cox sevirem Nusret Kesemenlinin seirlerini.yazdiqlariniza gore tsk.
Printable View
cox sevirem Nusret Kesemenlinin seirlerini.yazdiqlariniza gore tsk.
Bir sevda ağlayır içimdə mənim....
Gəl dedim, köksümə yaralı düşdü,
Əl açdım, əllərim aralı düşdü.
Ona bu ağ dünya qaralı düşdü,
Bir sevda ağlayır içimdə mənim.
Qədri bilinmədi, ömrü qırıldı,
Həsrət boyun bükdü, hicran yoruldu.
O hər gün incidi, hər gün vuruldu,
Bir sevda ağlayır içimdə mənim.
Min gül solduranlar, min gül dərdilər,
Yüngül çiçəkləri yüngül dərdilər,
Mən ürək açanda baxıb gördülər,
Bir sevda ağlayır içimdə mənim.
Dünəni bükülü xatirəsinə,
Vurğundur bu günü xatirəsinə,
Qısılıb mürgülü xatirəsinə
Bir sevda ağlayır içimdə mənim.
Bacara bilmədim özüm-özümlə,
Dil tapa bilmədi işim sözümlə,
Mənim fəryadımla, mənim gözümlə,
Bir sevda ağlayır içimdə mənim.
Mənəm daş daşıyan o məhəbbətə,
İtmiş qaş-daşıyam o məhəbbətə,
Özüm baş daşıyam o məhəbbətə,
Bir sevda ağlayır içimdə mənim.
Gec oldu qədrini mən biləndə də,
Sevinci yaşayıb, qəm böləndə də,
Üzümə baxmayın mən güləndə də,
Bir sevda ağlayır içimdə mənim.
cox beyenirem ::yerivar::Alıntı:
gunel1191 Nickli Üyeden Alıntı
Nə olsun eyni şəhərdə yaşayırıq
Səni görə bilməyəndən sonra
Nə fərqi
Ya qonşuluqda olduq,
Ya hərəmiz dünyanın bir ucunda...
Aramızda bir həsrət divarı var
Mən həsrətin bir tərəfində
Sən həsrətin o üzündə...
Nə olsun, eyni şəhərdə yaşayırıq,
Ömrümüzə eyni şəhər,
Eyni axşam düşür,
Günlərimiz balıq kimi sürüşür.
Səni görə bilməyəndən sonra
Evlərimiz həbsxana kamerası,
Lap elə bir addım arası...
Nə olsun, eyni şəhərdə yaşayırıq,
Eyni havanı uduruq,
Eyni sudan içirik,
Eyni dayanacaqlardan keçirik,
Eyni yolda müxtəlif istiqamətlərdə qaçırıq.
Səni görə bilməyəndən sonra nə fərqi,
Ya ilan kimi sürünürük
Ya quş kimi uçuruq.
Nə olsun, eyni şəhərdə yaşayırıq.
Şəhər bizim şəhərimiz deyil,
Nə də biz bu şəhərinik.
Yağan yağış bizimdi,
Göy üzündə sərgərdan
Gəzən bulud bizimdi.
Bir araya düşən həsrət,
Bir də ümid bizimdi.
Bu şəhərdə nə sən mənimsən,
Nə mən sənin...
İçində itib batmışıq qəmin,qüssənin...
Birimiz hicran,
Birimiz həsrət daşıyırıq,
Hərəmiz dünyanın bir ucundayıq.
Səni görə bilməyəndən sonra
Nə olsun eyni şəhərdə yaşayırıq...
Bir soyuq baxmağın boranlı qışdı,
İsti nəvazişin yazımdı mənim.
Gəlişin könlümün toy-bayramıdı,
Gedişin ən böyük cəzamdı mənim.
Bu sevgi əzabı bir an səngiməz,
Sən olan könülə duman, çən girməz,
Məni dara çəksən ruhum inciməz,
Küsməyin ən ağır cəzamdı mənim.
:alqis:
::yerivar::
Təşəkkürlər...
Uçdun əllərimdən son ümid kimi,
İnd bu yıxılmış dünyama baxma.
Qolumda yalqızlıq qandalları var,
Məni bu sevgidən yetim buraxma.
Sevdalı günləri necə unudum,
Elə soyuq baxıb canımı yaxma.
Anasız-atasız bir uşaq kimi,
Məni bu sevgidən yetim buraxma.
Gedirsən xoşbəxt ol, acıma mənə,
Demə ayrılığı qafana taxma.
Düşdüm ayağına, qurbanam sənə,
Məni bu sevgidn yetim buraxma.
Qədərdən qaçılmaz söyləyib,amma,
Yolumu qaranlıq çıxmaza salma.
Xoşbəxtlik mənim də haqqımdır, axı,
Məni bu sevgidən yetim buraxma...
Qoy milisler incimesin,
Qorxulu bir sirr deyirem:
Coxdandir ki, bir arzum var,
Ogru olmaq isteyirem!...
Insanlarin arasindan
Eqidesiz adamlari,
Vicdanini pula satan
nadanlari
Ogurlamaq isteyirem!
Bu torpagin gunden-gune
Niye artir derdi-seri...
Dovletlerin arasindan serhedleri
Ogurlamaq isteyirem!
Axi, ne is gormusem ki,
Ogurluq da isdi bari.
Men anamin sifetine
Vaxtsiz dusmus qirislari
Ogurlamaq isteyirem!...
Birisini yixmaq ucun
Ikisinin ulfetini,
Insanlarin ureyinden Her kinini,
nifretini,
Yalanini bundan ona,
Ondan buna satanlari,
Iki seven arasindan
O ucuncu adamlari
Ogurlamaq isteyirem!
Araz axir...
O taydan da insan baxir,
Bu taydan da insan baxir,
Nece milyon gozuyasli ezizimi,
O hesretli Tebrizimi
Ogurlamaq isteyirem!
Indi nece dovletlerden
Mezlumlarin ah-zarini,
Yad torpaqda yatib qalan,
Esrlerin arxasindan
Qollarini catib qalan
Kerbeladan Fuzulinin,
Helebdense Nesiminin mezarini
Ogurlamaq isteyirem!
Ne gizledek, bilir hami
Tonqal catib yandirirlar
bu cahani.
Qelbim deyir:
“Bir azeri meselini yadina sal:
“Ogrudan-ogruya halal...”
Prometey ogurlayib
Insanlara veren odu
Ogurlamaq isteyirem!
Lap qezebi tutsa bele Yerin mene,
goyun mene
Ne deyirsiz, deyin mene
Ogru olmaq isteyirem !!!