"Madame Bovary" - Gustave Flaubert
"Madam Bovary" Gustave Flaubert - in ən böyük əsərlərindən olub dünya romanının klassikləri arasında yer tutur. Flaubert 1851 - ci ildə başladığı romanı 1856 - ci ildə bitirir. Roman 1857 - ci ildə Parisdə işıq üzü görür. Bu əsər dərc olunduğu vaxt dövrünün adət - ənənələrinə zidd çıxdığına görə hökümət tərəfindən bir çox tənqidlərə məruz qalır. Realizm dövrünün ilk modern realist romanı sayılır. Əsərin əsl adı "Madam Bovari, əyalət adətləri" dir. Baş qəhrəmanları Şarl (Charles) Bovari və Emma Bovaridir. Monastrda böyümüş Emma atası ilə yaşayır. Şarl sadə kənd həkimidir, birinci həyat yoldaşının ölümündən sonra Emma ilə evlənir, ancaq onlar bir - birilərini başa düşmürlər. Emma yüksək ideyaları, arzuları, xəyalları olan romantik bir qadındır və Şarldan qaçaraq kənarda varlı bəylərlə eyş - işrətlə məşqul olur.
Sonralar Emma borca düşərək intihar edir. Həyat yoldaşı onun başqa sevgililəri ilə yazışdığı məktubları tapır və kədərdən ölür. Evliliklərindən olan qızı (Berth) nənəsinin himayəsinə verilir. Nənəsi öldükdən sonra başqa bir qadının himayəsinə keçərək onun toxuculuq fabrikində işləyir.
[
[