Ayna qırılmasının uğursuzluq gətirəcəyinə olan inanış, ən köhnə inanclardan biridir. Mənşəyi ilk aynanın quruluşundan əsrlər əvvəlinə, hətta ilk çağ insanına qədər gedir. Göllərdə və ya su yığınlarında, öz əksini görən primitiv insan çaşmış, bunun özünün ruhu olduğunu sanmış, suyu bulandırıb görünüşünün itməsinə səbəb olanları da düşmən bilmişdir.
İlk aynaların istifadəsi köhnə Misir dövrlərinə rast gəlir. Bunlar düyü, bürünc, gümüş hətta qızıl kimi metallardan edilmiş və çox yaxşı parladılmış səthlər idi və də təbii ki qırılmaları mümkün deyildi. Bu dövrdə də bu parlaq səthlərdən əks olunan görünüşün o insanın ruhunun bir əks olunması olduğuna inanılırdı. Sonraları buna vampirlərin ruhları olmadığından bu parlaq səthlərdə görünüşlərinin də əks olunmadığı inancı əlavə edildi.
Şüşə qabların edilməyə başlanılmasından sonra da, içindəki sudan əks olunan görünüşün ruhun bir əks olunması olduğu inancı davam etdi amma şüşələr qırıla bilirdi və o zaman da içində olan ruhun bir parçası bədəni tərk edirdi.
Birinci əsrdə Romalılar bu uğursuzluğun müddətini 7 ilə çıxardılar. Romalılar həyatın hər yeddi ildə bir özünü yenilədiyinə inanırdılar. Şüşənin qırılması nəticəsi ruh və dolayısilə insanın sağlamlığı təxrib olduğundan, bədənin özünü yeniləyərək, sağlamlığına qovuşması üçün yeddi il keçməsi lazım idi.
Bu batil inanc, 15 ci əsrdə İtaliyada, Venedik şəhərində, arxası gümüş qablı, çox asan qırıla bilər və bahalı ilk aynaların edilməsi ilə birlikdə yaxşıca inkişaf etdi. İnanc bir az da iqtisadi ölçü qazanmışdı. Aynanı daşıyanlar, evlərdə aynaları təmizləyən xidmətçilər, aynaları qırmaları halında, yeddi il boyunca, ölümdən daha betər fəlakətlərlə qarşılaşa biləcəkləri barəsində xəbərdarlıq edilirdi.
Bu inancla birlikdə inkişaf etdirilən bəzi tədbirlər də oldu təbii. Məsələn: aynanın qınlan parçaları toplanır və cənuba doğru axan bir çayda yuyulsa və ya torpağa basdırılsa pis əlamət yox edilmiş olur. Ancaq qırılan parçaları götürüb evdən çıxarkən içlərinə baxmamaq lazımdır. Yataq otaqlarındakı aynaların üzərləri istifadə edilmədiyi zamanlarda örtülməlidir ki, ruh içində qalmasın. Ölən bir insanın evindəki aynaların da üzərləri örtülməlidir ki ruh səmaya doğru olan səfərində bir maneə ilə qarşılaşmasın.
XVII əsrin ortalarında İngiltərə və Fransada ucuz xərcli aynalar çıxarılmağa başlanıldı amma batil inanc o qədər yerləşmişdi ki, günümüzün müasir dünyasında belə hələ də davam edir.
Ayna qırılması
Printable View
-
10-17-2009, 11:17 AMpitbullAyna qırılması
-
10-17-2009, 11:19 AMGLAMOURKARe: Ayna qırılması
mende hemishe qirilir ayna.1 hefte ozume gele bilmirem.ele bilirem ki,kimse olecek.
-
10-17-2009, 11:26 AMpitbullRe: Ayna qırılması:meyus: sizdə çalışın ki ayna qırılmasında egər ozünüzə gələ bilmirsinizsə.Alıntı:
GLAMOURKA Nickli Üyeden Alıntı
-
10-17-2009, 01:25 PMDeli_UREKRe: Ayna qırılması
Bele menasiz inanclarda ancaq Misirden cixar..:) Bos inanclara inanmaq axmaqliqdir.
-
10-17-2009, 02:13 PMpitbullRe: Ayna qırılmasıhmmm...Alıntı:
Deli_UREK Nickli Üyeden Alıntı
-
10-17-2009, 03:23 PMXeyallarimRe: Ayna qırılması
mence de aynanin qirilmasi pis elametdi ,maraqlisi da odur ki, bunu ruhla eleqelendiriler
-
10-17-2009, 03:24 PMpitbullRe: Ayna qırılmasıhmmm...Alıntı:
Xeyallarim Nickli Üyeden Alıntı
-
10-17-2009, 05:00 PMNuriyeVRe: Ayna qırılması
eşitdiyime göre 1 qız gelin köçen anlarda ayna sınsa vse da veziyyet ruscax olur onda :(
