Kimisi özünü ən xoşbəxt zirvədə hiss edər
Kimiləri kədər içində üzər
Kimisi həyatın ən acılı ağrılı hissini içində daşıyar
Kimisi xoşbəxtliyi çiyinlərində yük eliyər
Kimisi bilər hər saniyənin qədrini
Kimiləri bilməsədə hiss edər hər şeyin dərinini
Kimisi yaşayar sevinc anını doya-doya
Kimisi yaşamalıdır kədər anını doysada
Kimisi xoşbəxtliyi və sevgini axtarar
Kimisi xoşbəxtliyi də,sevgini də əliylə itələyər
Kimisi milyonları var amma onların sahibi deyil
Kimilərinin yeməyə bir quru çörəyi lakin həqiqətən sahibdir
Kimiləri həyatdan xoşbəxt sonlarla gedər bu şəhərdən
Kiminin də bizim kimi yarım qalar həyatı
Kimisi ürəyində mərhəmət daşımaz amma ALLAHDAN qorxar
Kimiləri ALLAH üçün namaz qılar
Kimisi üçün həyat sadəcə xoşbəxtlikdir
Kimiləri o xoşbəxtliyi dadmasa belə gözləyənlərdir
Kimisi min ümid daşıyar içində gərçəkləşməsini gözləyər
Kimiləri bir ümidlə istəklərini gərçəkləşdirər
Kimisi əlini açıb dua edər,şükür edər
Kimiləri əlindəkinin qədrini belə bilməz
Kimisi övladı üçün gecə-gündüz çalışar
Kimiləri özü üçün övladlarını çalışdırar
Kimisi sevgi ilə yaşayar
Kimiləri gedənin göz yaşları ilə
Kimisi sabahı üçün çalışar
Kimiləri yalnız bu gününü yaşayar
Kimisinin sadəcə arzuları vardır
Kimilərinin yalnızca məqsədləri
Kimisi ömür boyu yaşamaq üçün sürünər
Kimiləri süründüyü üçün yaşayar
Kimisi Azeri.net-li olmağın keyfini duyar
Kimiləri özüdə bilmədən bundan məhrum olar...
Kimisi... Kimiləri...
Printable View
-
01-19-2010, 04:24 PMAgLaYaN_BuLuDKimisi... Kimiləri...
-
01-19-2010, 05:02 PMKralica_Re: Kimisi... Kimiləri...
:meyus:
-
01-19-2010, 05:48 PMNuriyeVRe: Kimisi... Kimiləri...
vayyy abi yene yaratmısan ha ellerine sağlıq ::yerivar::
-
01-19-2010, 06:16 PMsuzi333Re: Kimisi... Kimiləri...
Eline sağlık ama hep böyle oldu,biri oldu biri yox,hep eksik var zaten,ne tam olurki insan hayatında?!Bele gurulmuş dünya...
-
01-22-2010, 11:02 AMGLAMOURKARe: Kimisi... Kimiləri...
Kimisi sabahı üçün çalışar
Kimiləri yalnız bu gününü yaşayar
Kimisinin sadəcə arzuları vardır
Kimilərinin yalnızca məqsədləri
Kimisi ömür boyu yaşamaq üçün sürünər
Kimiləri süründüyü üçün yaşayar ::yerivar:: :alqis: -
01-22-2010, 11:11 AMDamla1Re: Kimisi... Kimiləri...
Kimisi ömür boyu yaşamaq üçün sürünər
Kimiləri süründüyü üçün yaşayar
:mad: teesüfler eledi
