Əsəbi Qayınanalar: Başa düşülməsi ən çətin tiplərdəndir.Deyilən hər sözün altında bir niyyət axtararlar.Hər vaxt problem yaradarlar.Kobud müraciət edə bilərlər.Nəyə hirsləndikləri,nəyə sevindikləri çox müəyyən olmaz.
Köməksevər Qayınanalar: Hər vəziyyətdə bəzilərinə kömək edən qayınanalardır. Köməksevərlik adına hər şeyi edə bilərlər.Xəstəxanalarda xəstəyə,ad günlərində tort quruluşçusu,qab-qacaq yumaq vəzifələrini də götürərlər.Bəzən bunu o qədər şişirdərlər ki qarşılarındakına zərər belə verə bilərlər.
Şikayətçi Qayınanalar: Davamlı hər şeydən şikayət edər,qarşılarındakı insanları canlarından bezdirərlər. Aldıqları əşya,paltar,bişirdikləri yemək mövzusunda həmişə şikayətçidirlər.Gəlin ya da kürəkən belə qayinanalardan heç bir zaman baş açmamişlar.
Kəndli Qayınanalar: Gəlin və ya kürəkən,şərtlər nə olursa olsun gələn gedən qonağa yaxşı davranmalıdır.Gəlini kənddən gələn hər cür şeyi bişirə bilmə və onların yeməklərini edə bilmə qabiliyyətinə sahib olmalıdır.Gəlin və oğulu,xüsusi günləri,çox erkən saatlarda gələrək onlarla keçirməlidir.Əgər bir yerə gediləcəksə onun mütləq xəbəri olmalıdır.Gəlin öz başına bir şey götürməyə qərar verə bilməz.Kürəkəndə isə vəziyyət fərqlidir.Kürəkənin anası da bu mövzuda özüylə eyni haqqlara malikdir amma qızını əzməmək şərtilə.Gəlin qonaq çağıracağı zaman ondan icazə almalıdır.
Şəhərli Qayınanalar: Şəhərdə nəqliyyatın çətinliyi səbəbiylə kürəkənin və ya gəlinin evini öz evlərinin yaxınına istəyərlər.Mümkünsə eyni məhəllədə oturmağı seçərlər.Gələcək qonaqları çox-çox qəbul etmək istəməz,gəlin və ya kürəkənin evinə gələcək qonaq qrafikini özləri idarə etmək istəyərlər.Yeni eynək modelləri,çimərlik geyimləri bazara çıxdığında ilk olaraq onlar alarlar.Yeni mebel,xalçalar,pərdələr onların ən əhəmiyyətli istəkləridir,amma gəlin yeni pərdə istədiyində "bədxərc" olaraq qiymətləndirər və daş qoymağa çalışarlar.
Şən Qayınanalar: Tapılması ən çətin tiplərdir.Gəlin ya da kürəkənlərinə qarışmazlar.Hər cür problem-sual üçün bir həlləri vardır.Kimsədən iş gözləməzlər.Hər şeyə gülüb keçməyi bacararlar.
Təmizkar Qayınanalar: Bu qayınanaların bütün zərərləri özlərinədir.Nə qədər təmizlik vəsaiti varsa hamısının adlarını əzbərdən bilərlər.Davamlı təmizlik edib dayanarlar.Qapıdan girəcək olan hər kəsə ayaqqabılarını çıxartdırarlar,kresloda oturmaqlarına diqqət yetirərlər.Onlara görə gəlinləri ya da kürəkənləri çox dağınıq və murdardır.
Gəzməyi sevən Qayınanalar: Hər axşam ve səhər gəzməyi xoşlayarlar,evdə tapilmazlar.
Müdir qayınanalar: Bu tip qayınanalar,pul,ev,mal-mülk cəhətdən zəngindirlər və bunu hər vaxt istifadə edən təhlükəli tiplərdir.Malları və pulları ilə hər şeyi edə biləcəklərinə inanarlar.Gəlin və ya kürəkənin evinə bir şey aldıqları zaman qiymət etiketini çıxartmazlar.Hər mövzuda özlərinə məsləhətləşilməsini istəyərlər.Özlərinə aid bir evdə oturan gəlin və ya kürəkənə bunu hər vaxt xatırladarlar.
Yemək bişirən Qayınanalar: Həyatlarındakı tək şey,yemək bişirmək yedirtməkdir.Onlara qonaq getdiyiniz zaman bir neçə kilo ət,bir az tərəvəz aldiqda uzun zaman sizinlə məşğul olmazlar.Çox gözəl yemək edən bu qayınanalar,həyatlarını bu iş üzərinə qurarlar.
PSİXOLOQLARIN MƏSLƏHƏTLƏRİ :
1.Gəlinlər,özlərinin də bir gün qayınana olacaqlarını heç ağıllarından çıxarmamalıdır.
2.Qayınanasına sevgi və hörmətdə qüsur etməməlidir. Çünki o sevdiyi insan olan həyat yoldaşının anasıdır.
3.Qayınanasının bəzi tərs sözlərini öz əleyhində şərh etməməlidir.
4.Arada yaş və nəsil fərqi olduğunu düşünərək qayınanasının istək və davranışlarını xoş görməlidir.
5.Qayınanası ilə yaxşı dolandığında yoldaşı ilə də münasibətlərinin daha yaxşı olacağını bilməlidir.
6.Qayınanasını bayramlarda, fərqli günlərdə axtararaq könülünü almalıdır.
7. Ərinin tez-tez ana və atasını görmək istəməsindən narahat olmamalıdır.
8.Qayınana və qayınataya qarşı incidici,xoş olmayan sözlər söyləməməli,onları məmnun etməlidir.
9.Qayınanalar oğullarını qısqanar.Gəlinlər bunu sezməli amma yumşaqlıqla bu işin öhdəsindən gəlməlidir.
10.Gəlinlər ərlərini qayınanalarının əleyhinə çalışmamalıdırlar.
NuriyeV Production