kucheye.
Besh addim getmemish birden dayandim,
Bayaqki hirsimi anib utandim.
Ayaqsiz bir ushaq chixdi qarshima,
Ozumu dunyanin xoshbexti sandim.
Bir chekme derdine menim tabim yox,
Dunyanin ne qeder yaxshi-pisi var.
Menim ayagim var, ayaqqabim yox,
Onun ne ayagi, ne chekmesi var.
Indi gileylenim men kimden kime?
Men de derd chekirem, o da derd chekir.
Indi derdimi deyim men oz derdime?
O derdin onunde mene min shukur!
Sen ey ayaqqabi derdi cheken kes,
Ayagi olmayan de, neylesin bes?
-
03-05-2010, 05:27 PMnueva_vidaRe: Bəxtiyar Vahabzadə şerləri...
:alqis:
-
10-16-2010, 04:01 PMje_demeureRe: Bəxtiyar Vahabzadə şerləri...
Bir də qayıtmasın o günler təki,
Qəlbimdə sevdalar çağlaya yenə.
Gözümdə o qədər alçalmısan ki,
Daha nifrətim də heyifdir sənə!
İndi siz tərəfe düşsə güzarım,
...Düşünmə mən səni anıb gəlmişəm.
Ötən günlərimə düşüb yollarım,
İtən günlərimə yanıb gəlmişəm..
Rastlaşsan mənimlə dayanma,tez keç,
Nə bir qıyğacı bax,nə də ki dillən.
Sən məni bir daha xatirlama heç,
O daş xatirəni yandira billəm..
Sənli xatirəler ölsün deyirəm!
Hərdən bir ox kimi bağrımı delir..
O qədər yormuşam o yollari ki,
İndi yollara da yazığım gəlir!
Daha istəmirəm dillənib ürək,
Bir də bu yollara alış,yan desin..
Sevilən kim idi,sevən kim idi
Qoy bizi həyatda taniyan desin!!!
-
07-26-2012, 06:48 PMAska_RRe: Bəxtiyar Vahabzadə şerləri...
Sevdinse...
Sevdinsə…Beş il, on beş il nədir,
Bütün ömrün boyu gözləyəcəksən.
Nə boyda zülm etsə sevgili sənə,
Sevdinsə…"hər zülmə döz",- deyəcəksən.
Sevdinsə…Kölgəyə dönüb hər zaman
Sən onu hər yerdə izləyəcəksən.
Sevdinsə…qəm içib, dərd udacaqsan,
Onu unutmağı unutacaqsan.
Zərərin xeyirdir, xeyirin zərər,
Sevdinsə…Günahın içində haqsan.
Onu unutmağa çalışsan, əgər,
Sən özün özünü unudacaqsan.
Sevdinsə…qanqalı gül biləcəksən.
Hər əsən yarpağa kövrələcəksən.
Sevdinsə…nə dünən, nə də bu günsən,
Sevdinsə…hemişə əen gələcəksən.
Sevdinsə…bir ömrün ilk sabahısan,
Dünyanın ən böyük xeyirxahısan
Men Bextiyar Vahabzadenin butun weirerinin vurgunuyam.Allah ona rehmet etsin...En cox sevdiyim yegane wairdir.Hemiwede menimcun bele olacaq. -
07-31-2012, 10:52 PMSabiRe: Bəxtiyar Vahabzadə şerləri...
:aferin: :aferin: :aferin: :aferin: :aferin:
Alıntı:
Aska_R Nickli Üyeden Alıntı
-
12-07-2012, 07:47 PMMr_RoCCo
Bəxtiyar Vahabzadənin çox sevdiyim şeirləri var ən sevdiyim Axı Dünya Fırlanır
Vaxtin deyirmaninda das eridi, qum oldu, Tarixe atdigiimiz qayitdi, luzum oldu. Dunenin heqiqeti bu gun ters yozum oldu, Niye de yozulmasin, axi, dunya firlanir. Cox ovlaqlar icinde cox ovlari ovladim, Asib-dasan arzumu men artiq cilovladim. Men atami otmusem, meni otur ovladim, Bu, bele de olmali, axi, dunya firlanir. Dunen duz sandigimi bu gun eyri saniram. Bezen olur, ozumden ozum ogurlaniram. Her il basqa arzunun basina firlaniram, Niye de firlanmayim, axi, dunya firlanir Cox eyilen gormusem, eyilmeyen baslari. Sular duruldu, gorduk dibindeki daslari Unvanmi deyisdi dunenin alqislari; Niye de deyismesin, axi, dunya firlanir Nece donur bu dovran, nece donur bu gerdis, Tazilarm ustune dovsanlar da gulermis. Dunya bina olandan her sey deyisilermis, Deyismesin neylesin, axi, dunya firlanir. Ebedini dunyada men ebedi sanmadim, Bir atese tutusdum, min atese yanmadim, Butler geldi ve getdi, birine inanmadim Niye inanmaliyam, axi, dunya firlanir. Firlandiqca bu dunya, yox da donub var olur, Quruyan cesmelerden sular yene car olur. Bu dunyanm xeyri de, seri de tekrar olur, Niye tekrar olmasin? Axi, dunya firlanir. Min-min iller bu dunya belece firlansa da, Bir yuvanin bulbulu min budaga qonsa da, Aylar, iller, fesiller bir-birini dansa da, Deyismezdir eqidem, cox da dunya firlanir, Ne qeder isteyirse, min o qeder firlana, Qarsima gah ser cixa, gah xeyir digirlana. Cerxi-felek isteyir lap dolana tersine, Niyede dolanmasin axi dunya firlanir. -
02-07-2015, 03:00 PMMeÇuLaŞiQ
GEDİREM. - BEXTİYAR VAHABZADE
Daha tərk edirəm mən bu şəhəri,
Son dəfə geriyə baxıb gedirəm.
Unudub qüssəni, qemi kədəri,
Mən çox uzaqlara çıxıb gedirəm...
Gedirəm yağışla, boranla qarla.
Mən qayıtmayacam gələn baharla.
Bəlkə də verdiyim bu son qərarla,
Özüm öz evimi yıxıb gedirəm.
Mən çox uzaqlara çıxıb gedirəm...
Sənlə yox rəsminlə qucaqlaşaraq,
Göz yaşı tökürəm uşaqlaşaraq.
Sevgilim, səndən də uzaqlaşaraq,
Coşğun bir çay kimi axıb gedirəm.
Mən çox uzaqlara çıxıb gedirəm...
Yeni bir başlanğıc, ümid adıyla,
Gedirəm qəlbimin bu fəryadıyla.
Məni kül eyləyən nifrət oduyla,
Hər şeyi yandırıb yaxıb gedirəm.
Mən çox uzaqlara çıxıb gedirəm...
Oxu bu şeirin bu son qismini.
Eşqimlə ruhuma yazdım ismini.
Səndən tək yadigar qalan rəsmini,
Son dəfə köksümə sıxıb gedirəm.
Mən çox uzaqlara çıxıb gedirəm....
