Şair Rafiq Hümmətdən mənalı bir şeir.
Nəyim varsa - mən payladım dostlara,
O dosta ki, onun yoxdu, mənim çox.
Hərdən – hərdən mən də umdum dostlardan,
O dostdanki onun çoxdu, mənim yox.
Dara düşdüm darda görsəm dostumu,
İçimdəcə həzin – həzin ağladım.
Öz yaramın sarığını açıb mən,
Dostlarımın yarasını bağladım.
Qaça - qaça , uça - uça yaşadım.
Kim bilir , mən niye belə incəldim,
Kimse dostun sərvətini bölüşdü,
Mən dərdini bölüşəndə dincəldim.
İçim - çölüm çox oxunan kitabdır,
Düşünməyin: "yerin - göyün sirri o".
Tanış olun dost sandığım dostlarla:
Biri odu, biri odu, Biri - o...
Rafiq Hümmət - Dostluqa aid gözəl bir şeir
Printable View
-
10-06-2010, 10:54 PMForlan7Rafiq Hümmət - Dostluqa aid gözəl bir şeir
-
10-18-2010, 03:21 PMMeltem_Re: Rafiq Hümmət - Dostluqa aid gözəl bir şeir
Cox gozel.
