Dünyadan küsürəm.
İnsanlardan qaçıram.
Yenə saçlarımla küləyə, baxışlarımla dənizə qısılıram.
Nəhəngliyinə, maviliyinə vurulduqca öz köksüm də qabarır.
- Necə də istərdim sənin kimi olum, dəniz...ay dəniz...-pıçıldayıram.
Dalğalar şahə qalxır.
Dəniz qəhqəhə çəkir:
- Mənə həsədmi apardın? – eşidirəm.
- Sənə bənzəmək istədim, - deyirəm.
- Mənim kimi deyilsənmi? – eşidirəm.
- Səndən çox-çox kiçiyəm, - deyirəm.
- Mən də kainatda bir damlayam, - eşidirəm.
- Sənin qədər güclü deyiləm ki, - deyirəm.
Dalğalar coşur.
Qəhqəhələr qulaqlarımı batırır.
- Mən ki zəif bir küləkdən itirirəm təmkinimi?! – eşidirəm.
- Gözəlsən amma...- deyirəm.
- Gözəlliyim – maviliyimdədir...O da səmanın əksidir, gözümə düşür, - eşidirəm.
- Heçmi fərqimiz yoxdur? – soruşuram.
- Yoxdur...İnan ki, yoxdur...
- Mən özümdən qaçmaq istəyirəm, eşidirsənmi? – bağırıram.
- Bəs mən...dustaq deyiləmmi ? – pıçıldayır...
Gözlərim ayaqlarıma çırpılıb bir-birinin ardınca ölən ləpələrdə donub qalır.
Başa düşürəm ki, onlar sahilə can atan, özündən, öz dünyasından bezib qaçmaq istəyən dənizin son ümidləridir, ölür...
Dənizlə söhbət
Printable View
-
12-12-2009, 11:09 AMzeynalov_Dənizlə söhbət
-
12-12-2009, 12:08 PMDamla1Re: Dənizlə söhbət
:meyus: Niye qemli olanda denize baxiriq.Sen deme o bizden de dertliymişş :meyus:
-
12-12-2009, 01:27 PMzeynalov_Re: Dənizlə söhbət
:(
