Cabir Novruz - Bapbalaca bir gəlinsən
Cabir Novruz - Bapbalaca bir gəlinsən
Gəlişinlə lal sükutu uçurtdun,
Bizi çılğın bir aləmə köçürtdün,
Dağlar boyda dərdimizi kiçiltdin,
Evimizin səhər banı - Səfurəm
Mehribanlar mehribanı - Səfurəm...
Xırda boyun, gözün, əlin mübarək,
Çeşid-çeşid əskilərin mübarək,
Evimizə beşik gəlib mübarək,
Həsrət idik çoxdan ona - Səfurəm,
Nisgilimiz çatdı sona - Səfurəm...
Mışıl-mışıl uyuyanda bələkdə,
Gözləyirik səni əsən küləkdən,
Ağlayırsan sevinirik ürəkdən,
Sən güləndə gülüşürük - Səfurəm,
Bəxtimizə gör kim düşüb - Səfurəm...
Nənə deyir: - çox baxmayın balama,
Nəzər dəyər mənim ciyərparama,
Göz muncuğu bağlayıbdır qoluna
Gözümüzün işığısan - Səfurəm,
Bu evin qız uşağısan - Səfurəm...
Təzə doğan ayparasan, aypara,
Yüngül olsun qədəmlərin, ay bala,
Qardaş-bacın düzülsünlər qol-qola,
Ocağımız aşıb-daşsın - Səfurəm,
Böyük adlı, kiçik yaşlı - Səfurəm...
Bizim üçün səndən dadlı gözəl yox,
Xislətində nə bir ləkə, nə şər yox,
Bu dünyada səndən təmiz bəhər yox,
Müqəddəslik heykəlisən - Səfurəm,
Bapbalaca bir gəlinsən - Səfurəm...
1996.
Re: Cabir Novruz - Bapbalaca bir gəlinsən
Bizim üçün səndən dadlı gözəl yox,
Xislətində nə bir ləkə, nə şər yox,
Bu dünyada səndən təmiz bəhər yox,
tesekkurler :alqis: ::yerivar::