Forum iştirakçılarımızda bələdiyyə seçkilərində iştirak edənlər, səs verənlər var yəqin ki. Yaza bilərsinizmi ilkin bələdiyyə seçkiləri nəticələri necədi?
Bələdiyyə seçkiləri nəticələri
Printable View
-
12-23-2009, 04:07 PMAzerbaycanliBələdiyyə seçkiləri nəticələri
-
12-23-2009, 05:11 PMDeli_UREKRe: Bələdiyyə seçkiləri nəticələriEhalinin 99.9 % istirak edir cox feal kecir :DAlıntı:
Azerbaycanli Nickli Üyeden Alıntı
-
12-23-2009, 05:42 PMfidan494Re: Bələdiyyə seçkiləri nəticələrisən lap köhnə bizim Cəbiş müəllim kimi danışdın ee.Alıntı:
Azerbaycanli Nickli Üyeden Alıntı
bir gün televizorda sual verirler bu bələdiyyə nədir təzə çıxıb, diyir alə belə də :D :lotu -
12-23-2009, 11:31 PMzeynalov_Re: Bələdiyyə seçkiləri nəticələri
Azərbaycanda bələdiyyə seçkiləri ilə bağlı səsvermə başa çatıb. Bu gün saat 08.00-da başlayan səsvermə saat 19.00-da yekunlaşıb.
Məntəqələr bağlandıqdan sonra səslərin sayılmasına başlanılıb. Mərkəzi Seçki Komissiyası (MSK) seçkilərin nəticələrini iki gündən sonra elan edəcək.
Ölkədə keçirilən bələdiyyə seçkiləri ilə əlaqədar bu saata qədər ölkə üzrə seçicilərin təxminən 28,51 faizi səsvermədə iştirak edib.
Ölkə üzrə bələdiyyələrə 31 min 861 nəfərin namizədliyi irəli sürülüb. Namizədlər 16 siyasi partiyanı, bitərəfləri və təşəbbüs qruplarını təmsil edib.
Qeyd edəki ki, Bələdiyyə seçkiləri 118 seçki dairəsi üzrə 4813 seçki məntəqəsində keçirilib. 1718 bələdiyyə üzrə 15682 nəfər bələdiyyə üzvü seçilməlidir. 31 minə yaxın bələdiyyə üzvlüyünə qeydə alınmış namizəd var. 16 siyasi partiya rəsmi olaraq seçki marafonuna qatılıb. Qeydə alınmış namizədlərin 16755 nəfəri siyasi partiyalar, 147 nəfəri təşəbbüs qrupları tərəfindən, 14 073 nəfərin namizədliyi isə fərdi qaydada irəli sürülüb. Namizədlərdən 319 nəfəri siyasi mənsubiyyətini göstərməyib. 11147 namizəd bitərəfləri, digər namizədlər isə 29 siyasi partiyanı təmsil edib.
Namizədlərin 6108 nəfərini qadınlar təşkil edir. 15773 namizəd ali təhsillidir. Vahid seçicilər siyahısında 4 milyon 600 minə yaxın seçicinin adı var.
Seçkiləri 50 minə yaxın müşahidəçi izləyib və onlardan 54-ü beynəlxalq müşahidəçidir. Beynəlxalq müşahidəçilər 13 beynəlxalq təşkilatı və 18 ölkəni təmsil edir.
Səsvermənin şəffaflığını təmin etmək məqsədilə 500 seçki məntəqəsində veb-kamera quraşdırılıb. KİV-lərin səsvermə günü seçki məntəqələrindən məlumat alması üçün isə akkreditasiya tələb olunmur.
Xatırladaq ki, bu günkü bələdiyyə seçkiləri Azərbaycan Respublikasında keçirilən ölkə miqyaslı üçüncü bələdiyyə seçkisidir. İlk bələdiyyə seçkisi 1999-cu ildə, ikinci seçki isə 2004-cü ildə keçirilib.
Seçkilərin nəticələri iki gündən sonra bəlli olacaq
