müəllif: Rahil Tahirli
Qızı aldatmasan atmaq çətindir
Elə lap əzəldən sevən də qızdır,
Lap elə əzəldən aldanan da qız.
Bir üfrüm nəfəslə çırağı sönən,
Bir şirin söz ilə odlanan da qız.
Hər qız inandığı oğlanı sevər,
Qızlar inamının toruna düşər.
Ehtirasdan doğar oğlan sevgisi,
Qızın qəlbinə yox, qoynuna düşər.
Oğlanlar min öpüş səhnəsi yaşar,
Nəfəs də isitməz buz dodaqları.
Bu nə soyuqluqdu ilahi görən,
Qaralıb, göyərib qız dodaqları.
Neçə qız özünü yataqda tapar,
Kiminsə yatdığı qızı sevərlər.
Bir qızı aldadıb çölə atarlar
Dostunun atdığı qızı sevərlər.
İstər döy, istər söy gedən deyil ki,
Getdimi arxadan çatmaq çətindir.
Deyəsən oğlanlar yaxşı bilir ki,
Qızı aldatmasan atmaq çətindir.
Lap elə əzəldən sevən də qızdır,
Elə lap əzəldən aldanan da qız.
Bir üfrüm nəfəslə çırağı sönən,
Bir şirin söz ilə odlanan da qız.
Oxuyun fikrinizi bildirin
Printable View
-
06-22-2009, 09:02 AMDamla1Oxuyun fikrinizi bildirin
-
06-22-2009, 09:13 AMkombat80Re: Oxuyun fikrinizi bildirin
Dusunulmesi vacib olan bir seerdi. Cox saqol.
-
06-22-2009, 10:06 AMDeli_UREKRe: Oxuyun fikrinizi bildirin
::yerivar::
Bunu oglanlardan cox qizlar oxusa yaxsi olar! -
06-22-2009, 11:27 AMsuzi333Re: Oxuyun fikrinizi bildirin
OKUDUM DAMLACIM SİİR GÜZEL,YAZAR DA SEN DE SAOL AMA YORUM YAPMAYACAM BU DEFA....
-
06-22-2009, 02:24 PMXeyallarimRe: Oxuyun fikrinizi bildirin
Cox heyati bir movzudur . Yazdigin her misranin oz yeri, oz deyeri var .
-
06-23-2009, 09:09 AMDamla1Re: Oxuyun fikrinizi bildirin
Bu şerin müəllifi oğlandı. Demək coxlari belə düşünür. Qizlari allatmasa atmaq olmaz. Ay qızlar aldanmayın. :yox: Məncə bu şeri daha cox oğlanlar oxumalıdılar.Artıq sizin sirrinizi bildik alada bilməzsiz bizi :angry:
-
06-23-2009, 09:56 AMas_suaRe: Oxuyun fikrinizi bildirinAlıntı:
Damla1 Nickli Üyeden Alıntı
-
06-24-2009, 04:40 PMGLAMOURKARe: Oxuyun fikrinizi bildirincanim aferin sene.haradan tapdin?Alıntı:
Damla1 Nickli Üyeden Alıntı
-
06-24-2009, 04:42 PMDamla1Re: Oxuyun fikrinizi bildirinMen bilmeyen şeye qurd düşür canim :P2 :P2Alıntı:
GLAMOURKA Nickli Üyeden Alıntı
-
04-15-2010, 01:16 PMzorbirkadinRe: Oxuyun fikrinizi bildirin
Salam Rahil bey.Bir noqtede fikirlerinizle razilasiram. Ancaq mene ele gelir ki, guclu qadin istediyi kisinin ureyine tam hakim kesile biler. O kisi yalniz yataqda o qadini aldada biler. Ancaq urekden ata bilmez. e mailim Yazmaq Olmaz isteseniz yazin
-
06-17-2010, 11:49 AMPOWER_RANGERSRe: Oxuyun fikrinizi bildirin
vayy vayy vayy
-
06-17-2010, 02:09 PMDamla1Re: Oxuyun fikrinizi bildirinondansa fikrini bildir :cool:Alıntı:
POWER_RANGERS Nickli Üyeden Alıntı
-
06-17-2010, 03:06 PMnauthly_girlRe: Oxuyun fikrinizi bildirin
Yəqin ki, bu şer bütün qizlara aid deyil. Elə qizlar var ki, iyrənc əməllərdən tam uzağdir, ama elələri də var ki, nə deyilsə belə haqqinadir. Hərdən oğlanlari günahlandiririğ, səbəb onlarda olmasa belə onlarda görürük! :)
Neçə qız özünü yataqda tapar,
Kiminsə yatdığı qızı sevərlər.
Bir qızı aldadıb çölə atarlar
Dostunun atdığı qızı sevərlər
Bu da bir misal və sübut.Beləsindən nə gözləsin bu oğlanlar?Dostunun atdiği qizi sevən kəslərin də günahi öz boyunlarina, amma raz ki, bu mövzuda qizlari müzakirə edirlər,belə fikir sürdürə bilərəm, mən oğlan deyiləm, amma bir anliğ özümü oglanlarin yerində qoydum və onlar kimi düşünürəm.Bax elə buna görə də mən belə qizlara hansi ki, bütün müsəlman qizlarinin adini batirir, məhz onlara haqq qazandira bilmərəm...O ki, qaldi atilmağ sühbətinə gəlincə Allah insanlara şüur, düşüncə deyilən bir şey verib, zaman olmuşkən düşünmək də lazim.Əslində elələri də var ki, sevgisinin gücündən aldanmağlarinin fərqinə belə vermirlər.Yəni aldanmağ da sevirlər.Amma ozüm də bilmirəm niyə
Mövzuya görə minnətdaram. ::yerivar:: -
06-17-2010, 05:30 PMPOWER_RANGERSRe: Oxuyun fikrinizi bildirinAlıntı:
"Damla1"
ondansa fikrini bildir :cool:
no comment :mad: -
01-25-2011, 07:26 PMovunlu-qizRe: Oxuyun fikrinizi bildirin
tesüfle görek elam eliyem ki qizlar.......... :cry:
-
03-03-2011, 03:09 PMyeni_seyRe: Oxuyun fikrinizi bildirin
Müəllif olaraq şeirimi oxuyan və şərh yazan hər kəsə minnətdaram. Maraqlı müzakirə gedir şeir ətrafında. Hərə bir nöqtədən baxdığıp üçün hər kəsin özünəxas yanaşması var. Bu baxımdan hamını bir növ haqlı saymaq olar. Amma şeirin nədən və necə doğduğunu müəllifdən yaxşı kimsə bilə bilməz. Yene də hər kəsin yanaşmasına sayğı duyuram. Bir daha minnətdaram...
Sayğılarımla...
Rahil TAHİRLİ
