Yaradılışımız qadında başlayır,
doqquz ay qanını əmərək bəslənərik,
biz onu təpiklərkən varlığımıza şükr edib gülər, heç bir ürəyə sığmayacaq qədər böyük bir nəvaziş duyğusuyla,
fiziki quruluşunu belə pozan o varlığı oxşayar qarınının üzərindən.
Əmdiyimiz qanına, ürəyindən axan sevgini də əlavə edər,
ağrılar içində gətirərkən bizi dünyaya, biz ağlayarıq o uca varlıqdan ayrıldığımıza,
bəs etməz istismar etdiyimiz, sinələrindən bəslənərik aylarla,
onun qoxusu dollar kiçik ciyərlərimizə, fövqəladə bir sevgi və güclə qoruyar bizi.
Şeytan belə cəsarət edə bilməz yaxınlaşmağa onun sinəsində yatarkən, iliklərimizə qədər sevgi və şəfqətlə dolduraraq böyüdər günahsız bədənimizi,
ta ki öz ayaqlarımızın üzərində durana qədər...
Atdığımız ilk addımdan etibarən uzaqlaşmağa başlayarıq ondan, və o qədər uzaqlaşarıq ki, bizi ondan ayıran göbək bağımızdan sonra,
romantik bağımızı da qopararıq,
onsuz da yorğun bədəni qarşı qoya bilməz dünyanın cazibə qüvvəsinə,
əllərindən də, ürəyindən də sürüşər düşərik dünya deyilən lənət yerə.
Tərtəmiz təslim etdiyi bədənimizə, hər gün bir ləkə sürərək qoyarıq yastığa başımızı axşam olduqda.
İllər keçər çirkləndiyimizin fərqində olmadan,
və çirklədəcək qadınlar axtararıq ağılımız əxlaqsız düşüncələrdə...
Alicənab olarıq əvvəl...
romantizmin ən yüksək zirvəsində gəzişərik məqsədimizə çatmaq üçün, çəhrayı bir dünya çəkərik ona...
ümidlər verərik heç düşünmədən...
qazansaq bu yalanlarla dolu oyunu, bir neçə saniyədə bitirərik bütün ümidlərini ..... olarkən.
Bir cızıq daha atarıq ruhumuzun təmiz üzünə...
Çirklətdiyimizi düşündüyümüz bir bədəndəki ürəyə basdırılarıq ölmədən...
Köhnə dostumuz şəhvət yalvarmalarımıza baxmadan bizi tərk etməyə başladığında, yenə anamız gələr ağılımıza,
əvvəllər olduğu kimi təmizləməsini gözləyərik pisliklərimizi.
Onu axtaran qatar gedib artıq, gözlərimizdən yaşlar axarkən oxuyarıq,
məzar daşındakı iki sözü: (ruhuna fatihə)
o zaman anlayırıq ki, bizim həm ruhumuza, həm bədənimizə fatihə oxunmuşdur...
Hər səhər
ümidlərlə, gözəl xəyallarla dolu böyük bir ürəklə doğular,
Hər axşam
ümidi itmiş, xəyalları solmuş böyük bir ürəklə ölər qadınlarımız,
Bu axşam ölməsinlər...
Qadınlarımız.
Printable View
-
07-09-2009, 06:17 PMsuzi333Qadınlarımız.
-
07-09-2009, 06:22 PMkombat80Re: Qadınlarımız.
Qadin anadi evveı her kes bunu bilmelidi. Elbette burda satashiriq bir birimize tebii ki bunlar zarafatdır. Ama qadin kishisiz kishide qadinsiz hec bir ishe yaramayan bir canlidir!
-
07-09-2009, 06:41 PMsladkayaRe: Qadınlarımız.Alıntı:
kombat80 Nickli Üyeden Alıntı
::yerivar:: -
07-09-2009, 09:51 PMAgLaYaN_BuLuDQadınlarımız.
kombat80 qadasi qadinlara bu qeder asand pas vermiyek sonra tez deyisirler:)
-
07-09-2009, 11:34 PMcengRe: Qadınlarımız.mövzu qadınlarla elaqelidir, qızlarla elaqeli deyil, ona görede qızları topa tutabilerik.Alıntı:
AgLaYaN_BuLuD Nickli Üyeden Alıntı
-
07-10-2009, 07:46 PMkombat80Re: Qadınlarımız.Top yox qardasim kutlevi sekilde qirmaqin lezzeti yoxdu. Mence bir bir tutub oldurek :D :D :DAlıntı:
ceng Nickli Üyeden Alıntı
-
07-10-2009, 09:13 PMalenaRe: Qadınlarımız.
Bu qadinlara aid necenci movzudu ,cox darixdirici olmaga basladi artiq , belke yenilik edesiz? ::yerivar:: :angry:
-
07-10-2009, 09:18 PMkombat80Re: Qadınlarımız.Bes deyirdiz mene soz catdirmaq qeliz meseledi. :D Nooldu eseblesmeye basladiz ?? :DAlıntı:
alena Nickli Üyeden Alıntı
-
07-11-2009, 12:26 AMalenaRe: Qadınlarımız.:D Niye eseblesimki,sadece yeniliyi sevirem,tekrardan xosum gelmir,bir sozu iki defe demirem :D :cool: :alqis:Alıntı:
kombat80 Nickli Üyeden Alıntı
