Yandır məktublarımı...
Hər sətir üstündə titrəyib əlim,
Sətirlər qəlbimdən od alıbdılar
Mən sənə bir dəfə aldandım gülüm,
Məktublar ömürlük aldanıbdılar
Məni xatırlama
Özgə ol , yad ol,
Oyuncaq olmasın məktublar barı,
Ömründə bircə yol
Alicənab ol
Yandır xatirəmi- o məktubları.
Orda ürəyimin harayı, ahı
Qəlbimin utancaq sevdası yatır.
Orda vüqarımın sınma günahı
Kövrək bir nəğmənin sədası yatır
Dağılar şöhrətin dumanı çəni
Udar bir ac balıq incitək səni
Yazdığım sətirlər ac toxum kimi
Bir gün göz yaşını içəcək sənin
Məktublar içində nəyim nələrim
Alovlu sətirlər gizli qəm kimi
Yandır məktubları
Xatirələrim
Yansın
Külə dönsün qoy Kərəm kimi
Sənə ümid dolu dikilən gözlər
Yenə xatirədə donub qalandır.
Əlim əsə- əsə yazdığım sozlər
O zaman düz idi indi yalandır…
Həyatın özündə sınadım səni,
Demə bahar idim ,
İndisə qışam,
Yaxşı ki, sonradan tanıdım səni,
Yaxş ki ömürlük aldanmamışam.
Nüsrət Kəsəmənli
Yandır məktublarımı...
Printable View
-
09-27-2009, 05:43 PMLive_Your_LifeYandır məktublarımı...
-
09-29-2009, 09:08 AMSENLI_DUNYAMRe: Yandır məktublarımı...
[code] en COX SEVDIYIM SEIRLERDEN 1-I.DONE DONE OXUYURAM.UNUTMAQ KOLAY.XATIRELERI SOKUB ATMAQ HIC KOLAY DEYIL.XATIRELER SENIN YASADIGIN HEYATIN 1 HISSEDIR O HEYATI NECE SOKUB ATA BILERSEN?ONUNCUN CALISAQ HEC VAXT NE ALDANMAYAQ NEDE ALDATMAYAQ.
-
09-29-2009, 11:19 AMLenigmeRe: Yandır məktublarımı...
::yerivar:: :alqis:
