1. Bu dünyada kiçik şeylər yoxdur. Baxmağı bacaran göz üçün hər şeydə bir məna var.
2. Azlıq çoxluğun özəyidir.
3. Həyatdakı kiçik işarələri gördüyümüz zaman təbiətlə ayaqlaşmaq, sabaha çıxmaq asanlaşır.
4. Kiçik fərqləri ayırd edə bilməmək başqalarını səhv başa düşməyimizə, bu da bəzən məyus olmağımıza səbəb olur.
5. Kiçik şeylərə diqqət etməyi öyrənə bilən insan bunlara görə şad və məyus olmağı öyrənə bilər.
6. Təhlükələr qarşısında tədbir görmək lazım olduğu vaxt bəzən mənfi tərəfdən baxmağa ehtiyac ola bilər. Lakin, bədbin düşünməyi vərdiş halına salmaq təhlükələrdən qorumaq yerinə bizi təhlükəyə atar.
7. Həyatınızdakı kiçik şeylərdən böyük ləzzətlər tapmaq sizin vəzifənizdir.
8. Tanrım! Mənə dəyişdirə biləcəyim şeyləri dəyişdirmə gücü ver. Dəyişdirə bilməyəcəyim şeyləri qəbul edə bilməyimi təmin et. İkisini də bir-birindən ayırmaq üçün ağıl ver.
9. Səhv etməmək asan deyil, əsas odur ki səhvlərdən dərs alasan, təcrübə qazanasan.
10. Həyatımızı yaşaya bilmədikdə sahib olduğumuz ictimai rolları öz varlığımızdan daha üstün tutmağa başlayırıq.
11. Hər bir insan, sahib olduğu əşyalardan, titullardan, rollardan başqa, bir də yeyib-içən, danışıb-düşünən, tamaşa edib qulaq asan bir “mən”ə sahibdir.
12. İçi boş olan sünbül dik durar.
13. İnsanlar mənfi cəhətləri tənqid etməyi bir-birindən öyrənirlər, bunda xüsusilə də böyükləri model olaraq seçirlər.
14. Əgər davamlı olaraq inkişaf ediriksə, bir az əvvəl etdiyimizin qüsursuz olması mümkün deyil.
15. Qüsursuzu, qüsursuzluğu axtarmaq bizə baha başa gələ bilər.
16. Təbiətdə ziddiyyətlər var, insanın ziddiyyətlərinin olması da təbiidir. Ona görə də, ziddiyyətsiz, dilemmasız olmaq yox, onları görüb, onlarla birlikdə yaşaya bilmək hünər sayılmalıdır.
17. Özümüzə çox əhəmiyyət veririk, amma bəyənmirik.
18. Dürüstlüyün növlərindən biri, daxilimizdə mövcud olanı senzurasız təqdim edə bilməkdir.
19. İki yoldan birini seçməyə məcbur etmək, məcbur edilmək yaradıcılıq deyil. Üçüncü bir yol tapmaq isə yaradıcılıqdır.
20. Əgər uşağınız yalan danışırsa, onun bu yalanında sizin də payınız var.
21. Duyğularımızı və düşüncələrimizi meydana gətirən şey xarici faktorlar yox, zehnimizin bir yerinə qeyd olunmuş şablon halındakı düşüncələrdir.
Kiçik şeylər..
Printable View
-
11-15-2009, 02:46 AMzeynalov_Kiçik şeylər..
-
11-21-2009, 10:01 PMXeyallarimRe: Kiçik şeylər..
. Bu dünyada kiçik şeylər yoxdur. Baxmağı bacaran göz üçün hər şeydə bir məna var
::yerivar:: COX DEYERLI BIR FIKIRDI ,HER SEYDE BIR MENA VAR :alqis: -
11-22-2009, 01:08 AMAmiqo_100MRe: Kiçik şeylər..
8. Tanrım! Mənə dəyişdirə biləcəyim şeyləri dəyişdirmə gücü ver. Dəyişdirə bilməyəcəyim şeyləri qəbul edə bilməyimi təmin et. İkisini də bir-birindən ayırmaq üçün ağıl ver.
19. İki yoldan birini seçməyə məcbur etmək, məcbur edilmək yaradıcılıq deyil. Üçüncü bir yol tapmaq isə yaradıcılıqdır
bilmək olar bunlar kimlərin sözləridir.?
çox sağ ol -
11-22-2009, 10:33 PMzeynalov_Re: Kiçik şeylər..Cox sagolun.MinnetdaramAlıntı:
Xeyallarim Nickli Üyeden Alıntı
-
11-22-2009, 10:36 PMzeynalov_Re: Kiçik şeylər..Yalan diyerem kimin sozleri oldugunu amma menimde sozlerim deyil.Sizde sagolun oxuyub serh yazdiginiz ucun minnetdaram,Allah razi olsun.Alıntı:
Amiqo_100M Nickli Üyeden Alıntı
-
11-23-2009, 12:22 AMsiyahRe: Kiçik şeylər..
hamisi yox ama icerisinde maraqli fikirler de var, aforizmlerin muellifi qeyd olunmayib en boyuk noqsan ise budur!
-
11-23-2009, 12:30 AMzeynalov_Re: Kiçik şeylər..ne ise yene de sagolun (noqsan tutmaqdansa neise)Alıntı:
siyah Nickli Üyeden Alıntı
