[
Selfie, bir adamın kameralı cib telefonu və ya digital fotoaparatla özünü ya da özüylə birlikdə ətrafını eyni kadraj içərisində göstərib fotoşəkilini çəkməsidir. Bu söz İngilis dilində istifadə edilən bir sözdür. Ancaq globallaşmasının təsiriylə birlikdə Azəbaycan dilində də məşhur bir şəkildə istifadə edilməyə başlamışdır. Selfie, Oxford Universiteti Lüğəti tərəfindən 2013-ci ilin sözü seçilmişdir. Ancaq Selfie'nin keçmişi 1839-ci ilə təsadüf edir. Amerikalı fotoqraf Robert Cornelius'un çəkdiyi avto-portret fotoşəkili dünya tarixinin bilinən ilk selfiesidir. Bu səbəbdən ictimai mediada paylaşılan və ilk selfie olaraq adlandırılan fotoşəkillər həqiqəti əks etdirmir.