Əsir Azərbaycanım.
Hani məni gül qoynunda doğuran,
Xəmirimi göz yaşıyla yoğuran,
Beşiyimdə "laylay, balam" çağıran
Azərbaycan, mənim baxtsız anam oy!...
Neçə ildir həsrətinlə yanam oy!...
Salam desəm, rüzgar alıb götürsə,
Ağrı dağdan Alagözə ötürsə,
Gur səsimi göy Xəzərə yetirsə,
Xəzər coşub zəncirini qırsa oy!...
Hökm etsə, bu sərsəm gediş dursa oy!...
Xəbər alsam Muğanımdan, Milimdən,
Nazlı Bakım, o neft qoxan gülümdən, :meyus:
Kim demiş ki, düşmüş adı dilimdən?!
Azərbaycan, mənim eşsiz yurdum oy!...
Ölməz eşqim, içimdəki dərdim oy!...
Könlümə tək Kəbə etdim səni mən,
Sənsiz neylim qürbət eldə günü mən,
Sənsiz neylim Allahı mən, dini mən,
Azərbaycan, mənim tacım, taxtım oy!...
Oyanmazmı kor olası baxtım oy?!
Almas İldırım.
Əsir Azərbaycanım
Printable View
-
12-16-2007, 02:13 PMfidan494Əsir Azərbaycanım
-
12-16-2007, 09:00 PMDervich
Fidan xanım şeir üçün təşəkkür edirəm . Almas İldırımın ən çox sevdiyim şerlərindəndir . Allah rəhmət eləsin , qəbri nurla dolsun .
Amma bunu [ dilindən eşidib coşmağın , ağlamağın da ayrı ləzzəti ...
Y.G Saytı reklam verməyim ümid edirəm ki forumun qaydalarına zidd deyil . Belə saytları adətən tanıdıqlarım arasında yaymağı özümə borc bilirəm . -
12-16-2007, 09:01 PMfidan494
Bu şerində şair gözəl qıza xitab etsə də yenə də vətən hisslərini ortaya qoyub.
"O gözələ"
Xatırlarmısın ki, orda bir zaman
Səninlə diləyə ərdim gözəlim!...
Sən məndən yadigar bir şey istədin
Qoparıb qəlbimi verdim gözəlim!...
Məni qəbrə qədər götürsün deyə,
Zəhərmi qatmışdın sunduğun meyə?
Mən lənət oxudum sənsiz hər şeyə,
Mən hər şeydə səni gördüm, gözəlim!...
Muğan yaylasında, Göy Mil düzündə,
Axdı qanım damla damla izində,
Gəl vəfa qıl sən də bir dur sözündə,
Mən sözüm üstündə durdum, gözəlim!...
Kəbəm oldun mehrabına diz qoydum,
Xızrım oldun dərgahına göz qoydum,
Qərib düşdüm torpağına üz qoydum,
Bir sormadın, nədir dərdim, gözəlim!...
Hara getsəm arxanda bir ahım var,
Varıb baş qoymağa bir dərgahım var,
Əlbət ki mənim də bir Allahım var,
Gün gələr hür olar yurdum, gözəlim! -
12-16-2007, 09:02 PMfidan494
Bu mövzunu açmaqda məqsədim : bu il görkəmli şairimiz Almas İldırımın doğumundan 100 il keçir (1907 ci il 24 mart).
Türkiyə (Elazığ) və Azərbaycanda 100 illik yubileyi münasibətilə şairi anma mərasimleri keçirilmişdir. -
12-17-2007, 04:21 PMAnel
Fidan
-
12-18-2007, 09:51 PMazermensch
cok hos siir.fidan494 ün eline saglık.
-
12-25-2007, 11:57 PMSindy
esir Azerbaycani,Canim Azerbaycanim,Gozum Azerbaycanim.menim Azerbaycanimm...
Fidan cox sagol.siirler icin lezzet eledi. -
12-26-2007, 01:46 PMFarik-90
Cox sagol fidan ela movzuya toxunmusan ALLAH butun esrde olanlari,butun sehid olanlara REHMET elesin! AMIN!!!
