Özümüz də bilmədən ruhumuza axan bir ədəbiyyatımız var. Şifahi xalq ədəbiyyatı. Analarımızın laylası,alqışı, arzusu, nənələrimizin nağılı,oxşamaları babalarımızın dastanı ilə qəlblərimizə hopan ədəbiyyatımız. Hazırki zamanda da çoz geniş istifadə olunur. Hələ qarğışları demirəm :wink:
Bayatı
Çay batıb, çaylaq qalib,
Ceyransiz oylaq qalıb.
Dağlar qəm libasında,
El köçüb yaylaq qalıb.
Şamama qopub tağdan,
Alma düşüb budaqdan.
Ey gözümün işığı
Məni qurtar bu dağdan.
Eləmi dağlar çəkər,
Dumanı dğlar çəkər.
Çəhid bala dağını
Analar ağlar, çəkər.
Eləmi, Vətən yeri,
Yurd yeri, Vətən yeri.
Haraylayıb gəzirəm
Bülbüllər ötən yeri.
Əzizim, qala dərdi,
Yurd dərdi, qala dərdi.
Elim xoş günlər görə
Düşmənə qala dərdi.
Yuvadan üçan ağlar,
Vətəndən qaçan ağlar.
Dərdlilırin içində
Obadan köçən ağlar.
Şifahi xalq ədəbiyyatı
Printable View
-
02-02-2008, 08:03 PMSecdeŞifahi xalq ədəbiyyatı
-
02-02-2008, 08:17 PMSecde
Sənə şükürlər olsun İlahi məni Təbrizli yaratdın
Biləyim güclü yaratdın
Niyə fəxr eyləmiyim?!... Təbrizi qeyrətli yaratdın
Papağın əyri qoy oğlum
Yenə düşmən qabağında
Uca Türkün ocağında
Qoca Ərkin qalasında
O sukut qan çanağında
Belə üsyanı qopatdın...
Elə tufanı yaratdın...
Qoy o satqınlar özün Tehrana satsın!
Özünü satmışın artıq nəsi vardır ki talansın?!
Qoy onlar maskova qaçsın...
Gözünün qarşısına pərdə açanlar
Düşmənin oxlarını xalqa atanlar
Çürümüş beyni yuvanlar
İçi boş təblə vuranlar
Bizi bizdən ayıranlar
Ürəyi müftə vuranlar
Məni Təbrizdə qoyub maskovaya sinə vuranlar
Vətəni, millətini beş manata, min tümənə
Gah rusa, gah frsa satanlar!
Huşu yox başına gəlsin
Hələ qoy özlüyünü yadlara satsın
Hələ qoy Təbrizimi qanə boyansın
O Səhəndin vuqarı sönməz vuqardır Ata Təbriz
Bu Azərbaycanın evladına aydındır, əyandır qoca Təbriz
Başımı eyləmisən sən uca Təbriz
Sən Azərbaycanımın qan damari
Sən əzəldən yaranıbsan qoca aslan yatağı
Dədə qorqud sayağı...
Özü məzlum... amma məzlum dayaği!...
Baki səndən alacaqdır nəfəsi
İki qardaş qıracaqdır qəfəsi
"Rəsuloğlu" ucalandır bu səsi
"Yaşasın Türk elinin ərgənəsi
Yaşasın millətimin ənənəsi
Yaşasın Türkçülüyün dəbdəbəsi..."
Ölmüyəydim barı Təbrizliləri şad görəydim...
Bakının nəğmələrin Təbriz ilə yar görəydim
Səni Azad görəydim
Səni abad görəydim
Ürəyim pasdan arınmış, səni ulduzla, aya tay görəydim...
Səni Azad görəydim...
Səni abad görəydim... Qoca Təbriz
Böyük Rəsuloğlu
Mən Türkəm
Sən bizi aldatdın illərdən bəri
Mən çərxi-fələkdən dərs gِtürmüşəm
Özgə anasından süd əmənləri
Özgə qulluğunda duran gِrmüşəm
Bəsdir dِzdüyümüz ِlümdən betər
Kِhnə bazardakı kِhnə nırxa
Milləti yüz yerə caladın, yetər
Yüz arxın suyunu qatma bir arxa
Əslimi, nəslimi tanıyıram mən
Qarışıq deyiləm, ِzümdən hürkəm
Sən kimsən, sən nəsən, ِzün bilərsən
Mən ilk qaynağımdan Türk oğlu Türkəm!
Sübutdur, dəlildir, ağlın qibləsi
Dəyişə bilərsən ağlımı ancaq
Canım çıxanadək qəlbimin səsi
Türkəm gərçəyini pıçıldayacaq
Bəxtiyar Vahabzadə -
02-06-2008, 09:14 PMAnel
::aze:: Bəlkə də kimlərəsə naməlum olar ki, şifahi xalq ədəbiyyatı nədir? Bir az bu haqda yazmaq istərdim. Ədəbiyyatımız 2 qola b
-
02-06-2008, 09:44 PMAnel
Şifahi xalq ədəbiyyatı 3 n
-
02-07-2008, 10:55 AMSecde
Sağ ol Anel...
Üzr istəyirəm mənim vaxtım bir az az oldu.
Bu mövzunu canlandırmaqda mənə kömək et.
