3 nöqtə ilə başlayır həyatımız 3 nöqtə ilə də bitmək, daha doğrusu bitməmək sonsuzluğa doğru uzanaraq 1 şəkildən başqa şəkilə keçmək üzərə. Uzanıram uzun yollara, uzadıram əlimi tut.
Tut həyat tut əlimi buraxma.
Çək dərindən dayaza, quyudan yer üzünə, aşağıdan yuxarı, alçaqlıqdan yüksəkliyə, ləkələrdən təmizliyə, kafirlikdən dinçiliyə.
Safliğa çək, çək paklığa.
Uzadıram əlimi buraxma daha.
Sevmirəm dərini, qaranlığı sevmirəm.
Qaranlığın təsirindən işığa baxarkən yaş axsa da gözümdən, incitsə də, əziyyət versə də dirənmək, səbr göstərmək, baxmaq və baxmağa vadar etmək istiyirəm.
Tut əlimdən həyat, tut və çək yeniliyə, tükənməzliyə, sadəliyə və ucalığa, yüksəkliyə qaldır, aşağıya baxmamaq üzərə.
Daha qaranlıq da istəmirəm, qaralama da, qaranı da. İstəmirəm sevmirəm bu rəngi, bütün rəngləri çəkdiyi üçün öz içinə.
Uzatmışam əlimi tut həyat.
Sənə arxalanıram, dinimə , dilimə çevirirəm üzümü, göyə qaldırıram əllərimi, Allahıma bağlayıram ümidimi.
Mənliyimi , sədaqətimi , sənə əmanət edirəm həyat !
Tut əlimi.
Sənə uzadıram.
Ömür ver Allahım.
Səbr ver yeni imkan ver.
Bu gündən sabaha sağlam addımlar atmağa, dünənə baxanda ayağımın burxulduğu yerləri tamir etməyə, təmizləməyə.
Bəzən buz tutmuş, bəzən oddan qovrulmuş, bəzən yağışdan çamur olmuş yolları.
Ömrümün sahifələri.......
Hayatdan umudunuzu kəsdiyiniz vaxtlarda sizin əlinizdən kim tutub?
Tut əlimdən hayat...
Printable View
-
07-22-2009, 01:26 PMsuzi333Tut əlimdən hayat...
-
07-22-2009, 03:18 PMSindyRe: Tut əlimdən hayat...
eslinde kiminse elinizden tutmaq istemesi,bunun ozundede bir umud vardir.hec avxt heyatda umudinizi itirmeyin.heyat tutmur,siz onuzun yapisin heyatin bogazindan. heyatda ele insan yoxdurki onun bir seveni olamsin.muteq sizi seven aileniz,qohum,dostlar qonsu, kimsede vardir. onlar size el uzadar,yeterki siz isteyin.tesekkurler..
-
07-22-2009, 04:02 PMkombat80Re: Tut əlimdən hayat...
Tek elden ses cixmaz deyerler! birinin elinden tutmasi her kese lazimdi! ::yerivar::
-
07-22-2009, 05:19 PMsladkayaRe: Tut əlimdən hayat...
Hayatdan umudunuzu kəsdiyiniz vaxtlarda sizin əlinizdən kim tutub?
fidasham..ailem ve sevdigim kişi. -
07-22-2009, 06:17 PMElifRe: Tut əlimdən hayat...
Dostlarım ...
-
07-24-2009, 11:12 PMXeyallarimRe: Tut əlimdən hayat...
Allahim mene yardimci olsun yeter . Her sehv addim atanda Allahim meni qorusun yeter . Her pis gunden , agri acidan yalniz ve yalniz Allahim meni qorusun mene yeter Allahim ve yenede Allahim komeyim olsun
