“İnternational Living” jurnalı həyat keyfiyyəti indeksi siyahısını açıqlayıb. Siyahıda yaşamaq üçün ən yaxşı 10 ölkənin adı var. Mütəxəssislər siyahının hazırlanması zamanı ölkələrin iqtisadiyyatı, tarixi, təbii gözəllikləri, əhalinin azadlığı, ətraf mühiti, təhlükəsizliyini əsas meyarlar kimi qəbul ediblər. Bu il siyahının birincisi Avropadan çıxıb.
Fransa
Fransanı bu siyahıda önə çıxaran əsas iki faktordur. Səhiyyə sistemi və yeməkləri. Fransa həm dünyanın ən gözəl şərab istehsalçısı, həm də 400 növ pendir istehsalçısı kimi tanınır. Bu ölkədə əhalinin demək olar ki, 80 faizinin sosial sığortası var.
Avstraliya
Ən sağlam həyat tərzinə malik olan ölkədir. Çoxsaylı xalqlar Avstraliyanın mədəniyyətinə rəng qatır. Avstraliya əhalisi səmimi və mehriban olmaları ilə fərqlənirlər.
İsveçrə
Təbii və iqtisadi cəhətdən zəngin ölkə olan İsveçrə dünyada öz etibarlı bankları ilə tanınır.
Almaniya
Bura tamamilə sənətkarlar ölkəsidir. Ölkədə 300 teatr, 130 orkest, 500 muzey var. Hər il Almaniyada 100 min yeni kitab nəşr edilir.
Yeni Zellandiya
Hind okeanındakı adada yerləşən ölkə dünyanın ən gözəl təbii mənzərələrinə sahibdir. Burada adambaşına 27 min dollar gəlir düşür. Yoxsulluğun çox az, cinayətlərin isə demək olar ki, olmadığı ölkədə sakitçilik hakimdir.
Lüksemburq
Avropanın mərkəzində yerləşən bu ölkədə əhali bir çox dillərdə danışır. Rəngarəng mədəniyyətə sahib olan Lüksemburqda 420 min adam yaşayır. Ölkədə həyat o qədərdə canlı deyil.
ABŞ
ABŞ səyahət üçün seçilə biləcək ən mükəmməl ölkədir. Burada hər zövqə uyğun əyləncə növü var.
Belçika
Avropanın ən yaşıl ölkələrindəndir. Dünyanın ən rahat yaşana bilinəcək yerlərindən biridir.
Kanada
Adambaşına düşən elektrik enerjisindən istifadə, gəlir və yaşam səviyyəsinin ən yüksək olduğu ölkələrdəndir. Ölkə heyranedici təbiət gözəlliyinə sahibdir.
İtaliya
İtaliya turizm, tarix və mədəni zənginliyi ilə hər zaman diqqəti cəlb edib. Bu ölkə həm də Avropanın ən böyük iqtisadiyyata malik 4-cü ölkəsidir.