Anamın yalnız bir gözü var idi. Ona nifrət edərdim. Çünki onun bu görkəmi məni utandırardı. Ailəmizi keçindirmək üçün məktəbdə süpürgəçi işləyirdi. İlk məktəbə getdiyim gün anam mənə xoş gördük demək üçün yanıma gəlmişdi. Utandığımdan yerin dibinə girdim. Bunu necə edə bilərdi? Ona nifrətlə baxdım və oradan qaçdım. Ertəsi gün sinifdə bir yoldaşım mənə "Eeee sənin ananın ancaq bir gözü var!" dedi. Utandığımdan yerin dibinə girmək istədim. Bundan sonra anamın göz önümdən yox olmasını istədim. Ona görə də, o gün onunla qarşılaşınca dedim ki, "məni gülünc vəziyyətə salmaqdansa ölsən daha yaxşı olmazmı?!!!" Anam bu sözümə qarşılıq vermədi. Dediklərim üzərində bir saniyə belə durub düşünmədim. Çünki çox qızmışdım ona. Onun mənim bu davranışıma qarşı olan duyğuları məni maraqlandırmırdı. Onu evdə belə görmək istəmirdim. Çox çalışdım və nəhayət universitetə qəbul oldum. Sonra evləndim və öz evimi aldım. Uşaqlarım oldu və mən həyatımdan razı idim. Bir gün anam məni ziyarət etmək üçün aldığım evə gəlmişdi. Bir neçə il idi ki, məni görməmiş və nəvələrini tanımamışdı. Qapıya gəlincə uşaqlarım ona güldülər. Ona "evimə gəlib uşaqlarımı necə qorxuda bilərdin? dərhal burdan get deyə ona bağırdım. Buna qarşılıq olaraq anam səssizcə "bağışlayın, düzgün adresə gəlməmişəm" dedi və gözdən yox oldu. Bir gün məzunlar toplantısı üçün universitetdən məktub aldım. Məzunlar toplantısından sonra sırf narahat olduğum üçün öncə anamla qaldığım evə getdim. Qonşularım, anamın öldüyünü söylədilər. Heç üzülməmişdim. Mənə verilsin deyə anamın yazdığı bir məktubu mənə verdilər. Anam belə yazmışdı:
"Ən sevimli oğlum, hər zaman səni düşünürəm. Sizə gəlib uşaqlarını qorxutduğum üçün üzgünəm. Məzunlar gününə gələcəksən deyə çox sevinmişdim. Amma səni görmək üçün yataqdan qalxa biləcəyimi bilmirəm. Səni böyüdərkən sənə uzun sürən utancaqlıq mənbəyi olduğum üçün üzgünəm. Bilirsən... Sən hələ uşaq ikən qəza keçirmişdin və gözünü itirmişdin. Ana olaraq sənin tək bir gözlə böyümənə dözə bilməzdim. Buna görə də sənə öz gözümü verdim... O gözlə mənim yerimə gördüyün üçün səninlə o qədər qürur duyurdum ki. Bütün sevgimlə... ANAN..."
Gelin,unutmayaq ki,bu dunyada yashadigimiza gore yalniz Anamiza borcluyuq...
Ibretamiz bir hekaye
Printable View
-
07-19-2009, 06:16 AMGLAMOURKAIbretamiz bir hekaye
-
07-19-2009, 06:18 AMkombat80Re: Ibretamiz bir hekaye
Bu dunyada en gozel ve en İyrenc canli İnsandi :mad:
-
07-19-2009, 06:21 AMGLAMOURKARe: Ibretamiz bir hekaye
[quote="kombat80"]aha duz deyirsen
-
07-19-2009, 02:03 PMXeyallarimRe: Ibretamiz bir hekaye
Dehset belelerine insan demek ne derecede duzgundur . Her ne olsada anasindan utanmaga onun ne haqqi var????? Allah belelerini niye cezalandirmirki ? :( :mad: :mad:
-
07-19-2009, 04:19 PMsladkayaRe: Ibretamiz bir hekaye
bunu bilirdim... :meyus:
-
07-19-2009, 10:09 PMSindyRe: Ibretamiz bir hekaye
analar dunyanin en gozel mocuzesi. bize verilen ne boyuk xezine. ele nankor ovladlarada deyecek soz tapmiram,her nedi anandi.
-
07-22-2009, 12:06 AMsus-qunRe: Ibretamiz bir hekaye
:meyus: :meyus:
-
07-23-2009, 06:15 PMXeyallarimRe: Ibretamiz bir hekayeHer nedi anadi yox :yox: analara qurban olum :(Alıntı:
Sindy Nickli Üyeden Alıntı
-
07-23-2009, 11:17 PMSindyRe: Ibretamiz bir hekayeo menada demedim,yani sikestdi kordu delidi nece olur olsun anadir. bir yerde oxumusudmki,analar ovladi dunyaya getirende onun cekdiyi agridan adi bir qigiltini bele siz omrunuz boyu evezini cixa bilmersiz. mende qurban olaram anama :)Alıntı:
Xeyallarim Nickli Üyeden Alıntı
-
07-24-2009, 11:47 AMalenaRe: Ibretamiz bir hekaye
Bu hekaye mene cox tesir eledi,men hec bir zaman insanlari gorunushune gore deyerlendirmedim,hamiya eyni gozle baxmagi, onun savadli olub olmamasindan asili olmayaraq,her hansi bir shikestliyinden asili olmayaraq , insanlari daxili gorunushune gore diqqet etmeyi bacariram.Hele burda sohbet bir anadan gedirse :meyus:
