Cabir Novruz - Eşq məhəbbət ölməyəcək
Xalqlar üz-üzə dursa da,
eşq-məhəbbət ölməyəcək...
Bəşəriyyət qırılsa da,
eşq-məhəbbət ölməyəcək...
Məhəbbəti yerə basdır,
göyərib üzə çıxacaq,
Məhəbbəti məzara qoy,
məzardan səsi çıxacaq,
Poladın içində saxla,
poladı kəsib çıxacaq,
Sevən gözlər kor olsa da,
eşq-məhəbbət ölməyəcək...
Hətta günəş qaralsa da,
eşq-məhəbbət ölməyəcək...
Bütün ərzin yollarını
kərkədanlar kəsə belə,
Qəbilələr bir-birinin
başlarını kəssə belə,
Lap millətlər bir-birini
diri-diri yesə belə,
Ordular üzə dursa da,
eşq-məhəbbət ölməyəcək...
Hər şey tar-mar olsa da,
eşq-məhəbbət ölməyəcək...
Nə Leylinin, nə Məcnunun
kimsəyə kini olmayıb.
Sevənin sevgidən özgə
milləti, dini olmayır.
Qoca ərzin vallah, billah
eşqsiz günü olmayır,
Bu aləm zindan olsa da,
eşq-məhəbbət ölməyəcək...
Hər gün ölüm-qan olsa da,
eşq-məhəbbət ölməyəcək...
İnsan insanı duymasa
ruhu ölər, bağrı çatlar,
Yenə qardaş olacaqlar,
bir-biriylə bütün yadlar.
Məhəbbətdən aşağıdır
ədavətlər, küdurətlər,
And içirəm etiqada
eşq-məhəbbət ölməyəcək...
Sevənə yox zaval, xata,
eşq-məhəbbət ölməyəcək...
Ərzin vulkanları dönə
od dövrünə, köz dövrünə,
Dünya qayıda əvvəlki
su dövrünə, buz dövrünə,
Lap planet qədəm qoya
hətta insansız dövrünə,
Lap meymun əsri gəlsə də,
eşq-məhəbbət ölməyəcək...
Dünya ölüb-dirilsə də
eşq-məhəbbət ölməyəcək...
1994.
Cabir Novruz - Eşq məhəbbət ölməyəcək
Printable View
-
11-21-2009, 06:41 PMAzerbaycanliCabir Novruz - Eşq məhəbbət ölməyəcək
-
11-21-2009, 08:39 PMSindyRe: Cabir Novruz - Eşq məhəbbət ölməyəcək
amin.
-
11-21-2009, 09:24 PMXeyallarimRe: Cabir Novruz - Eşq məhəbbət ölməyəcək
kas ki ,bu seirdeki kimi olaydi
Məhəbbəti məzara qoy,
məzardan səsi çıxacaq,
Poladın içində saxla,
poladı kəsib çıxacaq,
-
01-25-2010, 12:20 AMzeynalov_Re: Cabir Novruz - Eşq məhəbbət ölməyəcək
:meyus:
