[
Tam Adı Cəlil Hüseynqulu oğlu Məmmədquluzadə
Digər Adı Mirzə Cəlil
Doğum Tarixi 22 fevral, 1869
Doğum Yeri Naxçıvan
Ölüm Tarixi 4 yanvar, 1932
Ölüm Yeri Bakı
İlk təhsilini əvvəlcə mollaxanada, sonra isə üçsinifli Naxçıvan şəhər məktəbində almışdır. 1887-ci ildə Qori Müəllimlər Seminariyasını bitirmiş, İrəvan quberniyasının Uluxanlı, Naxçıvan mahalının Baş Noraşen (indiki Şərur rayonunda Cəlilkənd), Nehrəm kəndlərində müəllimlik etmişdir (1887-1897). Kəndlərdə müəllim işlədiyi illər ədibin gələcək yaradıcılığı üçün zəngin material vermişdir. 1889-cu ildə yazdığı "Çay dəstgahı" alleqorik mənzum dramı onun ilk əsərlərindəndir. Bir sıra kiçik hekayələrini, "Kişmiş oyunu" komediyasını və "Danabaş kəndinin əhvalatları" (1894; 1936 ildə nəşr olunmuşdur) povestini də bu dövrdə yazmışdır.
1903-cü ildən Tbilisidə nəşr edilən "Şərqi-Rus" qəzeti redaksiyasında işləmişdir. C.Məmmədquluzadənin yazıçı və jurnalist kimi püxtələşməsində "Şərqi-Rus" qəzeti və onun redaktoru M.A.Şahtaxtlının mühüm rolu olmuşdur. "Poçt qutusu" adlı ilk mətbu əsəri, "Kişmiş oyunu", L.N.Tolstoydan tərcümə etdiyi "Zəhmət, ölüm və naxoşluq" hekayələri ilk dəfə bu qəzetdə dərc edilmişdir.
İlk nömrəsi 1906-cı il aprelin 7-də (20-də) çıxan "Molla Nəsrəddin" jurnalının nəşrinə başlamaqla o, Azərbaycanda, eləcə də türk-müsəlman dünyasında ilk dəfə satirik jurnalistikanın əsasını qoydu. Həmin vaxtdan o Molla Nəsrəddin adı ilə tanındı. Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Ömər Faiq Nemanzadə, Əli Nəzmi, Əliqulu Qəmküsar kimi yazıçı və jurnalistlərlə möhkəm ideya-yaradıcılıq əlaqəsi yarandı. C.Məmmədquluzadənin təbliğ etdiyi dərin demokratizm və azadlıq ideyaları jurnala ümumxalq məhəbbəti, beynəlxalq aləmdə böyük nüfuz qazandırdı. Çar hökuməti onu tez-tez məhkəmə məsuliyyətinə cəlb edir, "Qeyrət" mətbəəsində axtarışlar aparır, bəzən də "Molla Nəsrəddin"in nəşrini dayandırırdı.
Cəlil Məmmədquluzadənin Naxçıvan şəhərindəki heykəli1920-ci ilin iyun ayında C.Məmmədquluzadə ailəsi ilə birlikdə Təbrizə köçmüş, 1921-ci ildə orada "Molla Nəsrəddin"in 8 nömrəsini çap etmişdır.
C.Məmmədquluzadənin əsərləri bir sıra dillərə tərcümə edilmişdir. Azərbaycan Respublikasında bir sıra küçə və mədəni-maarif müəssisəsinə (o cümlədən Naxçıvan Dövlət Musiqili Dram Teatrına, Naxçıvan Muxtar Respublika Dövlət Ədəbiyyat Muzeyinə) C.Məmmədquluzadənin adı verilmişdir. Keçmiş Astraxan rayonu və şəhəri 1967-ci ildə onun şərəfinə Cəlilabad, vaxtilə müəllimlik etdiyi Baş Noraşen kəndi isə Cəlilkənd adlandırılmışdır. Naxçıvanda və Cəlilabadda heykəli qoyulmuşdur. Bakıda və Naxçıvanda ev-muzeyləri, Nehrəm və Cəlilkənd kəndlərində xatirə muzeyləri açılmışdır. Anadan olmasının 100 və 125 illik yubileyləri geniş qeyd olunmuşdur.
Cəlil Məmmədquluzadə
Printable View
-
07-12-2009, 12:17 AMkombat80Cəlil Məmmədquluzadə
-
07-12-2009, 12:20 AMkombat80Əsərləri
Nəsr Əsərləri
Danabaş Kəndinin Əhvalatları
Eşşəyin itməkliyi
Kişmiş Oyunu
Usta Zeynal
İranda hürriyət
Dəllək
Pirverdinin Xoruzu
Fatma xala
Qurbanəli bəy
Təzə Xəbər
Quzu
Molla Fəzləli
Nigarançılıq
Konsulun arvadı
Danabaş Kəndinin məktəbi
Xanın təsbehi
Təsbeh barəsində bir neçə söz
Qəssab
Zırrama
Rus qızı
Sirkə
Yan tütəyi
Şərq fakultəsi
Saqqalı uşaq
Buz
Hamballar
Taxıl Həkimi
Bəlkə də qaytardılar
Şeir bülbülləri
Baqqal Məşədi Rəhim
Qəza müxbiri
Oğrü inək
İki ər
Yuxu
Qiyamət
Ucuzluq
Proletar şairi
İki Qardaş
Şəhər və kənd
İki Alma
Sarı
Zəlzələ
Qoşa balınc
Atlar dayandı
Toy
Eydi-rəməzan
Dram Əsərləri
Çay dəsgahı
Kişmiş oyunu
Ölülər
Kamança
Anamın kitabı
Danabaş kəndinin müəllimi
Lal
Lənət
Dəli yığıncağı
Yığıncaq
Ər
Satirik şerlər
Lisan bəlası
Xoş ol zaman ki yatıb bizəban idi
Qız və nənə
Molla Nəsrəddinin qıza cavabı
Axunda Müraciət
Lay-lay
Dedilər
kimdir?
Görəndə
Ey axund
Utanma
Nə bilim
Lazımdır utanmaq
Ey könül
Yoldan keçər ikən
Olacaqsan
Oyanmadım
Ey yazıq
Nədir
Nəzm
Ağarıbdır
Zaman ol zaman idi
Gərək
Nağıl
Ay gülümnanay
Biz
Qafqaz xəbərləri
Sən qanmasan
Yorğan
Mürəbbe
Tərcümələr
L.N.Tolstoy. Zəhmət ölüm və naxoşluq
Xanzadə. Arvad (hekayə)
Marağalı Zeynalabdın. “Səyahətnameyi- İbrahimbəy” romanından parça. Ağalar
İzahlar -
07-12-2009, 11:05 AMGLAMOURKARe: CƏLİL MƏMMƏDQULUZADƏ
butun eserleri gozeldir. "Danabaş Kəndinin Əhvalatları "gunde oxuyum bezmerem.Novruzeli yadima dushende olurem gulmekden.yaziq kishi :D
-
07-12-2009, 11:29 AMkombat80Re: CƏLİL MƏMMƏDQULUZADƏheheh o hekayesinin ayrica yeri var :DAlıntı:
GLAMOURKA Nickli Üyeden Alıntı
-
07-12-2009, 12:16 PMXeyallarimRe: CƏLİL MƏMMƏDQULUZADƏ
Cox sag olun ki , dahilere bele deyer verirsiniz ::yerivar::
