Dərvişin iradlarını nəzərə alıb mütləq dəyişikliklər edəcəyəm hələlik bu şeiri ilkin versiyada sizinlə bölüşürəm...Qismət
ALPİNİST.
SƏNSİZ HƏSRƏTƏ DƏ HƏSRƏTƏM İNDİ,
İŞƏ BAX HƏSRƏT DƏ GƏRƏK OLUBDUR.
ŞƏKLİNƏ BAXIRAM MƏLƏK KİMİSƏN,
ŞEYTAN DA ƏVVƏLLƏR MƏLƏK OLUBDUR.
ƏVVƏL SEVİNƏRDİN MƏNİ GÖRÜNCƏ,
ARADA YALANDAN SALAM OLARDI.
DİZ ÇÖKÜB ÖNÜNDƏ EŞQ DİLƏNİNCƏ,
GEDİB PUL DİLƏNSƏM,VİLLAM OLARDI.
GƏRƏK DƏRD OLMASIN DAHA ÜZÜMDƏ,
NAZIN GÖR ÖMRÜMÜ NƏ GÜNƏ SALIB.
OĞLAN TANIYIRAM MƏNİM ÜSTÜMDƏ,
ARTIQ DÖRD-BEŞİNDƏN RAZILIQ ALIB.
NECƏYƏM ELƏ DƏ ÇIXDIM QARŞINA,
BÜZDÜN DODAĞINI DEDİN: PİS DEYİL.
ÖZÜNÜ QALDIRDIN DAĞIN BAŞINA,
MƏN DƏ Kİ,ŞAİRƏM ALPİNİST DEYİL.
SƏNİNÇÜN MƏHƏBBƏT,SEVGİ YALANSA
YOLUN AÇIQ OLSUN,QİSMƏTİ TƏRK ET.
SƏN PULLU SEVGİLİ AXTARIRSANSA,
ONDA MİLLİ BANKIN QABAĞINA GET...
Qismət
Öz Şer'ləriniz
Printable View
-
12-09-2007, 05:39 PMqisiQismət- bir şeir daha
-
12-09-2007, 06:46 PMfidan494:D :DAlıntı:
qisi Nickli Üyeden Alıntı
Ay Qismət nə deyim daha, inşallah gözəl bir sevgi nəsibiniz olsun,
təşəkkürlər -
12-09-2007, 06:53 PMqisitəşəkkür
Fidan fikir bildirdiyin və xoş diləklərin üçün çox sağ ol.
-
12-09-2007, 07:00 PMqisiqismət
başınıza ağrıdıramsa bağışlayın.növbəti bir şeir
Səndən xəbərsiz...
Səndən xəbərsizcə mənim gözlərim,
Səni sizə qədər ötürdü, gəldi.
Səni qabaqlayıb ayaq izlərim,
Sizdən gözlərini götürdü, gəldi.
Sən heç vaxt görmədin dərin sevgimi,
Məhv etdi, dağıtdı şərin sevgimi,
Sonranı düşündün fikrin sevgimi,
Getdi gələcəkdə bitiridi gəldi.
Əyildim , yenə də mən oldum uca,
Bezdirdi ayrılıq məni yamanca.
Tutdum ayrılığı döydüm yaxşıca,
Getdi böyüyünü gətirdi gəldi...
Qismət -
12-09-2007, 07:02 PMqisi
bu da digər bir şeir...
Məni bu güzgüdən çölə çıxardın...
Soyuq , rəngli amma səssiz bir şəhər...
Üzdə gülümsəmə ürəkdə kədər,
Bura cəhənnəmdən betərdi, betər
Məni bu güzgüdən çölə çıxardın...
Ürəyim partlayır bunun içində,
Üzsüzlər üzümə düz baxıb keçir.
Mənim sifətimdə, mənim cildimdə-
Mən bunun içinə düşən saatdan,
Mənə bir kədərli üz baxıb keçir...
Bir səsə çevrilmir dilimin sözü,
Bu əli, ayağı, dodağı, gözü,
Həmin o naməlum kədərli üzü
Görmək istəmirəm daha bezmişəm!
