MÜHARİBƏ BAŞLASA, ERMƏNİ ORDUSU ÇÖKƏCƏK
[
Ciddi iqtisadi böhran yaşayan Ermənistanın ordusunda acınacaqlı vəziyyət hökm sürür. APA-nın iki gün əvvəl yaydığı məlumatda işğalçı ordunun hərbi qulluqçularının nizam-intizamı, mənəvi-psixoloji, maddi və fiziki vəziyyətinin ötən illərə nisbətən daha da pisləşdiyi konkret faktlar və rəqəmlərlə əks olunub. Ermənistan ordusunda baş verən fərarilik, ölüm, zorlama, döyülmə, rüşvət, korrupsiya, intihar, təcavüz və digər nizamnamədənkənar halların sayı dəfələrlə artıb.
Ekspertlər hesab edir ki, hər an Qarabağda müharibənin başlaması ehtimalının olduğu bir dövrdə torpaqlarımızı işğal edən dövlətin ordusunun bu vəziyyətə düşməsi Azərbaycan üçün əlavə üstünlüklər deməkdir.
Politoloq Rasim Musabəyov hesab edir ki, erməni ordusundakı acınacaqlı durum dərinləşdikcə, Azərbaycan tərəf öz ordusunu daha da gücləndirməlidir: “Təbii ki, hansı dövlətin ordusu güclü olsa, hansı orduda peşəkar zabit heyəti, güclü texnika, silah varsa, həmin dövlət müharibədə üstünlüklər qazanacaq. Ermənistan ordusunda vəziyyət həqiqətən də pisdir. Erməni ordusunun və dövlətinin rəhbərlərinin hərdən çıxıb ordularının güclü olduğunu bəyan edib lovğalanmalarının heç bir real əsası yoxdur”.
Hərbi ekspert Üzeyir Cəfərov işğalçı erməni ordusunun acınacaqlı vəziyyətə düşməsinə sevindiyini bildirdi. Ekspert Azərbaycanın düşmən ordunun deqradasiyaya daha da sürətlə uğramasına çalışmalı olduğunu qeyd etdi: “Ermənistan ordusunda bu məlumatlarda göstərilənlərdən də dəhşətli problemlər var. Düşmən ordusunun bu vəziyyətdə olması Azərbaycan əsgərlərinin psixoloji durumlarında müəyyən müsbət çalarlar yaradır. Bu vəziyyətdə Azərbaycanla müharibə başlasa, erməni ordusu heç cür duruş gətirə bilməz. Lakin erməni ordusunun ağır durumundan Azərbaycan arxayınlaşmamalıdır. Biz ordumuzun döyüş qabiliyyətinin daha da yüksəlməsinə, problemlərin olmamasına çalışmalıyıq. Arxayınlaşmaq olmaz. Düşmən ordusu zəiflədikcə Azərbaycan ordusu güclənməlidir. Düşmən ordusunun ağır vəziyyətindən maksimum yararlanmalıyıq”.
Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri hesab edir ki, Ermənistan ordusu ortaya çıxan faktlar indiyə qədər deyilənlərin rəqəmlərlə təsdiqidir. Araşdırma göstərir ki, erməni cəmiyyəti çox ciddi mənəvi-əxlaqi böhran yaşayır. Və bu vəziyyət orduya sirayət edib: “Bu cür aşılanmaya məruz qalan bir ordunun yüksək döyüş qabiliyyətinin olması absurddur. Araşdırma göstərir ki, erməni ordusu daxildə çox ciddi qütbləşməyə məruzdur, Qarabağlı-Yerevanlı xəstəliyi bu ordunun formalaşmasına çox ciddi mane olur. Üstəlik, qeyri-formal dəyərlərin orduda hakim olduğu da ortadadır. Belə bir ordunun əsgərləri ilk çətin sınaqdaca ya fərarilik edəcək, ya da çox asanlıqla bir-birinə silah yönəldəcəklər. Çünki onlar üçün uğrunda ölə biləcəkləri heç bir müqəddəs şey qalmayıb və göründüyü kimi hər şey ayaqlar altındadır”.
Ekspertin fikrincə, Azərbaycan tərəfinin hərbi ritorikada danışmasının Ermənistanda ciddi əndişə yaratmasının səbəblərini də məhz erməni ordusunun acınacaqlı vəziyyətində axtarmaq lazımdır: “Ermənistan hakimiyyəti ordularının vəziyyətindən xəbərdardır. Əmindirlər ki, müharibə başlasa
Azərbaycan ordusu erməniləri asanlıqla çökdürcək. Erməni ordusu onsuz da çökür. Azərbaycan ordusunun həmləsi bu çöküşü məhv olmaq həddinə gətirər”.
Re: MÜHARİBƏ BAŞLASA, ERMƏNİ ORDUSU ÇÖKƏCƏK
Inshallah Onsuzda bir shey qalmayib inshallah Torpaqlarimiz qayidacaq
Re: MÜHARİBƏ BAŞLASA, ERMƏNİ ORDUSU ÇÖKƏCƏK
iki gun bundan qabaq Iki Sehid verdik.Biri uc gun qalmis Sehid dusdu Ama esgerde olanlar bilir texrislere xidmete ayrilmirlar uc gun qalmis esger postdadir..Bunlari gormemezlikden gelirik..
Re: MÜHARİBƏ BAŞLASA, ERMƏNİ ORDUSU ÇÖKƏCƏK
Alıntı:
AgLaYaN_BuLuD Nickli Üyeden Alıntı
iki gun bundan qabaq Iki Sehid verdik.Biri uc gun qalmis Sehid dusdu Ama esgerde olanlar bilir texrislere xidmete ayrilmirlar uc gun qalmis esger postdadir..Bunlari gormemezlikden gelirik..
emin qadası elbet sehidlerin qanı yerde qalmayacaqdır :meyus: bizim sehidlerimizin yere tokulen bir damla qan Ermeni quldurlarının 2 esgerine bedeldirrr
Re: MÜHARİBƏ BAŞLASA, ERMƏNİ ORDUSU ÇÖKƏCƏK
Re: MÜHARİBƏ BAŞLASA, ERMƏNİ ORDUSU ÇÖKƏCƏK
Alıntı:
AgLaYaN_BuLuD Nickli Üyeden Alıntı
Sebirsizlikle gozleyirik
amin inşallahhhh