Çünki Hər gün həyatımızda müraciat etdiyimiz ədəbiyyatımızdır. Nənələrimiz, Analarımız, Bacılarımız, Gəlinlərimizin oxuduğu "LAYLA"-lar
Laylalar
Laylay beşiyim laylay,
Evim, eşiyim laylay.
Sən get şirin yuxuya,
Çəkim keşiyin laylay.
Laylay deyim boyunca
Baş yastığa qoyunca
Pardaxlan, qızıl gülüm
Bir iyləyim doyunca.
Laylay dedim yatasan,
Qızıl gülə batasan.
Qızılgül kölgəsində
şirin yuxu tapasan.
Balama can demişəm,
Ağlama can demişəm.
Balam dil açan günə
Quzu qurban demişəm.
Balam laylay, a laylay,
Körpəm laylay, a laylay.
Laylası dərin bala,
Yuxusu şirin bala,
Tanrıdan əhdim budur
Toyunu görüm, bala.
Bizim yerlər qalın meşə,
Taxtında otur həmişə,
Aranında gül bitsin,
Yaylağında bənövşə.
Balam layla, a layla!
Gülüm layla, a layla!
Laylay dedim ucadan,
ünüm çıxdı bacadan,
Səni tanrı saxlasın,
Çicəkdən,qızılcadan.
Balam layla, a layla!
Gülüm layla, a layla!
Layla dedim yatınca,
Gözlərəm ay batınca,
Canım zinhara gəldi,
Sən hasilə çatınca.
Balam layla, a layla!
Gülüm layla, a layla!
Layla beşiyim, layla,
Evim.eşiyim, layla,
Sən yat, yuxun algınan
Çəkim keşiyin layla!
Balam layla, a layla!
Gülüm layla, a layla!
Layla dedim yatasan,
Qızıl gülə batasan
Qızıl bağın olsun,
Kölgəsinda yatasan.
Balam layla, a layla!
Gülüm layla, a layla!
Laylay dedim yatasan,
Qızıl gülə batasan.
Qızıl gülün içində
şirin yuxu tapasan.
Balam layla, a layla!
Gülüm layla, a layla!
Laylay dedim yatasan,
Qızıl gülə batasan.
Gül yastığın içində
şirin yuxu tapasan.
Laylay dedim həmişə,
Karvan gedər enişə.
Yastığında gül bitsin,
Döşəyində bənövşə.
Laylay dedim gündə mən,
Kölgədə sən, gündə mən.
Ildə bir qurban olar,
Sənə qurban gündə mən.
Laylay əməyim bala,
Duzum çörəyim bala.
Gözlərəm böyüyəsən,
Görüm köməyin bala. -
02-11-2008, 06:37 PMAnel
Dəyməz. Mən də
-
02-11-2008, 07:28 PMAnel
Epik n
-
02-12-2008, 06:55 PMAnel
"Əfsanə". Bu janr əsasən xalqın tarixini, xəyalpərəstliyini, arzularını
-
02-17-2008, 07:13 PMAnel
BİRİ VARMIŞ, BİRİ YOXMUŞ
Uşaqlıqdan bəri gecələr yatan zaman analarımızdan, nənələrimizdən eşitdiyimiz nağıllar barəsində yazmaq istəyirəm.
Nağıl. Ş.x.ədəbiyyatının ən qədim və geniş yayılmış janrlarındadandır.Nağıllarda insanların, həyatı, yaşam tərzi, d -
02-17-2008, 09:42 PMizzet_
Şifahi xalq ədəbiyyatlarından günümüzdə böyük mövzulardan biri olan "DASTAN"
Dastanlar- Xalqımızın ən qədim ədəbiyyat janrlarından biridir. Dastanlar müxtəlif təbəqə insanlardan bəhs edərək dildən-dilə keçərək bu günümüzə qədər gəlib çıxmışdır. Burada qəhramanlıq, sevgi-məhəbbət, vətən, zalım bəy və xanarla mübarizə, mədəniyyət mövzularında dastanlara rast gəlmək olur. Bəzi dastanlar Türk millətlərinin birliyini bildirən, ümumi türkçiliyi diqqətə çatdırır. Belə dastanlardan ən əsas " Kitabi Dədə Qorqud" dastanını göstərə bilərik.
O cümlədən qəhrəmanlıq və zalımlara qarşı " Koroğlu" " Qaçaq Nəbi" Qaçaq Kərəm"
Məhəbbət mövzusunda- "Abbas və Gülgəz" " Əsli və Kərəm" (Yanıq Kərəm musiqisi bu dastana həsr olunmuşdur), "Aşıq Qərib" və s. dastanlarını göstərmək olar.
Dastanlar boylar yaxud qollara ayrılır. Bunlarda dastanda baş verən hadisə və ya ayrı-ayrı dastan qəhramanlarına aid edilən hissələrdən ibarət olur. Məsələn Dədə Qorquddan " Ana südü və dağ çiçəyi" boyu, Koroğludan " Keçəlin Qıratı qaçırması" boyu və s.
Dastanlar qədimdən bəri dillərimizdə Aşıq sənəti Aşıq yaradıcılığı ilə yaşayıb. Hər zaman toy və məclislərimizdə, bayramlarımızda aşıqlar dastan söyləyər bu söyləmələrlə dahada gözəlləşə-gözəlləşə, bəzədilə-bəzədilə yaşamışdır.
