[
Söyləməyə heç bir sözün yoxdursa, susmağa nə deyirsən?
Söyləməyə sözü olanları dinləməyə, anlamağa nə deyirsən?
Kitab səhifələri arasında gəzişməyə...
Kainatı oxumağa...
Sifətini sığallayan küləyi, saçlarını oxşayan yağış damlasını, ayaqlarının altındakı qum dənələrini hiss etməyə...
Günəşin batmağını, uzaqlaşan gəmini izləməyə...
Yollardakı bir daşı, bir yıxılanı, bir özünü itirmişləri qaldırmağa nə deyirsən?
Bir az düşünməyə, keçmişə gələcəyə getməyə...
Suallar verməyə, həyata, dünyaya, özünə aid...
Söyləyəcək heç bir sözün yoxsa, söyləyəcək bir şeyi olanlardan bir şeylər öyrənməyə nə deyirsən?
Özünü bir az hesaba çəkməyə, cavablarının doğruluğunu yoxlamağa, xətalarını qəbul etməyə...
Bir az unutmağa əzbərlərini...
Bir az dəyişdirməyə qurduğun cümlələri...
Yeni şeylər öyrənməyə...
Yeni şeylər öyrənmək üçün susmağa...
Ancaq susarkən də içinə heç bir ironiya qatmadan sadəcə susmağa...
Bir şey bilirmiş kimi deyil...
Vecinə almırmış kimi deyil...
Özünü qürurlu tuturmuş kimi də deyil....
Daha yolun əvvəlində olan, daha öyrənəcək çox şeyi olan, söyləyəcək heç bir şeyi olmayan insan kimi susmağa...
Bir danşsam "yer yerindən oynayar" ədası ilə deyil...
"Fırtına öncəsi səssizlik" kimi deyil...
Səsini akord edirmiş kimi heç deyil...
Söyləyəcək sözü olmayan hər hansı bir insan kimi...
Susmağa nə deyirsən????
Bir az susmağa nə deyirsən?
Printable View
-
01-10-2010, 12:59 AMGLAMOURKABir az susmağa nə deyirsən?
-
01-11-2010, 01:19 PMKralica_Re: Bir az susmağa nə deyirsən?
Movzu eladi. Baxir harda susmaqa Ele insanlar var ki sevgi qarshisinda susurlar sevgisini diline getire bilmirler. bezen pislik qarshisinda qalirsan o zaman susmaq olmur sene edilen haqsizliqin qarshisinda susmaq olmur
-
01-11-2010, 03:51 PMsuzi333Re: Bir az susmağa nə deyirsən?
Uzun zamandır susuram,en doğrusuda bu
-
01-13-2010, 01:46 PMGLAMOURKARe: Bir az susmağa nə deyirsən?
Mende bundan sonra susacam. :?
-
01-13-2010, 02:10 PMRuzgar_GuluRe: Bir az susmağa nə deyirsən?
Bende bugunden sonra sevgi adına SUSUYORUM kesinlikle icimde yasıcam söyleyince cok canım yanıyor susmak en dogrusu sanırım. :meyus:
-
01-13-2010, 02:28 PMGLAMOURKARe: Bir az susmağa nə deyirsən?:D duzgun secimAlıntı:
Ruzgar_Gulu Nickli Üyeden Alıntı
-
01-13-2010, 02:32 PMTutu20Re: Bir az susmağa nə deyirsən?
cox teshekkur movzu superdi
