Yazar: Nüsrət Kəsəmənli
Bu sevgidən sən qorxursan eybi yox,
Mən sevərəm ikimizin yerinə.
Bu eşq üçün bir gün dara çəksələr,
Mən gedərəm ikimizin yerinə.
Min əzabdır sənsiz keçən hər günüm,
Unutmuşam yaxşı, yaman fərqini.
Bu sevginin dağ əridən dərdini,
Mən çəkərəm ikimizin yerinə.
Gül deyirəm, gül qəlbinə dəyirəm,
Mən səninçün Tanrı yazan şeirəm.
Dodaqları inciməsin deyirəm,
Mən öpərəm ikimizin yerinə...
Taleyimdə sən açılan gülümsən,
Süzüb qara gözlərini gülümsə.
Bu sevginin sonu əgər ölümsə,
Mən ölərəm ikimizin yerinə...
***
Mən səni unuda bilmirəm axı
Mən səni unuda bilmirəm, axı
unutsam nələri unudam gərək
göylərə baxmışıq aylı gecədə
unutsam göyləri unudam gərək!
Dənizi unudum, ya dalğaları?
xatirən yadımdan çıxaydı barı
payızda xəzanı, qışdasa qarı
baharda gülləri unudam gərək!
De, necə unudum mən səni, necə?
sevgi durna deyil payızda köçə
yuxuma gəlirsən mənim hər gecə
ayları, illəri unudam gərək!
Sənin xəyalındır həsrətlə baxan
adındır hər saat qarşıma çıxan
qarışıb şəklinə gözümdən axan
yağışı, selləri unudam gərək!
Sinəmdə peşiman ürəyim qaldı
uçdun əllərimdə lələyin qaldı
nələri itirib, bax nəyim qaldı
nələri, nələri unudam gərək!
***
Oğru olmaq istəyirəm
Qoy milislər eşitmeəsin,
Qorxulu bir sirr deyireəm:
Çoxdandir ki, bir arzum var,
Oğru olmaq istəyirəm!...
İnsanların arasından
Əqidəsiz adamları,
Vicdanını pula satan
nadanları
Oğurlamaq istəyirəm!
Bu torpağın gündən-günə
Niyə artır dərdi-səri...
Dövlətlərin arasından sərhədləri
Oğurlamaq istəyirəm!
Axı, nə iş görmüşəm ki,
Oğurluq da işdi barı.
Mən anamın sifətinə
Vaxtsız düşmüş qırışları
Oğurlamaq istəyirəm!...
Birisini yıxmaq üçün
İkisinin ülfətini,
İnsanların ürəyindən
Hər kinini, nifrətini,
Yalanını bundan ona,
Ondan buna satanları,
İki sevən arasından
O üçüncü adamları
Oğurlamaq istəyirəm!
Araz axır...
O taydan da insan baxır,
Bu taydan da insan baxır,
Neçə milyon gözüyaşlı əzizimi,
O həsrətli Təbrizimi
Oğurlamaq istəyirəm!
İndi neçə dövlətlərdən
Məzlumların ah-zarını,
Yad torpaqda yatıb qalan,
Əsrlərin arxasından
Qollarını çatıb qalan
Kərbəladan Füzulinin,
Hələbdənsə Nəsiminin məzarını
Oğurlamaq istəyirəm!
Nə gizlədək, bilir hamı
Tonqal qatıb yandırırlar
bu cahanı.
Qəlbim deyir:
“Bir azəri məsəlini yadina sal:
“Oğrudan-oğruya halal...”
Prometey oğurlayıb
İnsanlara verən odu
Oğurlamaq istəyirəm!
Lap qəzəbi tutsa belə
Yerin mənə, göyün mənə
Nə deyirsiz, deyin mənə
Oğru olmaq istəyirəm !!!
Mehebbet sairinden inciler
Printable View
-
11-27-2007, 03:14 PMHwseynov_MMehebbet sairinden inciler
-
11-27-2007, 03:25 PMAnel
:D Nə yaxşı ki bu şerləri bura əlavə elədin
-
11-28-2007, 12:29 PMHwseynov_Msalam
Anel nıye mehs ogru oplmaq istediyini anlamadım:!?!
-
11-28-2007, 02:31 PMAnel
Əgər bu şeri niyə se
-
11-29-2007, 08:18 PMHwseynov_MAnel
seir gozeldi ona soz yox sadece niye ogru olmaq istediyini anlaya bimedim, onu sorushurdum!
-
11-29-2007, 09:19 PMmilitan01:D
güzel bir şiir eline sağlık
-
11-30-2007, 02:01 PMAnelRe: AnelBəzən həqiqətəndə elə olur ki insan sAlıntı:
Hwseynov_M Nickli Üyeden Alıntı
-
01-08-2008, 12:26 AMSindy
superdi....
