İkimizin yerinə
Bu sevgidən sən qorxursan, eybi yox
Mən sevərəm ikimizin yerinə.
Bu eşq üçün bir gun dara çəksələr
Mən gedərəm ikimizin yerinə.
Bir əzabdir sənsiz keçən hər günüm,
Unutmuşam yaxşı - yaman fərqini,
Bu sevginin dağ əridən dərdini
Mən çəkərəm ikimizin yerinə.
Gül deyirəm, gül qəlbinə deyirəm,
Mən səninçün tanri yazan şe"rəm,
Dodaqların inciməsin deyirəm,
Mən öpərəm ikimizin yerinə...
Mən sevərəm ikimizin yerinə...
İkimizin Yerine (Nüsret Kesemenli)
Printable View
-
08-21-2009, 08:05 AMNuriyeVİkimizin Yerine (Nüsret Kesemenli)
-
08-21-2009, 04:30 PMXeyallarimRe: İkimizin Yerine (Nüsret Kesemenli)
Cox beyenirem ::yerivar::
