[
Çəkdi şəklimizi qəfil xəbərsiz
Çəkdi şəklimizi ilk dəfə dəniz,
Dedi düşər ələ aldı dalğalar,
Biz getdik şəklimiz qaldi yadigar
Söndü son ümüdüm söndü çıraq tək,
Gözlər yolumuzu hələ də dəniz.
Bəlkə də nə vaxtsa ölü balıq tək,
Atar şəklimizi sahilə dəniz.
[
Səni dalğalara qısqanacağam,
Külə dönəcəyəm mən yanacağam,
Küləklər külümü dənizə səpər,
Sanma ki bununla sevgimiz bitər.
Qum üstə yazmışam sənin adını
Sonra da üstəgəl mənim adımı,
Bərabər qoymuşam söylə nə yazım?
Ayrılıq, məhəbbət, yoxsa ki nifrət?
[
Dəniz
Printable View
-
01-12-2010, 12:55 PMsuzi333Dəniz
-
01-12-2010, 01:04 PMKralica_Re: Dəniz
coxsag ol gozal sherdi :alqis:
Qum üstə yazmışam sənin adını
Sonra da üstəgəl mənim adımı,
Bərabər qoymuşam söylə nə yazım?
Ayrılıq, məhəbbət, yoxsa ki nifrət?
men olsaydim ayriliq yazardim -
01-12-2010, 01:08 PMDamla1Re: Dəniz
Gedə bilərsəN
Madamki içində o atəş söndü
Bir daha yandırmadan gedə bilərsən
Ağlında qalmasın bu son baxışlar
Üzümə baxmadan gedə bilərsən
İllərdir verdiyin kədəri görmə
Üstümə yıxdığın qüssəni görmə
Ömrümdən aldığın günləri görmə
Mənidə görmədən gedə bilərsən
Sən düşün yaranı kimlər saracaq
Sən düşün könlünü kimlər alacaq
Bir an öncə yox ol, oldu olacaq
Bir vida etmədən gedə bilərsən
Demək mənəm günahkar sən isə haqlı
Mən zalım bir düşmən sən isə vəfalı
Ən gözəli alıb məni isə atmalı
Məni bağışlamadan gedə bilərsən
Çalışma özünü vəda etməyə
Çalışma gözündən yaşlar tökməyə
Məcburda deyilsən bir şey deməyə
Heç bir şey demədən gedə bilərsən
Tanrımı apardı, özünmü getdin?!...
(Bu şer isə vəfasızlara həsr olunub)
Sənsizəm, yalqızam, tənhayam daha
Tanrımı apardı, özünmü getdin?!
Xəbərin oldumu batdın günaha,
Tanrımı apardı, özünmü getdin?!
...Mən eşq dəlisiydim-sevdası səndən,
İndi ayrılıqsan saçımda dən-dən.
Sən özün gəlmişdim, çağırmadım mən,
Tanrımı apardı, özünmü getdin?!
...Könül, sənə yendim, tək sənə bil, sən,
Ayrılıq ölümdən betərdi bilsən...
Ey, məni təkliyə tapşırıb gedən
Tanrımı apardı, özünmü getdin?!
Payız Yağışı
Yaxınlaşır ilin boranlı qışı,
Nə hiddətlə yağır payız yağışı.
Vurğunu olduğum o ilk baxışı,
İlk əvvəl sən gördün payız yağışı
Bir yağışlı gundə görüşdük sənlə,
Damcılar ilk eşqi saldı qəlblərə.
Xüsusi həzz verir sevən ürəyə,
Aram-aram yağan payız yağışı.
Deyirəm, taleyin işinə bir bax,
Ayrıldıq.... görəsən kimdədir günah
Eşitcək xəbəri bir həzin sabah
Hönkürüb ağladı payız yağışı...
İndi tək dönürəm görüş yerindən,
Sən döndün əhdindən, sədaqətindən
Elə bil o gündən, xəcalətindən
Utanıb yağmadı payız yağışı.
Sənsiz yaman darıxmışam...
Ürəyimdə suxurlanmış məhəbbətin izlərini,
Baxışınla yaşadarsan ilk eşqimin bənzərini ,
Bu dünyaya dəyişmərəm şəfəq sacan gözlərini,
Od almışam sifətindən , axıb sənə qarışmışam
Sənsiz yaman darıxmışam!
Bir haray var gəncliyimdə, qoyammıram ona bir ad
Gör nədəndir? Eşqimizdən ərşə qalxıb nalə,fəryad
Bu ayrılıq günlərində bircə kərə olsaydıq şad,
Deyə bilməm, bəxti kəməm, dərdli-qəmli yaranmışam
Sənsiz yaman darıxmışam!
O gülüşün nə şirindir, həsrətinsə yaman cətin
Mən soyuyub buza döndüm, qızdırarmı hərarətin?
Bir gizlicə, bir alovlu, bir bəlalı məhəbbətin
Alovunda tüstülənib, yanıb-yanıb kül olmuşam
Sənsiz yaman darıxmışam!
Elə bilmə sakit-sakit inildəyən mən bir neyəm,
Elə bilmə saclarına sıgal cəkən bir küləyəm,
Uzaqdasan...Xəyalınla yaşayıram , elə bil ki səninləyəm
Harda olsam seni hər an düşünməyə calışmışam
Sənsiz yaman darıxmışam! -
01-12-2010, 01:15 PMsuzi333Re: Dəniz
:alqis:
-
01-12-2010, 01:20 PMDamla1Re: Dəniz:crazy: :dance: delidi ne etse yeridi :crazy: :dance:Alıntı:
suzi333 Nickli Üyeden Alıntı
-
01-13-2010, 01:45 PMGLAMOURKARe: Dəniz::yerivar:: ::yerivar:: ::yerivar:: Denizi cox sevirem.Alıntı:
suzi333 Nickli Üyeden Alıntı
-
01-13-2010, 02:37 PMTutu20Re: Dəniz
:meyus: shere :alqis:
