Səni canım qədər sevdim,
Bircə şer yazmadım.
Səni ürəyimə yazdım,
Amma ordan pozmadım.
Bəxtəvər günlər gördük,
Sızladıq neçə kərə,
Bizi bu pak eşqimiz
Ucaltdı zirvələrə.
Şeytandan neçə dəfə
Qəfil zərbələr yedik,
Yenə Tanrını öyüb,
Ona nəğmələr dedik.
Səni canım qədər sevdim,
Salmadım dil-ağıza.
Səni ürəyimə yazdım,
Qısqandım ağ kağıza.
Müəllif: şair Rafiq Hümmət
Etiraf - Gözəl bir şeir
Printable View
-
12-21-2011, 05:47 PMhagi10Etiraf - Gözəl bir şeir
-
04-22-2012, 07:26 PMfb_1907Re: Etiraf - Gözəl bir şeir
cox gozel seirdi
