Mövlana demiş ki;
Sonsuz bir qaranlığın içində doğuldum,
İşığı gördüm,
Qorxdum.
Ağladım...
~~~~
Zamanla işıqda yaşamağı öyrəndim.
Qaranlığı gördüm. Qorxdum.
Gün gəldi sonsuz qaranlığa uğurladım sevdiklərimi.
Ağladım...
~~~~
Zamanı öyrəndim.
Yarışdım onunla...
Zamanla yarışılmayacağını, zamanla barışılacağını zamanla öyrəndim...
~~~~
İnsanı öyrəndim...
Sonra insanlar arasında yaxşıların və pislərin olduğunu...
Sonra da hər insanın içində yaxşılıq və pislik olduğunu öyrəndim...
~~~~
Sevməyi öyrəndim...
Sonra inanmağı...
Sonra da inamın sevgidən daha qalıcı olduğunu öyrəndim...
~~~~
İnsan cismini öyrəndim.
Sonra cismin altında bir ruh olduğunu,
Sonra isə ruhun əslində cismin üstündə olduğunu öyrəndim...
~~~~
Oxumağı öyrəndim...
Özümə yazını öyrətdim sonra...
Və bir müddət sonra yazı, özümü öyrətdi mənə...
~~~~
Getməyi öyrəndim...
Sonra dayana bilməyib, dönməyi...
Daha sonra özümə baxmayaraq getməyi...
~~~~
Dünyaya tək başına meydan oxumağı öyrəndim gənc yaşda...
Sonra cəmiyyətlə bərabər yerimək lazım olduğu fikrinə gəldim...
Sonra da əsl yeriməyin cəmiyyətə qarşı olmasının vacibliyi qərarına gəldim...
~~~~
Düşünməyi öyrəndim...
Sonra çərçivələr içində düşünməyi öyrəndim...
Sonra sağlam düşünməyin çərçivələri yıxaraq düşünmək olduğunu öyrəndim...
~~~~
Namusun önəmini öyrəndim evdə...
Sonra namussuzdan namus gözləməyin namussuzluq olduğunu...
Günaha əl vurmamaq olduğunu öyrəndim...
~~~~
Həqiqəti öyrəndim bir gün...
Və həqiqətin acı olduğunu...
Sonra miqdarında acının, yeməyə olduğu qədər həyata da "ləzzət" qatdığını öyrəndim...
Hər canlının ölümü dadacağını, yalnızca bəzi canlıların həyatı dadacağını öyrəndim...
~~~~
Mən dostlarımı nə qəlbimlə, nə ağlımla sevirəm...
Olur bəzən...
Qəlb dayanar... Ağıl unudar...
Mən dostlarımı ruhumla sevirəm...
(P.S- həyat bizə hələ çox şey öyrədəcək...
Ya döyə-döyə, ya da... Yetər ki, eyni səhfi dəfələrlə təkrarlamayaq...
Eyni səhfdən cəzalandırılmayaq...)
Həyatdan nə öyrəndim...?
Printable View
-
03-15-2010, 12:37 AMGLAMOURKAHəyatdan nə öyrəndim...?
-
03-15-2010, 02:26 PMKralica_Re: Həyatdan nə öyrəndim...?
DUZDUR HEYAT BIZE COX SHEY OYREDECEK AMMA NE VAXTA QEDER...
-
03-15-2010, 03:48 PMDamla1Re: Həyatdan nə öyrəndim...?
ölenecen neyise öyrenir insan.... ölendede ölmeyi öyrenir.... :meyus:
-
03-15-2010, 05:10 PMRuzgar_GuluRe: Həyatdan nə öyrəndim...?
hayat insana hergun yeni bir seyler ögretiyor ölene kadarda ögretmeye devam edecektir diye dusunuyorum
-
08-16-2010, 12:50 AMAmiqo_100MRe: Həyatdan nə öyrəndim...?::yerivar::Alıntı:
Dünyaya tək başına meydan oxumağı öyrəndim gənc yaşda...
Sonra cəmiyyətlə bərabər yerimək lazım olduğu fikrinə gəldim...
Sonra da əsl yeriməyin cəmiyyətə qarşı olmasının vacibliyi qərarına gəldim...
~~~~
Düşünməyi öyrəndim...
Sonra çərçivələr içində düşünməyi öyrəndim...
Sonra sağlam düşünməyin çərçivələri yıxaraq düşünmək olduğunu öyrəndim...
~~~~
-
08-16-2010, 04:06 AMXeyallarimRe: Həyatdan nə öyrəndim...?
~~~~
Həqiqəti öyrəndim bir gün...
Və həqiqətin acı olduğunu...
Sonra miqdarında acının, yeməyə olduğu qədər həyata da "ləzzət" qatdığını öyrəndim...
Hər canlının ölümü dadacağını, yalnızca bəzi canlıların həyatı dadacağını öyrəndim...
~~~~
tesekkurler ::yerivar:: -
05-22-2011, 11:20 AMMEXRe: Həyatdan nə öyrəndim...?
Her insan yasiya biler,ama her insan var olma sebebimizi derk ede bilmez.
-
05-22-2011, 11:35 AManaksunamunRe: Həyatdan nə öyrəndim...?
пы сы-ны чох бейендим)))
Həyat bizə həmişə öyrədir.. :( Sonu peşmançiliqla bitsə də..