Yatsam da, dursam da, mürgüləsəm də,
Görsəm də, baxsam da, hiss eləsəm də,
Elə bilirəm ki, mən adi daşam.
Məni bu güzgüdən çölə çıxardın,
Bu kölgə ömürdən çox yorulmuşam...
Burda hər tərəfdə gözlərin çirki,
Burda xatirələr yaman gündədir.
Güzgüyə baxanlar elə bilir ki,
Həqiqət onların gördüyündədir.
Əsla elə deyil ola da bilməz,
Hamı bir oyunun ortasındadır.
Həqiqət deyilən gözəgörünməz,
Bütün güzgülərin arxasındadır.
Nə olar üzümü bir az güldürün,
Burda özüm kimi ola bilmirəm.
O qəmli oğlanı tutun öldürün,
Məni bu güzgüdən çölə çıxardın-
Daha bu güzgüdə qala bilmirəm...
Qismət -
12-09-2007, 11:26 PMtornedoselam
selam cok guzel
-
12-10-2007, 01:38 PMqisiQismət
bir şeir ...
DOSTUM.
GƏL, MƏNİ DOST KİMİ DİNDİR, DANIŞDIR
DOST BİLSİN QIRAQDAN CAMAAT BİZİ.
MƏN DEYİM : DOSTUMDUR, SƏN DE: TANIŞDIR...
HAMIDAN GİZLƏDƏK SEVDİYİMİZİ.
DANIŞAQ,GÜLÜŞƏK,GƏZƏK YAN-YANA
ONDA ADIMIZA SÖZ DƏ DEYİLMƏZ.
GİZLİ GÖRÜŞÜMÜZ ÇIXSA MEYDANA,
DEYƏK Kİ, DOST DOSTLA GÖRÜŞƏ BİLMƏZ.
YALANDAN BİR OĞLAN ŞƏKİLİ GƏTİR
HEÇ KİM BİLMƏSİN Kİ,SEVGİLİYİK BİZ.
İSTƏSƏN ARADA QOLUMA DA GİR,
BURDA PİS NƏ VAR Kİ,DOST DEYİLİK BİZ.
ZƏNG ELƏ DANIŞAQ DƏRSDƏN-FİLANDAN,
ANANA DENƏN Kİ, BİR YOLDAŞIMDI.
QOY HAMI “DOST” BİLSİN BİZİ HƏR ZAMAN
DENƏN Kİ,HEÇ MƏNİM SEVƏN YAŞIMDI...
BU YOLLA GİZLƏDƏK GƏL SEVGİMİZİ,
CAMAAT “DOST”-DESİN, ANANSA-YOLDAŞ.
“DOSTLUĞA” BÜKƏRƏK HƏSRƏTİMİZİ,
BİRAZCIQ SEVİNƏK GƏL YAVAŞ-YAVAŞ.
DOSTLUQLA YAŞASIN MƏHƏBBƏTİMİZ,
QOY DAHA OLMASIN HƏSRƏT, GÖZ YAŞI.
GƏL,ƏVVƏL HƏYATDA YOLDAŞ OLAQ BİZ,
SONRASA OLARIQ HƏYAT YOLDAŞI. -
12-10-2007, 01:44 PMqisiQismət
Bəzi düzəliş etməliyəm bu misraların sonunda :
GİZLİ GÖRÜŞÜMÜZ ÇIXSA MEYDANA,
DEYƏK Kİ, DOST DOSTLA GÖRÜŞƏ BİLMƏZ ?-sual işarəsi və bir də bu misraların sonunda da :
İSTƏSƏN ARADA QOLUMA DA GİR,
BURDA PİS NƏ VAR Kİ,DOST DEYİLİK BİZ ?-sula işarəsi var.Üzr istəyirəm.Qismət -
12-10-2007, 01:56 PMAnel
Ay Qismət qələmindən axanlar
-
12-10-2007, 09:37 PMqisitəşəkkür
Təşəkkürlər ANEL.Çox sağ ol.
