Ata oğluna hekayə danışır:
-Bir tısbağanın dalınca timsah düşür. Timsah tısbağanı qovur. Gəlib bir ağacın dibində onu sıxır. Ağzını açıb tısbağanı yeyirdi ki, tısbağa ağaca dırmanır....
Atasının sözünü yarıda kəsən oğul:
-Ata, necə yəni? Axı tısbağa ağaca çıxa bilərki? Burda nəsə səhv var axı....
Ata davam edir:
-Çıxmalıdır oğul, çıxmalıdır. Onun başqa carəsi yoxdur. O çıxmalıdır ki, yaşasın. Çıxmasa timsahın yemi olacaq. Həyat da belədir oğul. Çıxılmaz vəziyyətlərdə ən gözlənilməzi etməlisən. Biz yaşamağa mütləq cəhd etməliyik. Hər bir vəziyyətdə belə. Çünki bizim başqa carəmiz yoxdur.
Yaşamağa cəhd
Printable View
-
02-05-2010, 02:26 AMGLAMOURKAYaşamağa cəhd
