Britaniyalı psixoloq, professor Ədrian Furnham bu arqumentlərə son qoymağa çalışıb.
O, dünyanın 30-a yaxın ölkəsində minlərlə insan arasında apardığı araşdırma nəticəsində belə bir qənaətə gəlib ki,
kişilər özlərini qadın tayfasından daha ağıllı hesab etsələr də, bu, heç də belə deyil:
" Kişilər zənn edirlər ki, onlar qadınlardan daha zəkalıdır. Lakin bu, doğrudan da belədirmi? Bizim apardığımız böyük araşdırma göstərir ki, orta hesabla qadınlar kişilərdən nəinki geridə qalırlar, habelə onları zehin baxımından üstələyirlər. Onda belə bir geniş yayılmış rəy ki, kişilər qadınlardan daha ağıllıdır, nədən irəli gəlir? Kişilərin özlərindən həddən artıq razı olmasından, yoxsa qadınların təvazükarlığından? Araşdırma ikinci variantı təsdiq edir, yəni, göstərdi ki, belə bir rəy kişilərin özlərindən çox razı olmasından və qadınların öz nailiyyətlərini qabartmamaqlarından, təbiətcə kişilərdən daha başıaşağı və təvazükar olduğundan irəli gəlir."
Professor Furnham onu da deyir ki, özünü ağıllı, bacaraqlı hesab etməyin, özünəinamlı olmağın da təsiri az deyil:
" Sözsüz, bunun çox böyük təsiri var və bu özünəinam kişilərə kömək edir, onlara daha cəsarətli addımlar atmağa, qəti qərarlar verməyə kömək edir."
Professor Furnham Londonda dolu zalda mühazirə verib. Onun mühazirəsində olanlar sözügedən araşdırmanın nəticələrinə öz rəyini bildirirlər:
" Bəli, qadınlarda özünəinam bir qədər aşağıdır və bu, tarixi bir amildir - əsrlər boyu qadınlar cəmiyyətdə əzilirdi, və bugünlər belə biz səsvermə və digər bu kimi hüquqlara malik olsaq da, bu amil öz təsirini bildirməkdədir."
" Hə, mən də bununla razıyam ki, qadınlar əsrlərlə təqiblərə məruz qalıblar..."
"Bundan başqa, qızlar adətən ailədə və ümumiyyətlə cəmiyyətdə təvazükarlıq ruhunda tərbiyyə olunurlar, oğlanlara isə daha çox özünəinam hissləri yeridirlər."
Kim daha agillidir,Qadin yoxsa Kisi?
Printable View
-
11-24-2009, 09:40 PMzeynalov_Kim daha agillidir,Qadin yoxsa Kisi?
-
11-26-2009, 11:19 PMXeyallarimRe: Kim daha agillidir,Qadin yoxsa Kisi?
"Bundan başqa, qızlar adətən ailədə və ümumiyyətlə cəmiyyətdə təvazükarlıq ruhunda tərbiyyə olunurlar, oğlanlara isə daha çox özünəinam hissləri yeridirlər"
he duzdur , amma bu o demek deyil ki , qadin kisiden az bilir .
qadınlar əsrlərlə təqiblərə məruz qalıblar..."
deyirem goresen bu teqibler olmasaydi indiye neler olardi neler -
11-26-2009, 11:21 PMzeynalov_Re: Kim daha agillidir,Qadin yoxsa Kisi?neler olardi?Alıntı:
Xeyallarim Nickli Üyeden Alıntı
-
11-26-2009, 11:37 PMAmiqo_100MRe: Kim daha agillidir,Qadin yoxsa Kisi?
bu mövzunun adın dəyişib *KİM ÖZ QATIĞINA QARA DEYƏR?* qoymaq lazımdır
-
11-27-2009, 08:05 PMzeynalov_Re: Kim daha agillidir,Qadin yoxsa Kisi?basa dusdum desem yalan olarAlıntı:
Amiqo_100M Nickli Üyeden Alıntı
-
06-12-2010, 10:06 AMnauthly_girlRe: Kim daha agillidir,Qadin yoxsa Kisi?
Kişilər yəqin ki.Bir misal var: Qadinlar ilanlardan hiyləgərdilərsə, kişilər də qadinlardan hiyləgərdilər! :)
-
06-12-2010, 10:14 AMDamla1Re: Kim daha agillidir,Qadin yoxsa Kisi?
elbette QADINLAR şübheniz bele olmasin :mad:
-
06-12-2010, 10:21 AMnauthly_girlRe: Kim daha agillidir,Qadin yoxsa Kisi?Sən əsəbləşmə! :) Özümüzü zəif göstərməyək heç olmasa! :DAlıntı:
Damla1 Nickli Üyeden Alıntı
-
06-12-2010, 10:23 AMDamla1Re: Kim daha agillidir,Qadin yoxsa Kisi?
Men hec zeif olduğumu düşünmürem canim. hec esebleşmirem de :lol:
-
06-12-2010, 10:27 AMPOWER_RANGERSRe: Kim daha agillidir,Qadin yoxsa Kisi?
Kişilər :cool:
