Unut, səni söysələr də, unut. Unut sənə deyilən bütün acı sözləri. Unut sənə deyilən bütün tikanlı kəlmələri. Unut sənə atılan bütün böhtanları, unut. Unut sənə yaxılan bütün şərləri, unut. Bil ki, bu deyilənlər bir vaxtlar Allahın sevgili qullarına da deyilmişdi. Bil ki, bu deyilənləri bir vaxtlar Allahın sevgili qulları da eşitmişdi... Təkcə acı sözləri yox, sənə deyilən xoş sözləri də unut. Təkcə tikanlı kəlmələri yox, sənə deyilən tikansız kəlmələri də unut. Ürəklərimizi yerindən oynadan odlu tərifləri də unut. Damarlarımızdakı qanı coşduran alovlu mədhləri də unut. Unut, həqiqət naminə “uduzduğun” nə varsa. Unut, həqiqət naminə “itirdiyin” nə varsa...
Unut, sənə dünyanı hədiyyə edənləri, unut. Unut, sənə dünyanı bağışlayanları, unut. Və get yolun hara qədər uzanırsa. Və get yolun səni hara qədər aparırsa. Arxada qoyduğun varını, dövlətini unut. Arxada qoyduğun bağını, bağçanı unut. Unut, əbədi bir sərvəti qazanmaq üçün. Unut, əbədi bir səadətə qovuşmaq üçün...
Unut, həm də elə unut ki, unutduğunu da unut. Unut, həm də elə unut ki, unudulduğunu da unut. Unut, təkcə özün üçün yox, milyonlar üçün unut. Unut, təkcə özün üçün yox, milyardlar üçün unut...
Ancaq nəyi unutsan da, həqiqəti unutma, Ancaq nəyi unutsan da, ədaləti unutma. Həyatını da elə buna görə yaşa. Ömrünü də elə buna görə yaşa...
Unut, səni döysələr də, unut. Unut, səni söysələr də, unut. Unut sənə deyilən bütün acı sözləri. Unut sənə deyilən bütün tikanlı kəlmələri. Unut sənə atılan bütün böhtanları, unut. Unut sənə yaxılan bütün şərləri, unut. Bil ki, bu deyilənlər bir vaxtlar Allahın sevgili qullarına da deyilmişdi. Bil ki, bu deyilənləri bir vaxtlar Allahın sevgili qulları da eşitmişdi...
Unut!...
Printable View
-
12-13-2009, 10:13 PMzeynalov_Unut!...
-
12-13-2009, 10:23 PMXeyallarimRe: Unut!...
olmur axi hec ne unudulmur hec ne yaddan cixmir :meyus:
-
12-13-2009, 10:39 PMzeynalov_Re: Unut!...
:(
