Bir gün hisslər mübahisə etməyə başlayırlar : "Kim güclüdür?"
- Mən güclüyəm - deyə Nifrət sözə başladı - mən insanı hər şeyə sövq edə bilərəm. Mənim sayəmdə Xəyanət və Acıq yaranıb.
Qısqanclıq dedi:
- Xeyr, mən güclüyəm. Düzdür, mənim sayəmdə heç bir hiss yaranmayıb, amma mən insanı cinayətə sürükləyə bilərəm
- Siz nə danışırsınız? - deyə Tənhalıq acıqlandı - Cinayət nədir? Mən insanı intihara məcbur edə bilərəm, deməli mən ən güclüyəm.
Bu zaman Xeyirxahlıq söhbətə qoşuldu:
- Siz niyə belə pis, ağır şeylər danışırsınız? Mən ən güclünüzəm, çünki mən həyatda gözəlliklər yaratmağa kömək edirəm
Nifrət gülərək onun sözünü kəsdi:
- Hımmm... Bunlar boş şeylərdir. Əgər hamı bir-birinə nifrət etməyə başlasa sənin yaratdığın bu gözəllik kimə lazım olacaq?
- Mübahisə etməyin - Sevgi dilləndi: - Güclü mənəm. Mən yaxşı insanı pis, pisi isə yaxşı edə bilərəm. Mən bütün maneələri dəf edərək hamını öz arxamca apara bilərəm.
- Axı indiki zamanda sevgiyə qiymət verən yoxdur - Xəyanət dedi
- Hə, hə. Sən artıq öz yerini çoxdaaan itirmisən - deyə Şübhə Xəyanətin sözlərini təsdiqlədi.
- Deməli hamımız eyniyik?
- Xeyr - deyə Ağıl cavab verdi: - Bir hiss var ki, heç vaxt öz gücü ilə öyünmür, ancaq hamınızdan alidir. O Xəyanətin və Acığın qarşısını ala bilər. Nifrətdən qorxmur. O hər birinizdən güclüdür, çünki qorxu nədir bilmir.
Bütün hislər qışqırmağa başladi
- Bu ola bilməz, belə hiss yoxdur. Əgər varsa onda o haradadı?
- Onun indi sizlərlə mübahisəyə vaxtı yoxdur. O indi keşik çəkir, qoruyur, vaxtını boş yerə sərf etmir. O daim Xoşbəxtliyin və Sakitliyin keşiyindədir...
Sizcə bu hansı hissdir? Buyurun... Mövzuyla bağlı fikirlərinizi bölüşün...
Hisslərin mübahisəsi...
Printable View
-
12-15-2009, 05:28 PMKralica_Hisslərin mübahisəsi...
-
12-15-2009, 07:22 PMGLAMOURKARe: Hisslərin mübahisəsi...
nifret,sevgi,agil,yaxshiliq var..qalir qurur ve qorxu hissi.bashim cixmadi.ozun yaz cavabini. :D
-
12-15-2009, 09:20 PMXeyallarimRe: Hisslərin mübahisəsi...
MENCE BU SEDAQETDIR
ANCAQ SEDAQETLI INSAN
Xoşbəxtliyin və Sakitliyin keşiyindədir...
:D :D -
12-16-2009, 11:58 AMKralica_Re: Hisslərin mübahisəsi...
Axtarin- axtarin tapacaqsiz
-
12-16-2009, 01:45 PMGLAMOURKARe: Hisslərin mübahisəsi...:mad:Alıntı:
Kralica_ Nickli Üyeden Alıntı