-
12-26-2007, 05:38 PMSahin26
ÜLKE İNSANININ BEYNİNİ ESİR ALMADIKÇA, O ÜLKEYİ ASLA ESİR ALAMAZSIN. ENİNDE SONUNDA O ÜLKE İÇİN CAN VERECEK NEFERLER MUTLAKA ÇIKACAKTIR VE ÖZLEDİĞİ ÖZGÜRLÜĞÜNE KAVUŞACAKTIR.ÜLKESİ VE MİLLETİ İÇİN CANLARINI VERENLERE ALLAHTAN RAHMET DİLERİM.
-
12-26-2007, 06:07 PMSahin26
Karanlıkta gözlerim dikilmiş ufuklara... / Bir fırtına sesi var gökte bulutlar dal dal / Açmış Doğu bağrını sökecek şafaklara / Kop ey deli fırtına! Raşeni gönlüme sal / İhtilal istiyorum mukaddes bir ihtilal!...
Almas İldırım 100 yaşında
Sevda İsmayıllı
Mühacir hayatı yaşamış şair Almas İldırım 100 yaşına çatdı. Azerbaycan edebiyyatında onun yeri nece görünür? Türk dünyası üçün Almas İldırım şaxsiyyeti ne demekdir? Müsahibimiz edebiyyat ve İncesanat Arxivinin direktoru Maarif Teymurdur.
-Maarif bey, Almas İldırım kimdir?
-Gerçek adı Yıldırım, soyadı Almaszade olub. 1907-ci il martın 24-de Abşeronun Qala kendinde doğulub. «İttihad» mektebinde tahsil alıb, 1925-ci ilda universitetin Şarqşünaslıq fakültesine daxil olub, ancaq atası vaxtı ile tacir olduğundan tahsilini tamamlamağa imkan vermeyibler. Yaradıcılığa başlayan günden adı bolşeviklerin qara siyahılarına düşüb. «NKVD» Almas İldırımı «terbiye» etmek, bolşevik arşınına uyğunlaşdırmaq üçün Dağıstana sürgün edir. İki il Dağıstanda qalan şair yazırdı:
Gizli yol kesmedim, qaçaq olmadım,
Sakit bir hayatı pozmadım men ki!..
Heç kime qanlı bir bıçaq olmadım,
Heç bir qatle ferman yazmadım men ki!..
Bu defa ise onu Türküstana sürgün edirler. Almas İldırım yene inadından dönmür.
-Bas şair qırmızı terrordan nece qurtula bilir?
-Zekalı, bilikli insanları 20-ci illerden izleyirdiler. 1933-cü ilda Almas İldırım İrana keçmeye cehd gösterir, ancaq onu «sovet casusu» adıyla tutub bir aya yaxın suyun içinde saxlayırlar. Daha sonra baxti getirir ve İrandan Türkiye'nin Elazıq eline keçe bilir. Belece, hayatını 17 il uzadır. Aks halda, Almas İıldırım en geci 1937-ci ilda Stalin repressiyasının amansız güllelerine tuş gelecekdi…
-Elazığda Xazar gölünün olması haqqında ilk defa ne vaxt xaber tutmusunuz?
-Almas İıldırım 1933-cü ilda Türkiyede-Elazıqda meskunlaşır. Çox sefalı tabiati olan Elazığda kiçik bir göl de varmış-Gölcük adında. Ona bir şeir de hasr edir. 1935-ci ilda Atatürke mektub yazır ki, bas men Azerbaycandan gelen bir qaçqınam. Mümkünse vatanimin Xazar denizine oxşayan Gölcük mahz Xazar adlandırılsın. Şairin bu xahişi yerine yetirilir. Belece, Bakının Xazari Elazığın Xazariyle adaş olur.
-Bu Xazar o Xazara nece qovuşdu ve niye qovuşdu?
-1992-ci ilden Xazarlari «qovuşdurduq». 1999-cu ildan Elazığda Xazar Şeir Axşamları keçirilir. Oranın insanları İldırımı derin hörmetle anırlar. Bu, bize qürur verir.
-Almas İldırımdan ne ve ya neler yadigar qalıb?
-Türkiyede onun «Ninniler» ve «Bayatılar» kitabları çapdan çıxıbmış. O kitablardakı şeirleri sonralar «Qara dastan»da derc etdirmişik. Axtarışlar davam edir. Yeni eserlerle görüş çox çekmeyecek.
