Saziş Elmar Məmmədyarovun Türkiyəyə səfəri zamanı imzalana bilər
Azərbaycanla Türkiyə arasında viza rejimi ləğv olunacaq. Bununla bağlı müzakirələr gedir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov "Ekspress" qəzetinə bildirib.
XİN sözçüsü vizasız gediş-gəlişlə bağlı sazişin nə vaxt imzalanacağının hələlik məlum olmadığını deyib: "Azərbaycanla Türkiyə arasında viza rejiminin ləğv olunması istiqamətində işlər davam edir. Müzakirələr yalnız viza rejiminin ləğv olunması ilə bağlı deyil. Məsələyə komleks yanaşılır, hüquqi məsələlər, sənədlərin uyğunlaşdırılması, Azərbaycan vətəndaşlarının Türkiyədə olduğu müddətdə rastlaşdığı çətinliklərlə bağlı məsələlər də sənəddə əksini tapacaq".
"Ekspress"in əldə etdiyi məlumata görə, viza rejiminin ləğvi barədə saziş Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Türkiyəyə növbəti səfəri zamanı imzalana bilər.
Azərbaycanla Türkiyə viza rejimini ləğv edir
Printable View
-
12-25-2009, 06:58 PMAzerbaycanliAzərbaycanla Türkiyə viza rejimini ləğv edir
-
12-25-2009, 07:56 PMNuriyeVRe: Azərbaycanla Türkiyə viza rejimini ləğv edir
hmmm onda men birine deyim mene iş tapsın gedim birdefelik ora el idi getdim 1 defe gezdim ama üreyimde qaldı :meyus:
-
12-25-2009, 10:14 PMAgLaYaN_BuLuDRe: Azərbaycanla Türkiyə viza rejimini ləğv edir
Cox tessuf ki Legv olunmadi:(
-
12-25-2009, 11:53 PMNuriyeVRe: Azərbaycanla Türkiyə viza rejimini ləğv edir:lol: :lol:Alıntı:
AgLaYaN_BuLuD Nickli Üyeden Alıntı
