Artıq getmək vaxtı, yalnız getmələr qaldı mənə arxama belə baxmadan getmələr..
Yapışa bilmədiyim bir şey vardı əlbət həyatda, vaxtsız gələn insanlar vardı.. Sevmələr ağır idi, ürək qaldıra bilmədi.. Bir şey əskik idi, azaltdı və istehlak etdi bu ürəyi..
Bax gedirəm...
Bir şey demədən...
Arxamı dönmədən...
Şikayət etmədən...
Yol ayrılmış...səni son görmədən gedirəm..
Bəlkə gedirəm, amma bil ki istəməyərək.
Gözyaşlarımı hiss edirəm içimdə bir yerdədilər...
O necə bir yerdir...Tərifsiz bir acı verir ki mən bu ağrıya layiq olduğumu düşündüyümdən yol tapıb da süzülmələrinə icazə vermirəm. An gələcək tuta bilməyəcəm düşəcəklər...
Gözlərimi qırpmadan uzaqlara baxarkən elə isti axacaqlar ki...Bilirəm yandıracaq bədənimi..
Nə küslük var,nə peşmanlıq var ürəyimdə...
Gedirəm sanki sənin yanında
Səsin uzaqlaşar hər bir addımda
Səssiz-sakin,icazə qalmadan gedirəm...
Sənə gəlmək ya da sənlə gəlmək səhv idi...Amma nəyə görə,kimə görə səhv idi..
Onu mən soruşa bilmirəm..
Layiq olduğum yaraları qanatmaya gedirəm.
Bu yalnız səni mənsiz buraxmaq deyil...
Mən sənlə yanmağa gedirəm.
Üç qəpiklik dincliyimizi narahatlığa boğmağa gedirəm..
Özümə və sənə ən böyük haqsızlığı etməyə gedirəm..
Səninlə ola bilməyəcəyimi bilmənin qəhrinə, doya doya, qanaya qanaya ağlamaga gedirəm... :(
Yazdığım sətirlər əllərimi yandırır, talan olur hər bildiyim, viran olur inandıqlarım..
Işıgımız sönmədən gedirəm..
Bil ki gedirəm..
Mən özümü səndə öldürməyə gedirəm..
Gedirəm...
Printable View
-
11-20-2009, 08:33 PMje_demeureGedirəm...
-
11-20-2009, 08:51 PMSad_AngelRe: Gedirəm...
:alqis: :alqis: :alqis:
-
11-20-2009, 08:59 PMXeyallarimRe: Gedirəm...
getmeyi ozun ucun qerar vermisense he bax onda getmelisen
::yerivar:: -
11-20-2009, 09:03 PMje_demeureRe: Gedirəm...Bezen qerari öz isteyinle vermirsen...Mecbur olursan getmeye...Kimise incitmemek,gelecekde daha da böyük ezablar vermemek üçün mecbur olursan...En çox inciden bax budu...Alıntı:
Xeyallarim Nickli Üyeden Alıntı
-
11-20-2009, 09:08 PMXeyallarimRe: Gedirəm...Alıntı:
je_demeure Nickli Üyeden Alıntı
bax men ele bunu demek isteyirem ferqi yoxdur qerari kim verdi vaxtinda getmelisen -
11-21-2009, 11:57 AMDamla1Re: Gedirəm...
SƏN GETMİSƏN...
Sən getmisən,
sanma sevgim yox olub.
O ölməyib, yaşayır,
əvvəlki tək.
O səninlə, mənim ilə
doğulub,
O son dəfə mənim ilə
öləcək.
:meyus: -
11-22-2009, 02:02 AM_SoMMeT_Re: Gedirəm...
je_demeure senide bu gunden aglayan gormeyim besdirin :angry:
:mad: :mad: -
11-28-2009, 12:40 PMGLAMOURKARe: Gedirəm...:D ne cox gedirsene.bir qerar ver,ya qal,ya birdefelik getdaaaaa. :wink:Alıntı:
je_demeure Nickli Üyeden Alıntı
-
11-28-2009, 01:02 PMje_demeureRe: Gedirəm...okk Gerek dusunum 1 az :-h?mmAlıntı:
GLAMOURKA Nickli Üyeden Alıntı
-
11-28-2009, 01:06 PMGLAMOURKARe: Gedirəm...dushun canim dushun :dance:Alıntı:
je_demeure Nickli Üyeden Alıntı