-Şeir yadigarlarını yavaş-yavaş oxuyuruq… Almas İldırımın övlad yadigarlarını nece, tanıyırıqmı? Meselen, Azer Alması?
-Eldegez ve Yurdavar adlı oğullarını eyni günde defn edib. Uşaqların adı Almas İldırımın vatan ve Türklük sevgisini göstermirmi? 6 oğlu olub. Onun 4-cü oğlu Araz Almasın gözel şeirleri vardı, rahmete gedib. Özü de Şüvalanda basdırıblar. Azer adlı böyük oğlu hazırda sağdır ve Azerin oğlu Bakı-Tbilisi-Ceyhan neft kemerinin inşasında mühendis kimi çalışıb.
-Sağlığında ona «milletçi ve Pantürkist şair damğası» vurulmuşdu. Bas gelecede hansı ad qalacaq?
-Vatansever şair, Türklüye körpü salan mühacir şair kimi qalacaq. Ruhlar ölmür. Onun ruhu her an yurdunu qarış-qarış gezir.
(alıntı) -
12-27-2007, 03:43 AMTurksoyluRe: Əsir Azərbaycanım
Yazıqlar olsun sənə ana yurdum.Gör sənin taleyini tarix kimlərə tapşırıb.Hanı türk xaqanları?Hanı türk igidləri ki,nərəsindən yer partlardı,göyde quş səkərdi?Oyan türk oğlu türk babam! Gör övladların kimlərə boyun əydi?Sənin taxtında yağı düşmənini kim otuzdurdu baba!Niyə qarğımırsan övladlarını?Niye taxtından mənfur əlləri kəsməyincə- qəbrimi ziyarətə gəlməyin- deyə övladlarını qarğımırsan?
-
12-27-2007, 09:54 PMkurekmahkumu
azerbaycan esir değildir biz türkiye türkleri olarak her zaman yanınızdayız
-
12-28-2007, 07:55 PMcimbom
şiirler çok güzeldi teşekkürler fidan :alqis: :alqis:
-
12-29-2007, 09:04 PMSecde
salam aleykum.
Fidan494 səni tərifləmirəm ona görə ki, islam dinində insanı tərifləmək doğru qəbul edilmir.
Amma çox sağ ol!!!
Bu şeri mən hər gün Azərbaycan radiyosunun hər səhər açılışında dinləyirdim. bəlkə sizdə dinləyərsiz. Son zamanlar radio dinləyə bilmirəm diyə daha xəbərim yoxdur. Amma xahiş edərdim ki Azərbaycan radiosu bu musiqini hər gün səsləndirsin! -
12-29-2007, 10:38 PMmilitan01
ellerine sağlık
-
01-14-2008, 05:39 AMRecebov
Fidan xanım serler gözelmiş..bahtiyerım...
-
02-02-2008, 08:28 PMSecde
Qara dastan
Kimsə bilməz Tanrıdağın yaşını,
Duman almış Altayların başını,
Uçurmuşdur başdan dِvlət quşunu,
Sətvətinə yüz çevirmiş zaman hey…
Qoca Türkün düşdüyü dərd yaman hey…
Dِrd bir yana dağılmış Türk soyları,
Sِnmüş ocaq, kِçüb getmiş boyları,
Dərdli-dərdli axar bozqır çayları,
Saxlar içdən gizli ümid, güman hey…
Qoca Türkün düşdüyü gün yaman hey…
Ağ alnına qara yazı yazılmış,
Yaylalarda düyün-dərnək pozulmuş,
Gəlinlərin gur saçları çِzülmüş,
Yada qalmış, dilər eldən aman hey…
Qoca Türkün düşdüyü dərd yaman hey…
Dağdan-dağa çarpıb getmiş doğanlar,
Qayalarda iz buraxmış al qanlar,
Ordulara buyruq verməz elxanlar
Nərdə qalmış Sədlər yıxan fərman hey…
Qoca Türkün düşdüyü dərd yaman hey…
Xarab olmuş Buxarası, Başkəndi,
Matəm tutmuş Səmərqəndi, Daşkəndi,
Kəndi sِylər, tِkər gِzdən yaş kəndi
Nə ozan var, nə yazan, nə şaman hey…
Qoca Türkün düşdüyü dərd yaman hey…
Qazan, Başqurd batmış, Qırım sürülmüş,
Mənim çəkik gِzlü yarım süzülmüş,
Qonum-qonşum, bütün varım sürülmüş,
Bulunurmu Sibiryada iman hey?
