Şəhriyara açıq məktub(məhəmməd rahım)
Yenə coşdı təb`ım,mənə saz verın
Qişla yoxdır işim məmə yaz verin
Ayağı altına,şəhriyarimin
Salmaq içun qali, payandaz verin
Veqarlı dağ kimı,başi qardayam
Tərlanam uçmuşam,sanma dardayam
Mən sənə həsrətəm xıylı zamdır
Gozlərim yol çəkir,intizardayam
Işıq üfuqlarda,sərhəddən gəlir
Fərəh şad mujdədən xəbərdə
Vətən səadətı ,mərdanəlikdən
Səadətdən gəlir hunərdən gəlir
Dağlar həsrət çəkir biraz qar içun
Bağlar buyun burur,şirin nar içun
Mənin sə burnumun ucu goynəyir
Təbrizli qardaşim, şəhriyar içun
Təbrizin yolları daraq-daraq dı
Təbrizin ətrafı,bağçadı,bağdı
Oyunur təbriz kı , oğlu şəhriyar
Onun şohrətini ucaldacaqdır
Təbrizin yolları ,dolan-dolan dı
Sədaqət dunya da ancaq qalandı
Östad şəhriyarin məhəmməd rahimə cavabı
Östad şəhriyarin məhəmməd rahimə cavabı
Igitlər urdu qəfqazim , sənə məndən səlam olsun
Sənin eşqundə iranda , hənuz səbrı talan vardır
Anam təbriz mənə gəhvarə də söylərdı: yavrum bil!
Sənin qalmiş otay da xallı tellı bir xalan vardır
Bu dunyadə oğul eşq əhlinə,kufr əhli duşmandır
Bir allah can verərsə , min də bizdən can alan vardir
Onu bizdən ayırdi ruzgarin saze na sazı
Onunçun sizlaram, hər yerdə gorsəm saz çalan vardır
Araz duşman əlində bir qilic tək ortani kəsdi
Onun evladı varsa bil səni yadə salan vardır.
Məni başdan çixarmaq çın , yaramazlarda söylərdı:
Sozə çox etıbar etmə ki duz vardır,yalan vardır
Boy atdim , axtarib tapdım,nə hasıl getməgə gordum
Aramizda yolı bağlı , qaranliq bir dalan vardır
Bizi kufr əhli istərsə , yukun çatmaq ıçun istər
Bizə bunlardan artıq qalsa,bir yırtix palan vardır
Ogun ki rahımin məktubi gəldi çatdı , baxdim ki
Anm qanilə qəlbı çirpinanlardan qalan vardir
Daha heydərbabanın nə`rəsinqaytarmadan gordum
Otayda sinələrdə sanki minlər "Savalan" vardır
Üraək qanilə məndə yazdım ay nazlı anam qafqaz
Sənin də "şəhriyar"ın tək butayda bır balan vardır