Sadəcə oğlanlar üçün! Xanımlar daxil olmasın
Səncə sən evlənməyə hazırsan? Evin var? Maşının var? İşin var? Yaxşı gəlirin var?
Bunlar varsa demək ki, hazırsan :)
Hal-hazırda evləndikdə xüsusi diqqət etdiklərimiz məhz bunlardır. Evlənəcəyimiz insanın evinin, maşının, işinin və yaxşı gəlirinin olması. İndi çoxları deyəcək ki, mənim üçün əsas olan sevgidir, məhəbbətdir, xoşbəxtlikdir. Əlbbətdə ki, bunları hər birimiz istəyirik. Hər kəs xoşbəxt ailəyə sahib olmaq istəyir. Ancaq hal-hazırda sevgi-məhəbbətdən daha çox qarşı tərəfin gəliri ilə maraqlanırıq.
Sözsüz ki, hər birimiz yaxşı şəraitdə yaşamaq istəyirik. Bu məsələdə tərəflərin fikirləri ilə razılaşmamaq qeyri-mümkündür. Ancaq gəlin həqiqəti qəbul edək ki, seçəcəyimiz insanın gəliri ilə maraqlanırıq. Hətta bəzi qızlar evlənəcyi insanın maşını, ayrı evi olmasını istəyir. İndi ki, yeni ailələr daha çox ayrı yaşamaq arzusunda olurlar. Hətta bu mövzuda tərəflərin narazılığı ilə də, qarşılaşa bilərik.
Ev, maşın, pul və s. bizim üçün nə dərcədə əhəmiyyət daşıyır?Heç kəs deməsin ki, mənim üçün bunların heç bir əhəmiyyəti yoxdur. Belə bir cavab verən insanın səmimiyyətinə nə dərəcədə inanmaq olar?
Hətta bəzi ailələr var ki, qızlarını qətiyyən kasıb birinə layiq görmürlər. Gələcəkdə yaşanacaq təbəqə söhbətinə görə onların bir-birləri ilə yaraşmadıqlarını düşünürlər.
Hətta indi elə bir zəmanadə yaşayırıq ki, oğlanlarda qızların gəliri ilə, ailəsinin şəraiti ilə maraqlanırıar. Biz keçmiş nəsildə görümüşük ki, evi kişilər dolandırar, onların gəliri ilə daha çox maraqlanarlar. Ancaq hal-hazırda elə oğlanlarımız var ki, onları maraqlandıran ilk növbədə qarşısında kı, insanın gəliridir.
Qız evi naz evidir. Ancaq görəsən varlı, hər bir şəraiti olan birinədəmi naz edilər?Hal-hazırda sevgi o qədər dəyərsizləşib ki, çoxları bu sözü dilə gətirəndə heçdə hər birimiz bu insanın son dərcədə səmimi olduğuna inanmırıq. Çünki sevən və sevməyən hər kəs bu sözü dilə gətirir. Heç kəs bunu eturaf etməsədə sevgi heçdə ön planda gəlmir. Sevgi ilə sadəcə hər şey həll olunmur. Elə olsaydı hər kəs xoşbəxt olardı.
Bu sadaladıqlarımdan sonra səncə sən evlənməyə hazırsan?
Re: Sadəcə oğlanlar üçün! Xanımlar daxil olmasın
saydıqların hamısı olsa lap yaxşı olar.
bir şey demək istyirəm, saydıqlarının hamısı maddiyatdır. səncə evlənməyə ancaq ancaq pul lazımdır? İlk növbədə gərək sən dərk eləyəsən ki sən AİLƏ HƏYATI qurursan.
ona görə də qızlar 25-30, oğlanlarda isə 28-35 yaş aralığı ən münasib evlilik yaşlarıdır.
bir sozlə pul, maşın, ev, maaş.... bunlar 20 yaşda da ola bilər. ancaq evliliyi o vaxtda dərk eləməyəcəksən...
Re: Sadəcə oğlanlar üçün! Xanımlar daxil olmasın
yox hələ hazır deyiləm
nə maşınım var, nə evim var, nə işim və s....
düzdü qızların çoxu ele bil səninlə yox sənin maşınınla sənin evinlı, sənin işinlə evlənir
Re: Sadəcə oğlanlar üçün! Xanımlar daxil olmasın
men hazıram davay :wink: :crazy:
Re: Sadəcə oğlanlar üçün! Xanımlar daxil olmasın
Alıntı:
Amiqo_100M Nickli Üyeden Alıntı
saydıqların hamısı olsa lap yaxşı olar.
bir şey demək istyirəm, saydıqlarının hamısı maddiyatdır. səncə evlənməyə ancaq ancaq pul lazımdır? İlk növbədə gərək sən dərk eləyəsən ki sən AİLƏ HƏYATI qurursan.
ona görə də qızlar 25-30, oğlanlarda isə 28-35 yaş aralığı ən münasib evlilik yaşlarıdır.
bir sozlə pul, maşın, ev, maaş.... bunlar 20 yaşda da ola bilər. ancaq evliliyi o vaxtda dərk eləməyəcəksən...
lap ağın çıxarmısınız ki
vaxtında 20-21 yaşlarında ölkeleri feth edirdiler, siz gelmisiniz 28-35 deyirsiniz, eyer 28 yaşından qabaq derk edemeyecek bir ağıl varsa ona ağıl deyilmez....