Günlərdir sərhəddində yaşayırıq eşqin..
Günlərdir uçurumunda... Bu neçənci atışımdır özümü qollarından təkliyə. .Bu neçənci hisrlilik , bu neçənci barışma...
Aydındır ki sənsizliyə sürgün artıq bu gözlər. ..Sənsizliğe sürgün bu dodaqlar , bu əllər...
İndi vurğun bir çinar kimidir ürəyim.. Artıq sənə deyil , sənsizliyə söykənəcəyəm...
Hələlik payız çiçəyim , hələlik...
Səni artıq gözyaşlarımla islanmış yastıqlara buraxacağam...
Halbuki illərcə yamyaşıl bir meşə kəndində saxladım gözlərini... Dağ başlarında çoban atəşləri yandırdım , üşüməyəsin deyə...
Əllərinə kor gecələrin qaranlığıyla sarıldım və qışqırdım ən dibsiz quyulara adını...
Əzbərləttim səni qurdlara , quşlara...
Sənsə məni küçələrə vurdun...
Və ən zəhər mahnılara...
Bilərsən...
Küləyə bıçaq...
Yağışa atəş...
Buluda güllə işləməz...
Səndə elə vurdun ki məni , artıq mənə heç bir acı təsir etməz...
Neyləyərsən...
Əvvəl mələklər tərk etdi bizi... Sonra gömgöy xülyalar. ..Öpüşler , gülüşlər , çicekler... Cadusu qalmadı artıq qovuşmaların. ..Bundan belə bizi hər küncdə tam fərqli bir cəhənnəm gözləyər...
Səndə bundan belə içi boş mahnılarla ovut özünü...
Ən ucuz eşqlərlə yu çirkli ruhunu...
Açılarsan...
Daşlar yosunu qucaqlayar bilərsən...
Sarmaşıqlar divarlara...
Gecələr qaranlığa...
Səndə təkliyi qucaqlayarsan...
Və qadınsan...
Ağlaya bilərsən istədiyin qədər...
Gözyaşların yağış kimi axar...
Unutma ki kişiyəm mən...
Və kişilər həmişə tək ağlar...
Sonsuz sevginin sığacağı qədər böyük olsa da ürəyim ,
səndən başqasını sığdıra bilməyəcək qədər də kiçikdir əslində
Kişilər həmişə tək ağlar
Printable View
-
07-06-2009, 04:25 PMsuzi333Kişilər həmişə tək ağlar
-
07-06-2009, 04:32 PMSindyRe: Kişilər həmişə tək ağlar
gozel ayziydi,ama men neyinki kisilerin hec qadinlarindan goz yaslarinin kimsenin gormesini istemirem.qoy kimse aglamasin.aglasadada kimseye goztermesin,dost uzulub,dusmen sevindirmesin.qoy goz yaslarinin hemise sevincden olsun.aminnnn
-
07-06-2009, 04:33 PMGLAMOURKARe: Kişilər həmişə tək ağlaramin.Alıntı:
Sindy Nickli Üyeden Alıntı
-
07-06-2009, 04:59 PMkombat80Re: Kişilər həmişə tək ağlar
Kishi var kishi var kishiden kishiye cox ferq var ! Dahi Filosof Kombat80 (e.ə IV minillik.) :D
-
07-06-2009, 07:29 PMsus-qunRe: Kişilər həmişə tək ağlar
kishiler bash belasidilar.aglasinlarda ne qeder istiyirler.
-
07-06-2009, 07:43 PMkombat80Re: Kişilər həmişə tək ağlarBaş belası yox baş tacı demek lazımdı :DAlıntı:
sus-qun Nickli Üyeden Alıntı
-
07-06-2009, 08:20 PMalenaRe: Kişilər həmişə tək ağlarKaski cem seklinde aglashsaydilar butun kisiler bizim de konlumuz bayram etseydi :P2Alıntı:
kombat80 Nickli Üyeden Alıntı
-
07-07-2009, 11:41 PMXeyallarimRe: Kişilər həmişə tək ağlarCox ama cox ozunden razi birisen :mad:Alıntı:
kombat80 Nickli Üyeden Alıntı
-
07-08-2009, 02:44 AMcengRe: Kişilər həmişə tək ağlar
Salam
Bu yazdığımın yeri bura deyil ancaq göresiniz deye bura yazıram.
gördüyünüz kimi mövzu sehv yere açılıb, yani "Müraciətlər, təkliflər və suallar" formuna çılıb,
Mu mövzunun yeri yeyqin ki "Ədəbiyyat" bölümü olmalı idi. -
07-08-2009, 08:46 AMDamla1Re: Kişilər həmişə tək ağlar
Eslinde heç kim ne kişiler nede kadinlar ağlamasin qoy.Bele bir deyim var: Gözden yaş cıxarmi ürek yanmasa.
Hec kimin üreyi yanmasin.Amin :D
