Cabir Novruz - Böyüməyə tələsmə
(Balaca Fatimə üçün)
Saf dağ çeşmələri tək,
Gözləri duru qızım.
Yanaqları gül-çiçək,
Ürəyi nurlu qızım.
Dünyada ola bilməz,
Sənin tək saf, müqəddəs.
Sən başdan-ayağacan,
Təpədən dırnağacan
İlkinliyin rəmzisən,
Təmizlərin təmizisən.
Əllərin totuq-totuq,
Tellərin vəsmə-vəsmə.
Sənə qurban olduğum,
Böyüməyə tələsmə.
Dünya işləklərinə
Uyma çox da, ay qızım.
Onda bircə gilə də
Vəfa yoxdur, ay qızım.
Sənin qadan alaram,
Qaşı, kirpiyi əsmər.
Bir daha yalvarıram,
Böyüməyə tələsmə.
2002.
Cabir Novruz - Böyüməyə tələsmə
Printable View
-
11-21-2009, 06:39 PMAzerbaycanliCabir Novruz - Böyüməyə tələsmə
-
11-21-2009, 08:37 PMSindyRe: Cabir Novruz - Böyüməyə tələsmə
serlerini cox sevirem bu sairin,tesekkurler Azerbaycanli,en gozel seyler ele usaqliqdadi,heckes telesmesin :)
-
11-21-2009, 09:26 PMXeyallarimRe: Cabir Novruz - Böyüməyə tələsmə
men de boyumekden cox qorxuram ,sorumluluqlardan qorxuram
gozel seirdi :alqis: tesekkurler