Qoca Türkün düşdüyü dərd yaman hey…
Türk elləri bir-birinə yadlanır,
Qazax, qırğız, türkmən, ِzbək adlanır,
Azəri Türk yanar, içdən odlanır,
Ana yurdun içdən halı duman hey…
Qoca Türkün düşdüyü dərd yaman hey…
Orqun çağlar, yatmış ellər ayılmaz,
Tarım çayı doğru yola qoyulmaz,
Hey səslənir Amu-Dərya, duyulmaz,
Sır-Dəryada qalmamışdır dərman hey…
Qoca Türkün düşdüyü dərd yaman hey…
Xəzər coşar, xəbər salar Kürünə,
Axıb gedər Kür sürünə-sürünə,
İdil ağlar, Altın Ordu yədinə,
Aral kəndi varlığında peşman hey…
Qoca Türkün düşdüyü dərd yaman hey…
Azərbaycan dərd içində doğulmuş,
Sevənləri diyar-diyar qovulmuş,
Ağla, şair, ağla, yurdun dağılmış,
Nərdə qopuz, nərdə qırıq kaman hey?..
Nərdə bِyük Vətən - nərdə Turan hey!..
Almas İldırım -
04-04-2008, 07:04 PMKIMIZCI
Bu güzel şiirleri bizlerle paylaştığınız için sağolun...! ::aze::
Türkiye'den Azerbaycan'a selam olsun! -
04-18-2008, 12:13 AMbeyqudQalx ayağa azərbaycan
Qalx ayağa azərbaycan
Qalx ayağa gostər yenə qudrətinı azərbaycan
Alqişlasin qoca tarix ğeyrətinı azərbaycan
Əlbir olub iyidlərin bağirmali bəsdir talan
Sözbir olub aydinlarin soyləməlı yetər yalan
Varliğını yox sayanlar ihanəti edir əyan
Çirma qolun,saxla özun hurmətinı azərbaycan
Qalx ayağa gostər yenə qudrətinı azərbaycan
Sən özgədən ümub kusmə,sən sən olsan sənə yetər
Oğlanlarin qoxmaz səttar,hər bir qizin qoçaq həcər
Həq sənlədı,həqqin gucu zalimləri kəsər biçər
Həq yolunda həqqə tapşir millətinı azərbaycan
Qalx ayağa gostər yenə qudrətinı azərbaycan
Satqin yubaz qulluqçular varliğinı saya salmaz
Evladinı insan bilməz bilsə dilin bağlı qalmaz
Gundən gunə yad əlinde cənnət yurdun talan olmaz
Qir zəncirı azad elə turbətinı azərbaycan
Qalx ayağa gostər yenə qudrətinı azərbaycan
Sən dözdukcə dili uzun yad üzlənir lap qudurur
Goz ünundə həqlarinı bir bir danir qarşı durur
Duz sozunu boğazinda boğur həqqı tərsə yurur
Gir meydana gerı qaytar ğeyrətinı azərbaycan
Qalx ayağa gostər yenə qudrətinı azərbaycan
Öz dərdınin çarəsin qil öz ğəminin dərdinə yan
Bəsdir özgə ocağinda yanib kul olduğun oyan
Apartaydin yəx zindanin azad ellər versin fərman
Dinlə dədə qurqudunun sohbətini azeərbaycan
Qalx ayağa gostər yenə qudrətinı azərbaycan
Dilı bağli qolu bağlı türk elimin ocağisan
Gələcəyin doğru yolu , aydinliğin çirağisan
Babəklərin döyuşduğu qurtuluşun bayrağisan
Özun qüru millətinı dovlətinı azərbaycan
Qalx ayağa gostər yenə qudrətinı azərbaycan
Ismayil cəmilı-guney azərbaycan
[ -
04-20-2008, 01:51 PMsweety_girl
Her kesin ellerine sağlıq çox gözel şeirlerdi :alqis:
-
01-17-2009, 10:25 PMbusraaaaaRe:Alıntı:
Anel Nickli Üyeden Alıntı
-
01-20-2009, 03:25 PMbusraaaaaRe: Əsir Azərbaycanım
çox sağol
