[
Hamımız eyni kölgədəyik. Həyat deyilən ağacın kölgəsində. Kimi oh ilə başlayır həyata, kimi of ilə; nə olursa olsun yaşamağa dəyər yeni bir gündə.
Kimi eyni işi edir, kimi fərqli. Şübhəsiz; kimi səhərin tez saatında onu hər şeyi ilə bədənindən alıb aparan səhərə bir oh deyir, kimi of çəkərək yoluna zorakı davam edir. Kimi böyük bir səbirsizliklə dalır həyatın içinə və ohlar ilə yaşayır bütün gün zehinində. Kimi bir oh ilə bitirir zehinindəki düşüncələri, kimi of deyə deyə əridir gəlib keçən günlərini.
Dedim axı; hamımız eyni ağacın kölgəsindəyik. Ağrılar və sevinclərlə keçinirik. Bax o an kimimiz girir oh qəlibinə, kimi sığmır belə of qəlibinə. Bişdikcə bişirik oh ilə oflarla.
Səndə bir oh çək deyir biri yoldaşına. Qaldır qollarını havaya, doya doya bir oh çək ohların baş çevirici təsirini yaşa.
Axmaqlama deyir yoldaşı. Get Allah xatirinə! Oflardan canım sıxıldı onsuz da , bir də ohları salma həyatıma.
Səbəb olmasın deyir yoldaşı.
Niyə sadəcə ofları düşünürsən?. Bir sına, möhkəmcə oflayar kimi ohları içində. Hansı yaxşı gələcək o zaman de mənə.
Bax bu yoldaş kimi çoxumuz tıxayırıq qulaqlarımızı başqalarının izah etdiklərinə. Halbuki içimizdə sıx tutduğumuz ofları bir buraxsaq və ohlarla yaşamağa qalxsaq nə gözəl olardı dünya.
Ohlara çox sıx rast gəlinmir insan həyatında.
Yox yox, son zamanlarda heç eşitmədim danışmalarda.
Sizdə oh çəkin hər səhər
Ətrafınızdakılar sizinlə birlikdə xoşbəxt olsun
Heç bilmədiyiniz bir həyatı təqdim edin başqalarına
Ohh və Offf
Printable View
-
11-30-2009, 04:01 AM_SoMMeT_Ohh və Offf
-
11-30-2009, 11:58 AMzeynalov_Re: Ohh və Offf
Tesekkurler.
-
11-30-2009, 12:29 PMXeyallarimRe: Ohh və Offf
ne gozel bir teqdimat ooh ve offf
gerek ki , her birimiz ancaq ooh edek ki , etrafimiz da bize baxib sevinsin :lol:
tesekkurler maraqli idi ::yerivar::
