Makiyajda edilən səhvlər nələrdir?
Hər bir qadın əmindir ki, makiyajın düzgün edilmə qaydalarına bələddir. Burada müəyyən həqiqətlər var. Çünki kosmetika qadının individuallığını vurğulamaq üçündür və hər bir xanımın çatışmayan cəhətlərini özündən başqa heç kim daha yaxşı bilmir. Əksəriyyət isə bir çox sınaq və səhvlərdən sonra öz makiyaj üslubunu tapır. Bu səhvlər qadının təbii gözəlliyini məhv edir. Səhvlərdən bir neçəsi ilə tanış olaq.
Tonal vasitələr: rəngin düzgün seçilməməsi
Əvvəllər kosmetoloqlar məsləhət görürdülər ki, tonal vasitəni həm üzə, həm də boyuna çəkmək lazımdır. Bununla üzlə boyunun rəngini eyniləşdirmək istəyirdilər. Nəticədə isə bütün köynəklərin yaxalığı həmin vasitəyə boyanırdı.
Əslində isə düzgün rəngdə seçilmiş tonal vasitə boyun rəngindən seçilməməlidir və onu boyuna çəkməyə ehtiyac yoxdur. Əgər tonal vasitəni üzə çəkmisinizsə və onu gün işığında görmürsünüzsə bu artıq sizin rəngdir.
Dodaq üçün kontur
Dodaq ətrafında həddən artıq dərəcədə bilinən parlaq rəngli kontur nəinki dəbdən düşüb, o həmçinin az xanıma yaraşır. Bu cür təzad vizual olaraq yaşınızı artırır. Təbii makiyaj üçün dodaq konturu dodaq boyası rəngində olmalı, ya da bir ton tünd olmalıdır.
Nazik dodaqları olan xanımların etdiyi səhvlərdən biri də dodaq kənarlarının kontur vasitəsilə böyüdülməsidir. Belə xanımlar konturu dodaqdan kənara çəkirlər. Bu artıq köhnə dəbdir. Müasir zamanın parıltı və dodaq boyaları onları vizual böyütməyə imkan verir. Belə ki, dodağın kənarlarına kontur çəkin, daha sonra üzərinə dodaq boyası çəkin. Bu cür makiyaj həm təbii görünəcək, həm də uzun müddətli olacaq.
Gözlərin makiyajı
Gözlər üçün qələm yəqin ki, gözləri vizual olaraq iri göstərmək üçün ən tez başa gələn üsuldur. Gözün üstünü içəri tərəfdən başlamış kənarlara qədər qələmlə çəkmək lazımdır. Əks halda tamamlanmamış görüntü alınır.
Dəqiq qaşlar
Dəqiq düzəldilmiş qaşlar hər zaman uğurlu görünür. Lakin qaşların bütünlüklə qara və ya qəhvəyi rəngdə bir xətlə çəkilməsi cizgi filmi personajlarının effektini verəcək. Əgər qaşlarınz nazikdirsə qəhvəyi qələmlə kiçik xətlər çəkin (qaş tükləri kimi) və ya qəhvəyi göz kölgəsindən istifadə edin. Əgər qaşlarınız qalındırsa ümumiyyətlə boyaya ehtiyac yoxdur. Qara rəngə ümumiyyətlə müraciət etməyin. Çünki bu rəng əsmərləri belə yaşlı göstərir.
Gözlərdə ənlik
Əgər təbii makiyaj arxasınca gedib düşünürsünüz ki, vaxtınıza qənaət edib ənliyi gözlərə çəkmək olar bu yanlışdır. Çünki qırmızı və çəhrayı rəng gözlərə yorğun və xəstə əhvalı bəxş edir. Ən yaxşı halda ağ və bej rəngli göz kölgələrindən istifadə edin. Onlar göz rəngini daha yaxşı edir, neytral rənglər isə gözləri daha parlaq göstərir.
Zolaq şəklində ənlik
Zolaq yalnız zebralara yaraşır. Xanımların üzündə isə horizontal və ya vertikal zolaqlar qeyri-təbii görünür. Ənliyin yanaqda təbii görünməsi üçün öncə gülümsəyin iri kistlə toz ənliyi almacıq nayihəsinə çəkin.
Ləkələri maskalamaq üçün vasitələr.
Əgər üzünüzdə qızartılar, ləkələr, göz altında qaraltılar varsa maskalayıcı vasitələrlə onu aradan götürməyə can atmayın. Çünki onların rəngi ağ və ya yaşılımtıl olur. Bu da qeyr-təbii effekt yaradır. Üzdəki problemləri aradan götürmək üçün tonal vasitədən istifadə edin. Düzgün rəngdə seçilmiş tonal vasitə üzdəki problemlərin üstünü örtəcək.
Makiyajda edilən səhvlər
Printable View
-
10-17-2009, 03:54 AMAygunMakiyajda edilən səhvlər
