Kamal Yusif - Bir yaz gecəsi
Sən bir çiçək idin sevda bağında,
Mən bir bülbül idim gülüm, yanında,
Ömrümün ən gözəl cavan çağında
Mən sənə vuruldum bir yaz gecəsi!
Əl-ələ tutuşmaq , göz-gözə baxmaq,
Bir gözəl söz ilə qəlbinə axmaq,
Nəsib olmadı ki, Kərəmi yaxmaq,
Əsli gülüm soldu bir yaz gecəsi.
Bağban öz gülünü bəsləyən kimi,
Sevənlər yarını gözləyən kimi,
Mən də öz yarımı ölənə kimi,
Sevməyə söz verdim bir yaz gecəsi.
Unutmaram əsla ötən günləri,
Səninlə xoş keçən uzun illəri.
Heç zaman əsməsin xəzan yelləri,
Ömrümüz qoy olsun bir yaz gecəsi.
O gözəl baxışlar, o saf məhəbbət,
Har zaman bəslədi sevgimə rəğbət.
Nə edək sevgilim olmadı qismət,
Səni məndən aldı bir yaz gecəsi!
Re: Kamal Yusif - Bir yaz gecəsi
qaqas meni hardan taniyisiz o menim sirimdi kimden almisan
Re: Kamal Yusif - Bir yaz gecəsi
yazanada,paylasanada tesekkurler.
Re: Kamal Yusif - Bir yaz gecəsi
Re: Kamal Yusif - Bir yaz gecəsi
Bu şeiri mən yazmışam. Xahiş edirəm bu şeiri kim paylaşıbsa mənə yazsın.Hardan eşidib mənim şeirimi?